Az ə rbaycanda Pe şə



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə27/69
tarix24.12.2023
ölçüsü0,75 Mb.
#191383
1   ...   23   24   25   26   27   28   29   30   ...   69
tikis-mamulatlarinin-hazirlanma-texnologiyasi

Presləmə - isti-nəmləndirmə əməliyyatında iki və daha çox yastığın təsirindən 
yarımfabrikatlarda deformasiya alınmasıdır. Bu məqsədlə 14700 Pa təzyiqə qədər materiala təsir edilir. 
Bu proses kütləvi tikiş istehsalında geniş istifadə olunur.

Pardaqlama – parça üzərindəki parıltını, habelə ütüləmə və presləmə nəticəsində 
yaranmış gərginliyi yox etmək üçündür. Bu iş buxar şırnağı ilə lazım olan sahəyə vurmaqla xüsusi buxar 
qurğusu olan hava-buxar manekenində yerinə yetirilir. 
Ütüləmə ütü və mexanikləşdirilmiş ütü ilə stolun üzərində əl ilə icra edilir. Bunun əsas nöqsanı 
məhsuldarlığın az olması və ütüləmə rejiminin səmərəli istifadə edilməsinə nəzarət olunmasının 
mümkünsüzlüyüdür. Preslənmədə yarımfabrikat nəmləndirilir, yastıqlar vasitəsilə müəyyən təzyiq 
yaradılır, nəm sorulur. Lazımi parametri əldə etmək üçün presləməyə 60 saniyəyə qədər vaxt sərf edilir. 
Yarımfabrikatları və məmulatı presləmək üçün müxtəlif konstruksiyalı preslərdən istifadə edilir. 


31 
2.3.2. Tələbələr üçün fəaliyyətlər 

Üç qrupa bölünün. Qruplara sual hazırlanmış iş vərəqləri paylanır. Tələbələr sualları 
yazılı sürətdə cavablandırırlar. Sonda vərəqlər lövhədən asılır və cavablar ətrafında 
müzakirə aparılır.

Üç tələbəyə əlavə mənbələrdən istifadə etməklə İNƏ növləri və təyinatı haqqında geniş 
təqdimat hazırlamaq tapşırılır. Dərsdə tələbələr təqdimatları nümayiş etdirirlər. Digər 
tələbələr öz rəylərini bildirirlər və qiymətləndirirlər. 
2.3.3. Qiymətləndirmə 
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
“İsti-nəmləndirmə əməliyyatları İNƏ növlərini və təyinatını müəyyən edir” 

İsti-nəmləndirmə əməliyyatından nə üçün istifadə olunur? 

Tikiş sənayesində İNƏ hansı növlərindən istifadə olunur? 

Ütüləmə haqqında məlumat verin. 

Tikiş istehsalında presləmə əməliyyatının tətbiqi haqqında danışın. 

Pardaqlama əməliyyatından hansı məqsədlə istifadə olunur? 
2.4.1. İsti-nəmləndirmə əməliyyatları İNƏ yerinə yetirən zaman texniki şərtlərə əməl edir 


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin