28
2.1.2. Tələbələr üçün fəaliyyətlər
İsti-nəmləndirmə əməliyyatları zamanı iş yerinin təşkili haqqında əlavə mənbələrdən
istifadə etməklə təqdimat hazırlayın.
İki qrupa bölünün. Hər qrup iştirakçıları elə əyləşir ki, dairə yaradır, lakın bu dairələr bir-
birinin içində olur. Daxili dairənin iştirakçılarına müəllim İNƏ yerinə yetirilməsi zamanı iş
yerinin təşkili haqqında fikir mübadiləsi aparmağı tapşırır. Bu zaman xarici dairənin
iştirakçıları bu müzakirələrin şəffaf və əvvəlcədən müəyyən olunmuş və razılaşdırılmış
şərtlərə uyğun aparılmasına nəzarət edir. Bu qrup bir növ müşahidəçi qrup olur.
Müzakirələr bitdikdən sonra qruplar yerlərini dəyişdirir, yəni daxili dairədəki qrup xarici
dairəni, xarici dairədəki qrup isə daxili dairəni təşkil edir. Bu zaman müəllim artıq daxili
dairəyə İNƏ yerinə yetirilməsi zamanı texniki təhlükəsizlik qaydaları haqqında fikir
mübadiləsi aparmağı tapşırır, və eyni qaydada işə davam edirlər.
Əlavə mənbələrdən istifadə etməklə İNƏ yerinə yetirilməsi zamanı texniki təhlükəsizlik
qaydalarına əməl etməklə iş yerinin düzgün təşkili haqqında təqdimat hazırlamaq tapşırılır.
Dərsdə təqdimat nümayiş etdirilir. Digər tələbələr öz rəylərini bildirirlər.
2.1.3. Qiymətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
Dostları ilə paylaş: