11
1.3.1. Əl və maşın tikişlərinin növ və təyinatını müəyyənləşdirir
Tikiş nədir?
Geyim hissələrinin işlənilməsi və onların bir-birinə
birləşdirilməsi üçün sap,
yapışqan və nadir hallarda qaynaqdan istifadə edilir. Bununla əlaqədar olaraq sap
ilə, yapışqanla və qaynaq yolu ilə birləşdirilmə üsulları mövcuddur.
Geyimin kütləvi istehsalında və fərdi sifarişlərlə hazırlanmasında əsas
hissələri əsasən sapla birləşdirirlər; bu zaman görülən əl işlərinin həcmi çox olur
(xüsusilə geyim atelyedə hazırlanan halda).
Tikiş məmulatı hissələrinin və onların hissəciklərinin bir-birinə sap
ilə birləşdirilmə üsulunda
müxtəlif tərkibli liflərdən alınan saplar
vasitəsilə əl ilə, yaxud maşında tikirlər.
Tikiş - sap ilə tikmə üsulunda iynənin material üzərində açdığı iki deşik arasında sapın
hörülməsindən alınan strukturun bir elementidir. Tikiş elementinin ardıcıl sırası
baxya tikişini əmələ
gətirir.
Tikişin uzunluğu materialın üz tərəfində sapın uzunluğu və ara məsafəsi ilə müəyyən edilir. Bu
tikişin növü və işlənilən materialın qalınlığından asılı olur. Yerinə yetirilmə üsulundan asılı olaraq əl və
maşın tikişləri vardır. Tikiş alınmasında müxtəlif miqdarda sap iştirak edə bilər. Bununla əlaqədar olaraq
tikişin quruluşu da müxtəlif olur.
Bütün tikişlər düz və eynicinsli olmalı, həm avand, həm də tərs tərəflərində aralarındakı məsafə
eyni olmalı, sapları bərabər tarımlıqlı çəkilməlidir. Tikişlərin ölçüləri və bir-birinə yaxınlığı (tikişin addımı)
müxtəlif cür ola bilər. Tikişin addımını 1, yaxud 5 sm-lik baxyada olan tikişlərin miqdarına
əsasən
hesablayırlar.
Əl tikişləri və baxya tikişlərini 1...12
№-li, 0.6...1.8 mm diametrli və 30...75 mm uzunluğunda
iynə vasitəsilə yerinə yetirirlər.
Əl tikişləri əsasən iki üsul ilə yerinə yetirilir.
Birinci üsulda iynəni parçaya keçirdib həmin tərəfdən də parçadan çıxarırlar, ikinci üsulda isə
iynəni məmulat hissəsinin bir tərəfindən salıb, o biri tərəfdən çıxarırlar.
Əl tikişlərini beş növə bölürlər: düz tikiş, çəpinə tikiş, xaçvari tikiş, ilgəyəbənzər tikiş, ilgəkli tikiş
(şəkil 1.2).
Şəkil 1.2 Tikişlərin növləri:
a – düz, b – çəpinə, c – xaçvari, d –ilgəyəbənzər, e –ilgəkli
Dostları ilə paylaş: