17
Şəkil 1.10 Çəpinə kökləmə tikişi:
a – xarici görünüşü; b – istifadə edilməsinə misal
İlmələməklə çəpinə kənar tikişləri ev şəraitində geyim hazırladıqda
hissələrin kəsiyinin
saplarının sökülməsinin qarşısını almaq üçün və az hallarda fərdi sifarişlərdə astarsız məmulatın
tikilməsində tətbiq edilir (Şəkil 1.11).
Çəpinə tikişli ilmələrin icrası zamanı iynəni parçaya altdan salıb üstdən çıxarırlar. Tikişi sağdan
sola doğru aparırlar. Tikişi dartmırlar. Tikişin tezliyi 1 sm-də 3-4 ədəd olmalıdır. Tikişin uzunluğu 0,5-0,7
sm olmalıdır. Hissənin kəsiyindən tikişə qədər məsafə 0,3-0,5sm olmalıdır. Ilmələməklə kökləmə tikişini
parıldamayan 50-80
№
-li iplik sapla, yaxud 65, 75
№
-li ipək sapla icra edirlər.
Hissənin künclərini və kəsiklərini çərtiklər üzrə ilmələməklə köklədikdə iynəni parçanın tərəfinə
keçirdikdə əvvəlcə onun ucuna sapı yatızdırıb, sonra çəkirlər. Tikişlər kəsikdən
və bir-birindən eyni
məsafədə yerləşdirilir. Tikişin tezliyi 1 sm-də 6-10 ədəd olur.
Şəkil 1.11 İlmələmə tikişi:
a – xarici görünüşü; b – istifadə edilməsinə misal
Dostları ilə paylaş: