Az ə rbaycanda Pe şə



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə25/69
tarix24.12.2023
ölçüsü0,75 Mb.
#191383
1   ...   21   22   23   24   25   26   27   28   ...   69
tikis-mamulatlarinin-hazirlanma-texnologiyasi

Preslər. İsti-nəmləndirmə ilə işlənilmədə preslərin tətbiq edilməsi bu əməliyyatın 
aparılmasında ağır zəhməti aradan qaldırır, əmək məhsuldarlığını artırır, işlənilmə keyfiyyətini 
yaxşılaşdırır və işçinin zəhmətini yüngülləşdirir. Preslər intiqalının tipi, presləmə gücünün kəmiyyəti və 


29 
yastığının görünüşünə görə fərqlənir. Preslər mexaniki, elektrik, pnevmatik və hidravlik intiqallı olur 
(Şəkil 2.2). 
Şəkil 2.2 Preslər: a) Pnevmatik; b) Hidravlik və ya elektromexaniki 
Mexaniki intiqallı preslərdə press yastığının açılma və bağlanma mexanizmləri elektrik 
mühərrikindən hərəkətə gətirilir; pnevmatik intiqallı preslərdə sıxılmış hava vasitəsilə, hidravlik intiqallı 
preslərdə isə silindrdə yağın təzyiqinin köməyi ilə işləyirlər. Bütün preslər iki işəsalma düyməsini 
basmaqla ışə düşür. Press yastıqlarının qızdırılması üçün buxar, yaxud elektrik qızdırıcı elementlər – 
spiralşəkilli, boruşəkilli və yarımkeçirici elementlər tətbiq edilir. 

Ütüləmə işində ən çox ütülərdən istifadə edilir. Ütülərdən məmulatın həm işlənilmə 
prosesində, həm də son tamamlama dövründə onun isti-nəmləndirmə ilə forma verilməsi üçün istifadə 
edilir. Qızdırılma üsulundan asılı olaraq buxar, elektrik və buxar-elektrik ütüləri vardır. Tikiş istehsalında 
spiral qızdırıcı elementli elektrik ütüləri daha geniş yayılmışdır. İsti-nəmləndirmə ilə işləmə zamanı 
temperatur rejimində diqqət yetirmək məqsədilə istilik-tənzimləyicisi olan ütülərdən istifadə edirlər. 
Müxtəlif parça və materiallardan geyim hazırladıqda sənayedə spiral-boruşəkilli qızdırıcı elementi olan 
ütülərdən geniş istifadə edilir. Ütüləmə işlərinin yerinə yetirilməsində qəliblər, suçiləyicilər və ütüaltı 
materiallardan istifadə olunur. 

Qəliblərdən əl ütüləri ilə işləyən zaman istifadə edilir. Qəliblərin formaları və ölçüləri 
onlarda yerinə yetirilən əməliyyatların xarakterinə uyğun gəlməlidir. Aparılan əməliyyatın və işlənilən 
parçanın xarakterindən asılı olaraq qəliblərin səthinə mahud çəkilmiş olur.


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin