22
əsas parçadan kəsilmiş zolağı qoyub qeyd olunmuş xəttin üstündən üz tərəfdən tikirlər. Sonra parçanın
iki qatı arasına qaytanı qoyub, parça ilə qaytanı örtməklə ikinci tikişi gedirlər. Tikilən qaytan sıralarının
sayı modeldən asılıdır. Xüsusi maşında işlənilmə zamanı hissənin tərs üzündən parça zolağı qoymurlar.
Çox nazik parçalardan məmulat hazırladıqda qaytandan istifadə etmirlər.
Qabarıq relyef tikişləri bütöv hissələrdə (məsələn, üst geyimlərin, yüngül geyimlərin
arxa və ön hissəsində, qollarında) relyef xəttinin alınması üçün tətbiq edilir. Qabarıq tikişin alınması üçün
əsas hissənin tərs üzünə qeyd olunmuş xətt üzrə əsas materialdan (şəkil 1.17 c, ç), yaxud onun
qalınlığında olan başqa materialdan kəsilmiş ensiz parça zolağını elə qoyurlar ki, zolağın tən ortası qeyd
olunmuş xəttin üstünə düşsün; sonra əsas üzdən həmin xəttin üzəri ilə tikirlər. Bundan sonra əsas hissəni
düz üzü içəri olmaqla zolağın tikildiyi xətt üzrə qatlayıb bir tərəfə, tikilmiş zolağı isə o biri tərəfə
qatlayırlar. Bunun ardınca əsas hissə tərəfdən, qatlama yerindən 0,1-0,2 sm məsafədə, yaxud
nişanlanma xəttinin üstü ilə ikinci tikiş xəttini axıra qədər işləməklə düz üzdə relyef tikişi alınır. Axırda
əsas hissəni açırlar. Zolağın bəndlənməsi üçün onu hissənin hər hansı bir tərəfinə qatlayıb kökləyir, ütü
ilə yatırdır və üz tərəfdən modeldə nəzərdə tutulmuş məsafədə bəzək tikişi ilə işləyirlər.
Dostları ilə paylaş: