85
rən yeni şeylər axtarır? Əgər daha çox şey əldə etsən,
özünü daha çox realizə edə bildiyinə, yetərincə yaxşı və
psixoloji baxımdan bütöv olduğuna inanacaqsan? Qarşı-
na hər hansı bir kişi və ya qadının çıxıb həyatına nəsə bir
anlam qatacağınımı gözləyirsən?
Normal, eyniləşdirilmiş idrak halında və aydınlan-
mamış şüur vəziyyətində olanda indiki anda gizlənən gü-
cün və tükənməz yaradıcı potensialın üstünü psixoloji za-
man tamamilə örtür. Onda həyat öz canlılığını, təravətini,
heyranlıq duyğusunu itirir. Köhnə fikir, emosiya, reak-
siya və arzu şablonları sənin ağlının ssenarisi üzrə dur-
madan təkrarlanan tamaşa kimi fəaliyyət göstərir, sənə
özünü müxtəlif personajlarla eyniləşdirmə duyğusu ve-
rir, lakin İndiki anın reallığını təhrif edir və pərdələyir. O
zaman ağıl davamlı olaraq qaneedici olmayan indidən
xilas olmaq üçün gələcəyə bağlanır.
Neqativliyin v
ə İztirabların
Kökləri Zamana Bağlıdır
Dostları ilə paylaş: