Az ə rbaycanda Pe şə


Gözəmə tikişli (gizli-nazik tikişli) çəpinə tikişi



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə15/69
tarix24.12.2023
ölçüsü0,75 Mb.
#191383
1   ...   11   12   13   14   15   16   17   18   ...   69
tikis-mamulatlarinin-hazirlanma-texnologiyasi

Gözəmə tikişli (gizli-nazik tikişli) çəpinə tikişi kəsiyi sökülməyən qalın parçadan 
hazırlanan məmulat hissələrinin təsadüfi cırılan, yaxud kəsilən yerlərinin gözəgörünməz şəkildə 
birləşdirilməsində tətbiq edilir (Şəkil 1.14. a,b,c). Hissələri üz tərəfləri aşağı, kəsikləri yan-yana və 
naxışlarını uyğunlaşdırmaqla yerləşdirirlər; kəsikdən 0,2-0,3 sm aralı iynəni parçaya batırıb onu deşərək 
iki kəsiyin arasından çıxarırlar. Tikiş kəsikləri bir-birinə kip birləşdirilməlidir, lakin üst tərəfdən 
görünməməlidir. Tikişi tərs üzdən ütüləyib yatırdırlar, düz üzdən isə ehtiyatla parçanın xovlarını iynənin 
ucu ilə qaldırıb düzəldirlər. Tikişin tezliyi 1 sm-də 5-7 ədəd olmalıdır. 
Belə tikişləri parçanın rəngində olan ipək saplarla yerinə yetirirlər; tikişlərarası məsafə 1-5 sm 
olur. 
Şəkil 1.14 Gözəmə hissələrin bir-birinə birləşdirilməsi üçün gizli tikişlər: 
a, b, c – yan-yana gizli; d – bayağı tikiş 

Bayağı tikişlər məmulatın calanan hissələrinin calaq yerinin görünməz şəkildə icra 
edilməsi lazım gəldikdə yerinə yetirilir. Məmulat hissəsini sağ üzdən tərs üzü içəri olmaqla tikiş xətti 
boyunca qatlayırlar (Şəkil 1.14 d).
Iynəni kiçik bucaq altında tikiş xəttinə yaxın yerdə, parçanın əvvəlcə bir tərəfindən, sonra o biri 
tərəfindən batırmaqla parçanın qalınlığının yarısına qədər keçirdib sapı bərk dartırlar.
Parçanın xovunu iynənin ucu ilə qaldırırlar; belə tikişdən sonra parçanın tikiş yeri o qədər də 
görünmür. Tikişi sağdan sola doğru, bir-birindən 0,1-0,2 sm aralı qoyurlar. Bayağı tikişləri parçanın 
rənginə uyğun gələn ipək saplarla yerinə yetirirlər. 

Maşın tikişlərinin növləri və təyinatı 
Tikişlər təsnifatına və təyinatına görə birləşdirici, kənar və bəzək tikişlərinə bölünür.

Birləşdirici tikişlərə bərkidici tikiş, açıq tikiş, üst tikişi, yapışdırıcı tikiş, baş-başa tikiş, 
qapalı tikiş, bağlı tikiş, qoşa tikiş və s. aiddir (Şəkil 1.15).


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin