30
İki tələbəyə əlavə mənbələrdən istifadə etməklə İNƏ-da istifadə olunan avadanlıqlar
haqqında geniş təqdimat hazırlamaq tapşırılır. Dərsdə tələbələr təqdimatları nümayiş
etdirirlər. Digər tələbələr öz rəylərini bildirirlər və qiymətləndirirlər.
2.2.3. Qiymətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
“Alət və avadanlıqlar haqqında məlumat verir”
İNƏ hansı alət və avadanlıqlardan istifadə olunur?
Tikiş məmulatının isti-nəmləndirmə yolu ilə işlənilməsi dedikdə nə başa düşülür?
İNƏ prosesi neçə mərhələdən ibarətdir?
İNƏ istifadə edilən avadanlıqlar neçə qrupa bölünür?
Ütüaltı materiallardan nə üçün istifadə edilir?
İNƏ temperatur tənzimləyicisinin nizamlanması nəyə əsaslanır?
Müasir ütülər haqqında məlumat verin.
Ütünün əsas işçi orqanı hansıdır və nədən hazırlanır?
2.3.1. İsti-nəmləndirmə əməliyyatları İNƏ növlərini və təyinatını müəyyən edir
İsti-nəmləndirmə əməliyyatlarının növləri
İsti-nəmləndirmə əməliyyatı məmulata istənilən forma vermək, onun görünüş və
keyfiyyətini yaxşılaşdırmaq üçün yerinə yetirilir. İsti-nəmləndirmə əməliyyatında
materiallarda liflərin molekulyar birləşmələri zəifləyir, ütü və ya press vasitəsilə
istənilən formanın alınması asanlaşır, parça soyuduqda isə molekulyar
birləşmələr əvvəlki vəziyyətinə düşür və alınmış forma sabitləşir. İsti-
nəmləndirmə əməliyyatı çox müxtəlifdir: ütüləmə,tikişi açma, tikişi yatırma, naziltmə, yığma, dartma,
pardaqlama (buxara vermə), dekatirləmə - formaya salma.
İsti-nəmləndirmə əməliyyatında materialı nəmlətmək, isitmək və forma almaq üçün
deformasiya etmək, sonradan qurutmaq (nəmliyi yox etmək) lazımdır. Demək, isti-nəmləndirmədə əsas
vasitə materialın nəmlənməsi, isitmə temperaturu, təzyiq, işlənmə müddəti və nəmin materialdan
sorulmasıdır.
Bu göstərilən vasitələrin düzgün və səmərəli seçilməsi prosesin keyfiyyətli alınmasına təminat
verir. Müxtəlif tərkibli liflərdən ibarət olan materialların isti-nəmləndirmədə rejimidə müxtəlif olur.
Tikiş sənayesində isti-nəmləndirmə prosesi əsasən üç yerə bölünür: ütüləmə, presləmə və
pardaqlama.
Ütüləmə - isti-nəmləndirmə əməliyyatında ütüləyən səthin yarımfabrikat üzərində
müəyyən təzyiqlə hərəkət etməsi nəticəsində alınır. Bu iş əsasən ütü ilə icra edildiyi üçün ütüləmə
adlanır.
Dostları ilə paylaş: