Az ə rbaycanda Pe şə


“Texniki təhlükəsizlik qaydalarına uyğun iş yerini düzgün təşkil edir”



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə24/69
tarix24.12.2023
ölçüsü0,75 Mb.
#191383
1   ...   20   21   22   23   24   25   26   27   ...   69
tikis-mamulatlarinin-hazirlanma-texnologiyasi

“Texniki təhlükəsizlik qaydalarına uyğun iş yerini düzgün təşkil edir” 

İNƏ-da iş yerinin təşkili dedikdə nə nəzərdə tutulur? 

İNƏ-da emal olunan hissədən gözə qədər məsafə nə qədər olmalıdır? 

İNƏ-nin yerinə yetirilməsində hansı təhlükəsizlik qaydalarına əməl etmək lazımdır? 

Şəkil 2.1.-dən istifadə edərək ütüləmə stolu haqqında danışın. 

İNƏ-nın yerinə yetirilməsində hansı şərtlərə əməl edilməlidir? 
2.2.1. Alət və avadanlıqlar haqqında məlumat verir 

İsti-nəmləndirmə işlərinin yerinə yetirilməsində alət və avadanlıqlar 
Tikiş məmulatının isti-nəmləndirmə yolu ilə işlənilməsi dedikdə məmulat və 
hissələrin xüsusi avadanlıqdan istifadə etməklə nəmlik, istilik və təzyiqin təsiri ilə 
xüsusi işlənilməsi əməliyyatı başa düşülür. Geyim hazırlanması prosesində isti-
nəmləndirmə ilə işləmə əməliyyatı məmulatın tam işlənilməsinə sərf edilən 
əməyin təxminən 15-25%-ni təşkil edir. İsti-nəmləndirmə əməliyyatı məmulatın 
hazırlanması və hazır məhsulun bəzədilməsi prosesində aparıla bilər. Məmulatın keyfiyyəti və onun 
xarici görünüşü həm işlənilmə prosesində, həm də son tamamlama prosesində aparılan isti-
nəmləndirmə əməliyyatından asılıdır. Bütün isti-nəmləndirmə əməliyyatı prosesi üç mərhələdən 
ibarətdir: 1) liflərin nəmlik və istiliklə yumşaldılması; 2) təzyiqin təsiri ilə onlara müəyyən forma 
verilməsi; 3) istiliyin və təzyiqin təsiri ilə nəmliyi yox etməklə alınmış formanın saxlanılması. İsti-
nəmləndirmə ilə işlənilmə prosesləri ütüləmə, presləmə və buxara vermə kimi üç növə ayrılır. İsti-
nəmləndirmə ilə işlənilmə əməliyyatında işlədilən avadanlıq elektriklə, elektrik-buxarla və buxarla 
isidilən ola bilər. 
İsti-nəmləndirmə ilə işlənilmədə istifadə edilən avadanlığı 5 qrupa ayırırlar: 1) universal press 
avadanlığı; 2) xüsusi press avadanlığı; 3) ütüləmə stolları; 4) ütülər; 5) yardımçı və digər avadanlıqlar. 
Universal avadanlıqlar qrupuna pnevmatik presləri (yüngül, orta və ağır ölçülü) aid edirlər. 


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin