Az ə rbaycanda Pe şə


İsti-nəmləndirmə işlərinin yerinə yetirilməsində texniki şərtlər



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə28/69
tarix24.12.2023
ölçüsü0,75 Mb.
#191383
1   ...   24   25   26   27   28   29   30   31   ...   69
tikis-mamulatlarinin-hazirlanma-texnologiyasi

İsti-nəmləndirmə işlərinin yerinə yetirilməsində texniki şərtlər 
Isti-nəmləndirmə ilə işlənilmə əməliyyatının yerinə yetirilməsində aşağıdakı 
texniki şərtlərə əməl edilməlidir:
1.
Əgər məmulat ilk dəfə rast gəlinən parçadan hazırlanmışdırsa, 
onun rənginin dəyişməsinə, möhkəmliyinin itirilməsinə yol verməmək üçün 
həmin parçanın tikəsini götürüb ütünün təsirini yoxlamaq lazımdır. 
2.
Isti-nəmləndirmə əməliyyatını yerinə yetirdikdə ütüaltı material kimi parusin, bez, 
yaxud pambıq parçadan istifadə edirlər. Tərkibində sintetik liflər olan parçalardan hazırlanan 
məmulatlar üçün ütüaltı material kimi tənzifdən və yumşaq pambıq parçadan istifadə edilməsi 
məsləhətdir.
3.
Hissələri, yaxud hazır məmulatı ütüləməzdən əvvəl çiləyici vasitəsilə nəmləndirirlər. 
Üstündə su ləkəsi qalan parçadan olan hissələri islatmaq olmaz.
4.
Parçanın nəmliyi tamamilə yox olana qədər isti-nəmləndirmə əməliyyatını davam 
etdirmək lazımdır. 
5.
Tikiş xəttinin təhrif olunmaması üçün kəsiklər kip yatana qədər tikişi ütü ilə açırlar. 
6.
Dəqiq və düz tikiş xətti alınması üçün tikişi əvvəlcə ütü ilə açır, sonra ütü ilə yatırdırlar. 
7.
Tikilib çevrilmiş kənarların ütülənib nazildilməsi üçün əvvəlcə nəmləndirib nəmi 
tamamilə yox etməklə, işlənilən hissənin kənarlarını düzəltmək və eyni zamanda qeyri-hamarlığı aradan 
qaldırmaq lazımdır. 
8.
Isti-nəmləndirmə ilə işlənilmə əməliyyatı tərs üzdən ütüaltı materialsız, üz tərəfdən isə 
ütüaltı material salmaqla aparırlar. Bu zaman yaxalığı alt yaxalıq tərəfdən, bortu bortaltı tərəfdən, 
manjeti manjetaltı tərəfdən, kəməri alt tərəfdən ütüləyirlər. 
9.
Tikişlərin, hissələrin kənarlarının və bükümlərin tikişinin ütü ilə açılması, nazildilməsi və 
yatırdılması işləri stolun üzərində, yaxud səthinə mahud çəkilib, üstünə ağ pambıq parça örtülmüş xüsusi 
qəliblərin üstündə aparılır. 
10.
Mavi, açıq boz və ağ rəngli parçaları ütülənmə əməliyyatı ilə işlədikdə xüsusi diqqətli 
olmaq lazımdır; çünki bu rənglər üçün istifadə edilən boya maddələri yüksək temperatur təsirinə daha 
çox həssas olur. 


32 
11.
Tikiş məmulatının isti-nəmləndirmə ilə işlənilməsinin son əməliyyatını buxar-hava 
manekenində, bu olmadıqda parçanı əvvəlcə nəmləndirməklə ütüləmə, yaxud presdən istifadə edərək 
yerinə yetirmək lazımdır. Tamamlama əməliyyatı zamanı məmulatın kənarlarını, tikişləri əl ilə düzəldib 
tələb edilən formanı alır, qeyri-hamarlıqları, əzikləri, ləkələri və s. aradan qaldırırlar. 
12.
Isti-nəmləndirmə ilə işlənilmənin tamamlama əməliyyatından sonra hazır məmulat 
verilmiş forma tam alınana qədər asqıda qurudulmalıdır. 
13.
Məmulat və hissələrin isti-nəmləndirmə ilə işlənilməsi əməliyyatı həmin parça üçün 
müəyyən olunmuş rejimlərdə aparılmalıdır. Həmin rejimlərə əməl edilməməsi zay məhsulun alınmasına 
səbəb olur: parıltı, yanıq yerlər əmələ gəlir, istilikdən yığışma, xovun çözələnməsi, ləkələr, parçanın 
rənginin dəyişməsi kimi hallar baş verir. 
14.
Isti-nəmləndirmə ilə işlənilmənin keyfiyyəti xeyli dərəcədə bu işdə tətbiq edilən 
avadanlığın keyfiyyətindən asılıdır. 
2.4.2. Tələbələr üçün fəaliyyətlər 

Müəllim tərəfindən mövzu qoyulur. Tələbələr bu mövzuya aid məlumat verməlidirlər. 
Hər bir tələbə cavabını tamamladıqdan sonra müəllim sayır “Bir, iki...”, və bu zaman başqa 
bir tələbə əlavə edə bilər. Sonuncu cavab verən tələbə qalib sayılır. Fikirlər bir-birini 
təkrarlamamalıdır. Bunun üçün hamı bir-birini dinləyir. 

5 nəfərlik 4 qrupa bölünün. Hər qrup öz liderini seçsin. Liderlərdən yeni qrup yaradın. 
Bu ekspert qrupu olacaq. Mövzunun mətni 4 hissəyə bölünür. Hər bir hissə ekspert qrupun 
üzvlərinə paylanır. Həmin tələbələr onlara verilən mətni oxuyub qavramalı. Sonra əvvəlki 
qruplarına qayıdaraq öyrəndiyi hissəni onlara danışmalıdır. Müəllim mətnin tələbələr 
tərəfindən mənimsənilməsinə əmin olmaq üçün sual-cavab edir. 

Texniki şərtlərə əməl edərək tələbələr emalatxanada ütüləmə işlərini yerinə yetirirlər. 
2.4.3. Qiymətləndirmə 
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin