12
Düz tikişlər aşağıdakı tikiş növlərinin alınmasında iştirak edir: təpçimə tikişi, kökləmə tikişi,
köçürmə tikişi və büzmə alınması üçün tikiş.
Təpçimə tikişi düzünə sırımaqla alındığı üçün asanlıqla sökülür (Şəkil 1.3.).
Belə tikiş
növü əsasən məmulatı bədənə ölçüb-uyğunlaşdırmaq, hissələri bir-birinə müvəqqəti birləşdirmək üçün,
eləcə də maşında tikmək üçün hazırlayanda tətbiq edilir.
Şəkil 1.3 Təpçimə tikişləri:
a – xarici görünüşü; b – tətbiqinə dair misal
Təpçimə tikişini yerinə yetirmək üçün iki hissəni üz tərəfləri içəri olmaqla cütləyib, kənarlarına,
yaxud nişanlanmış xətlərə görə düzəldərək qeyd olunmuş xətt üzrə, yaxud xətdən eyni məsafədə düz
tikiş getməklə birləşdirirlər.
Təpçimə tikişi iki hissəni birləşdirdikdə hər iki hissə eyni dərəcədə dartılmalı, yəni hissələrin heç
birində yığılma alınmamalıdır. Bu zaman düz tikişin uzunluğu parçanın qalınlığından, məmulatın
təyinatından asılı olub 0,5-2,5 sm həddində dəyişə bilər. Təpçimə tikişi ilə fərdi sifarişlərlə üst geyimləri
(palto, don) hazırladıqda məmulatın
yan kəsiklərini, çiyin kəsiklərini, qol kəsiklərini
və digər kəsikləri
müvəqqəti birləşdirirlər.
Kökləmə tikişi düzünə tikişdən alınaraq bir-birinə müstəvi üzrə (səthləri üzrə)
uyğunlaşdırılan hissələrin müvəqqəti birləşdirilməsi üçün tətbiq edilir, məsələn,
qabaq hissənin bort
araqatı materialına köklənməsi. Düzünə tikişdən kökləmə tikişi ilə yığılma alınmadan və hissələrdən
birini yığmaqla kökləmək olar. Məsələn, palto, pencək və jaketlərdə bortaltının köklənməsi
əməliyyatında bu kökləmədən istifadə edilir (Şəkil 1.4.).