109
nu gücləndirməkdən savayı heç bir başqa məqsədə xid-
mət etməyən bu situasiyaya uyğun olaraq idrakının ya-
ratdığı neqativliyi buraxırsan. Onun əbəsliyini və fay-
dasızlığını görüb, qəbul etmək çox vacibdir. Hər hansı
situasiyadan baş çıxarmaq üçün neqativlik heç vaxt uy-
ğun vasitə olmayıb. Əslində o səni hər şeydən öncə hə-
min situasiyaya bağlı saxlayaraq, əsl dəyişikliklər etmə-
yinə mane olur. Neqativ enerjinin artıqlığı ilə həyata keçi-
rilən istənilən iş hökmən həmin enerji ilə çirklənir ki, bu
da tədricən ağrının artması, narahatlıq hissinin güclən-
məsi ilə nəticələnir. Bundan başqa, hər cür neqativ daxili
durum yolxucudur: narahatlıq fiziki xəstəlikdən qat-qat
tez yayılır. Rezonans qanununa uyğun olaraq o başqala-
rındakı gizli neqativliyi də qidalandıraraq hərəkətə gəti-
rir. Onlar immunitet, yəni yüksək şüurluluq dərəcəsi qa-
zanana qədər bu davam edir.
Sən dünyanı çirkləndirir, yoxsa onu təmizləyirsən?
Öz daxili aləminə görə yalnız özün cavabdehsən, odur ki,
planetin təmizliyinə görə də cavabdehlik daşıyırsan.
Daxilin necədirsə, ətrafın da elədir. Əgər insanlar özlərini
daxilən təmizləyərlərsə, ətraflarını çirkləndirməyi də
dayandırarlar.
Dostları ilə paylaş: