Qatlayıb kökləmə tikişi üst və yüngül geyimlərin hazırlanmasında hissələrin qatlanmış
yerlərinin müvəqqəti bəndlənməsi üçün tətbiq edilir. Məsələn, qatlayıb kökləmə tikişi ilə məmulatın
ətəyi, qolun ağzının kəsiyi qatlanıb bəndlənir. Bu zaman tikişin uzunluğu 1-3 sm olur. Kəsiyin kənarından
tikişə qədər olan məsafə onun enindən və sonrakı işlənilmə vəziyyətindən asılıdır (Şəkil 1.5).
Şəkil 1.5 Qatlayıb kökləmə tikişi:
a – xarici görünüşü; b – istifadə edilməsinə misalÇevirib kökləmə tikişi nazik parçadan, eləcə də zolaqlı və dama-
dama parçalardan tikilən məmulatların işlənilməsində istifadə edilir. Belə kökləmə tikişi hissələri əvvəlcədən
maşın tikişi ilə birləşdirildikdən və avand tərəfə çevirdikdən sonra (kəsikləri hissənin daxilində yerləşdirməklə)
hissələrin çevrilən tikişini bəndləmək məqsədilə tətbiq olunur (Şəkil 1.6).
14
Şəkil 1.6 Çevirib kökləmə tikişi:
a – xarici görünüşü; b – istifadə edilməsinə misal
Üst geyimlərinin işlənilməsində kənar tikişlər çevirib kökləmə tikişi ilə bəndlənir. Kənar tikişlər
ya dəqiq olaraq qatlanma yerində yerləşdirilir, ya da hissələrdən birini – xaricə, yaxud daxilə tərəf (çox
vaxt daxilə tərəf) artıq buraxmaqla bəndlənir. Məsələn, cib qapaqlarının kənarlarını, tikişi astarı tərəfə
sürüşdürməklə, bortların kənarlarında tikişi bortaltıya tərəf yerləşdirməklə kökləyirlər. Tikişin uzunluğu
0,5-1 sm olur. Hissənin kənarından tikişə qədər olan məsafə işlənilən kənarın qalınlığından və kənar boyu
tikişin daxilində yerləşən kəsiklərin enindən asılı olaraq müəyyən edilir.
Köçürmə tikişləri qeyd edilmiş xətlərin və nəzarət nişanlarının bir hissədən digərinə
dəqiq ona simmetrik köçürülməsi üçün tətbiq edilir; ondan nişanlanmış xətlərin uzun müddət
saxlanılması lazım gələn hallarda da istifadə edilir.
Iki eyni hissəni üst tərəfləri içəri olmaqla kənar kəsiklərini cütləşdirib nişanlanmış xətlər üzrə düz
tikiş gedirlər; bu zaman sapı dartmırlar, parçanın səthində parçanın qalınlığından asılı olaraq 0,2-0,7 sm
hündürlüyündə ilmələr saxlayırlar. 5 sm məsafədə 4-5 tikiş olmalıdır. Sonra hissələri bir-birindən elə
ayırırlar ki, tikişin sapları dartılsın və iki hissənin arasından sapları kəsirlər. Sapların hissələrin içərisində
qalmış ucları köçürülən xəttin konturu hesab olunur (Şəkil 1.7.).
Köçürmə tikişlərin yerinə yetirilməsi üçün rəngi əsas parçanın rəngi ilə kontrast təşkil edən sap
işlədilir.
Şəkil 1.7 Köçürmə tikişləri
15
Dostları ilə paylaş: |