Az eBook Archive



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə30/78
tarix29.12.2021
ölçüsü1,57 Mb.
#48703
1   ...   26   27   28   29   30   31   32   33   ...   78
İndiki Anın Gücü

Elə  bilirəm,  üstümdən  böyük  bir  yük  götürülüb.  Özümü 
yüngül  hiss  edirəm.  Mən  bunu  aydın  hiss  edirəm...  Ancaq 
problemlərim heç bir yerə getməyib, onlar məni gözləyirlər, mə- 
gər bu belə deyil? Axı onlar həll olunmayıblar. Bəlkə, mən on- 
lardan sadəcə müvəqqəti yayınıram? 
 
Əgər qəflətən cənnətdə olduğunu görsən, idrak səni 
çox gözləməyə məcbur etməyəcək və deyəcək: “Hə, am- 
ma...”  Nəticə  etibarilə,  bizim  söhbətimiz  heç  də  sənin 
problemlərini  həll  etmək  üçün  deyil.  O  problemlərin 
mövcud olmadığını anlamağın üçündür. Yalnız elə indicə 
araşdırılmalı və ya olduğu kimi saxlanmalı və nə qədər ki 
dəyişməyiblər  ya  da  araşdırılmalı  hala  gəlməyiblər, 
indiki  anın  “mövcudluğunun”  bir  hissəsi  kimi  qəbul 
edilməli olan situasiyalar var. Problemləri idrak yaradıb 
və onlara yaşamaq üçün vaxt lazımdır. 
Öz  diqqətini  indiki  ana  cəmlə  və  mənə  məhz  İndiki 
problemin haqqında danış. 
 
 

Mən  nəsə  heç  bir  cavab  almıram.  Görünür,  bütün 
diqqətin  tam  olaraq  indiki  ana  cəmləndiyindən,  hər  hansı 
probleminin  olması  mümkün  deyil.  Bizdəki  yalnız 
situasiyadır, ya onun öhdəsindən gəlməliyik, ya da 


92 
 
onu  qəbul  etməliyik.  Bu  belədir.  Onu  problemə  çevirmək 
nəyə  lazımdır?  Məgər  həyat  özü  yetərincə  çətin  deyilmi? 
Problemlər  sənin  nəyinə  gərəkdir?  İdrak  şüursuz  şəkildə 
problemləri  sevir,  çünki  onlar  sənə  bir  kimlik  verir.  Bu 
normaldır,  ancaq  eyni  zamanda  həm  də  dəlilikdir.  Prob- 
lemin  “varlığı”  sənin  elə  indicə  onu  həll  etməyə  heç  bir 
real  niyyətin,  yaxud  imkanın  olmadan  xəyalən  üzərində 
durmağa,  eyni  zamanda,  şüursuz  olaraq  mənlik  hissinin 
bir  parçasına  çevirməyin  anlamına  gəlir.  Həyat  şəraitin 
səni  o  dərəcədə  gic  edir  ki,  həyatı  və  Varlığı  duyma  his- 
sini itirirsən. Ya da diqqətini indi edə biləcəyin bir işə cəm- 
ləməkdənsə,  beynində  gələcəkdə  edəcəyin  yüzlərlə  işin 
ağır yükünü daşımağa başlayırsan. 
Problem  yaratmaqla  həm  də  ağrı  yaradırsan.  Hazırkı 
durumda  tələb  olunan  şey  sadə  seçim  etməkdir,  nə  baş 
verməsindən  asılı  olmayaraq,  sadə  bir  qərar  vermək  la- 
zımdır:  “Artıq  özümə  ağrı  yaratmayacağam.  Mən  artıq 
problem  yaratmayacağam”.  Bu  seçim  nə  qədər  sadə  olsa 
da,  yenə  də  çox  radikaldır.  Sən  əzab  çəkməkdən  bezmə- 
yənə,  ondan  cana  doymayana,  ürəyin  bulanmayana  qə- 
dər  bu  seçimi  etməyəcəksən.  Və  sən  indiki  anın  gücünə 
yol  tapmayana  qədər  problemlərinin  üzərindəki  pərdəni 
götürə  bilməyəcəksən. Əgər özünə ağrı  yaratmağı dayan- 
dırsan,  başqalarına  da  yaratmayacaqsan.  Bununlada  nə 
gözəl  dünyamızı,  nə  öz  daxili  aləmini,  nə  də  kollektiv 
insan psixikasını çəkirkləndirəcəksən. 


93 
 

Əgər  ekstremal  situasiyalara  düşmüsənsə,  həyatla 
ölüm  arasında  qalmısansa,  həmin  məqamlarda  problem- 
lərinin olmadığını bilirsən. İdrakın sadəcə səni aldadaraq, 
situasiyanı  problemə  çevirməyə  zaman  tapmayıb.  Həqiqi 
ekstremal situasiyalarda idrak dayanır və sən tam şəkildə 
İndiki  anda  mövcud  olursan.  Onda  hakimiyyət  daha 
böyük və güclü bir qüvvənin əlinə keçir. Elə bu səbəbdən 
bir  çox  adi  insanlar  danışırlar  ki,  müəyyən  məqamlarda 
gözlənilmədən  son  dərəcə  cəsarətli  hərəkətlər  ediblər. 
Fövqəladə  situasiyalarda  sən  ya  sağ  qalır,  ya  da  ölürsən. 
Başqa  sözlə,  hər  iki  vəziyyətdə  problemlər  üçün  yer 
olmur. 
Bəziləri  mənim  “problemlər  illüziyadır”  dediyimi 
eşidəndə  qəzəblənirlər.  Onlar  bunu  şəxsi  duyğularına 
təhlükə  kimi  qəbul  edirlər.  Onlar  yalançı  şəxsi  duyğu- 
larına həddindən artıq çox vaxt sərf ediblər. Uzun illər ər- 
zində  özlərini  tamamilə  şüursuz  şəkildə  öz  problemlərin- 
də  və  iztirablarında  görüblər.  Bu  problemlər  və  iztirablar 
olmadan onlar kim olacaqlardıkı? 
Əslində  insanların  danışdığı,  düşündüyü  və  ya  etdiyi 
bir çox şeylər öz fikrini daim gələcəyə cəmləyən və indiki 
andan tamamilə ayrı olan qorxudan əmələ gəlir. Əgər in- 
diki anda problem yoxdursa, qorxu da yoxdur. 
İndiki  anda  həll  etməli  lazım  olan  bir  vəziyyət  yara- 
narsa, əgər o mövcüd anın fərqindəliyindən qaynaq- 


94 
 
lanırsa,  sizin  hərəkətiniz  dəqiq,  qəti  və  birbaşa  olacaqdır. 
O  sənin  keçmiş  ağlının  şərti  vəziyyətindən  doğan  reaksi- 
ya yox, daha çox yaranmış situasiyaya hissə əsaslanan bir 
cavab olacaq. Zamanın buxovladığı idrakın dərhal reaksi- 
ya  verdiyi  digər  durumlarda  isə  görəcəksən  ki,  ümumiy- 
yətlə heç nə etməmək, sadəcə İndiki anın mərkəzində qal- 
maq qat-qat effektlidir. 
 
Şüurun Təkamülündə Nəhəng Bir Həmlə 
 

Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin