24
d
e
Kantlı tikiş nədir və necə yerinə yetirilir?
Düz tikişlər hansı tikiş növlərinin alınmasında iştirak edir?
Tikiş nəyə deyilir?
Əl tikişlərinin növlərini sadalayın.
Maşın tikişlərinin növlərini sadalayın.
1.4.1. Əl və maşın tikişlərini yerinə yetirərkən texniki şərtlərə əməl edir
Əl tikişlərinin yerinə yetirilməsində texniki şərtlər.
Tikiş sənayesində kişi, qadın və uşaq geyimlərinin hazırlanmasında əl tikişlərinin
yerinə yetirilməsində aşağıdakı texniki şərtlərə əməl edilməlidir:
1.
Köməkçi xətlərin (bort və yaxalığın künclərinin, bəzək xətlərinin
və s.) tabaşirlənməsində köməkçi ülgülər və ya xətkeşlərdən istifadə edilməlidir.
Tabaşirlə çəkillən xəttin qalınlığı 0.1 sm-dən artıq olmamalıdır.
2.
Biçilmiş məmulatı ülgülər üzrə yoxladıqda tabaşirlənmə xəttinin
daxili tərəfi ülgünün
konturuna uyğun gəlməlidir.
3.
Hissələrin çərtikləri və kəsik xətlərinin ucları tikiş xəttindən 0.1-0.15 sm məsafədə
olmalıdır.
4.
Tabaşir xətli kəski ilə köçürülən halda kəskinin çarxı
tabaşirlənmə xəttinin tən
ortasından keçirilməlidir.
5.
Məmulatı bədənə ölçüb-uyğunlaşdırmaq üçün hazırladıqda, müvəqqəti təyinatlı digər
tikişlərin yerinə yetirilməsində burulmuş iplik sapdan, eləcə
də müvafiq nömrəli rəngli, yaxud ağ
saplardan istifadə edilməlidir
6.
Bütün kökləmə işlərini tabaşirlə nişanlanmış xətdən 0.1-0.15 sm aralı, hissənin kəsiyinə
tərəf elə yerinə yetirirlər ki, kökləmə tikişləri sonrakı işlənilmə prosesində maşın tikişinin altına düşməsin
7.
Kökləmə tikişlərinin uclarını 1-2 tikiş əksinə tikməklə möhkəmləndirirlər
8.
Kökləmə saplarını məmulatdan sökmək üçün onları hər 10-15 sm-dən bir qayçı ilə
kəsmək, sonra çəkib parçadan çıxarmaq lazımdır
9.
Daimi təyinatlı əl tikişlərini icra etdikdə materialın rənginə uyğun gələn sapdan istifadə
edirlər. Yun və pambıq parçalardan məmulat hazırlanmasında 50-80 №-li pambıq sap,
ipək parça
məmulatlarında 65-75 №-li ipək sap, süni və sintetik məmulatlarda isə 60-80 №-li pambıq sap işlədilir.
Məmulatın bəzək hissələrini bəzəyin rəngində olan sapla tikirlər. Iki tərəfi açıq deşikli düymələri
25
düymənin rəngində sapla, dayaqlı düymələri isə parçanın rəngində olan sapla tikirlər.
10.
İynənin №-si parçanın qalınlığına uyğun olmalıdır.
11.
Daxili tikişlərin uclarını 2-3 tikişlə bəndləyirlər.
Dostları ilə paylaş: