Kəmərin hazırlanması
Kəmərəsas parçadan, astarsız və ya astarlı, ara materialı ilə, yaxud onsuz hazırlanır.
Əgər kəmərdə ara materialı olarsa, hazır kəmərin ölçüsündə (Şəkil 3.2.) üstü yapışqanlı, xovlu material
(qalın parçadan tikilən geyimlərdə) ilə və ya hissənin ölçüsündə (geyim nazik parçadan tikildikdə) və
astar tərəfdə ütü ilə, yaxud presdə kəmərin əsas parçası ilə birləşdirilir. Modadan asılı olaraq kəmər
ilgəkli, qarmaqlı, düymə ilə və ya toqqalı hazırlanır. Kəmər aşağıdakı qaydada tikilir. Qalın parçadan
geyimin kəmərinin uzununa kəsiyi çevrilən tikişlə 0,7 sm enində tikilir. Kəmər elə düzəldilir ki, onun tikişi
kəmərin uzunluğu boyunca ortaya düşsün. Onun bir ucu qeyd edilmiş yerdən tikilir (şəkil 3.2. a). Tikişin
sonunda 0,2-0,3 sm tikiş payı saxlanmaqla artıq parça kəsilir. Tikiş ütü ilə açılır, kəmər üz tərəfə xüsusi
alətlə çevrilir, köklənir və preslənir.
Uzununa tikiş ilməkləyici maşında və ya ziqzaq tikişli maşında tikildikdə kəmərin ucu tikilir. Sonra
küncləri çevrilir və uzununa tikilir (şəkil 3.2. b). Bu maşınlardan istifadə etdikdə, parçaya qənaət edilir və
məmulatın keyfiyyəti yaxşılaşır (tikiş xeyli nazik alınır). Kökləndikdən sonra presdə ütülənir, sonra
modaya müvafiq baxyalanır. Geyim nazik parçadan tikildikdə kəmərin ucu və uzununa baxya sırası eyni
vaxtda icra edilir (şəkil 3.2. c). Pambıq parçadan tikilən geyimdə əvvəlcə kəmərin ucunu 0,1-1,5 sm içəri
qatlayır, yan kəsiyini üst-üstə qoyur, üst kəsiyini 0,7 sm içəri qatlamaqla qatlama xəttindən 0,1-0,2 sm
məsafədə üstdən tikilir. Kəmərin qatlanmış ucu eyni vaxtda tikilir (şəkil 3.2. ç). Kəmər düymə, ilgək,
qarmaq, toqqa və bənd bağlamaqla hazırlandıqda onun tikilməyən ikinci ucu 0,7-1 sm içəri qatlanır,
qatlama xəttindən 0,1-0,2 sm məsafədə tikilir və ya əl ilə çəpinə tikişlə basdırılır. Uclarında ilgək və
düymə yeri müəyyənləşdirilir. Ilgək və düymə xüsusi maşınlarda tikilir. Kəmər qarmaq və qarmaq ilgəyi
ilə hazırlandıqda onun orta tikişinə içəri tərəfdən kəmərin ucundan 1,5-2 sm aralı qarmaq qoyub əl ilə,
hər bir qulaqcıqdan 4-5 tikişlə bərkidirlər (şəkil 3.2. d). Kəməri o biri ucunda lazımi ölçüdə sapdan ilgək
tikirlər. Bu əməliyyatı xüsusi bəndləmə maşınlarında da yerinə yetirmək olar. Kəmər toqqa ilə
hazırlandıqda toqqanı kəmərin ucuna keçirib 4-5 sm qatlayır, maşında (adi universal maşında və ya
ziqzaq tikişli maşında) və ya əl ilə çəpinə tikişlə kəmərə tikirlər(şəkil 3.2. e). Qatlanmış ucun kəsiyi
tikişdən kəsilir (qalın parçada), yaxud qatlanıb bəndlənir. Kəmər körpü vasitəsilə bağlandıqda (toqqanın
35
əvəzinə) (şəkil 3.2 ə) kəmərin sonunu ilgək kimi (körpü) qatlayıb (şəkil 3.2 f), sonra iki tikişlə bəndləyirlər,
birinci tikiş maşında (şəkil 3.2 ğ), ikinci ziqzaq tikişli maşında icra edilir.
Şəkil 3.2 Kəmərin hazırlanması