72
Zaman İlluziyasına Son Qoy
Özünü idrakla eyniləşdirməmək deyərdimki tamamilə
mümkünsüzdür. Biz hamınız ona qapılmışıq. Balığa uçmağı
necə öyrədə bilərsinizki?
Bunun açarı zaman illüziyasına son qoymaqdadır.
Zaman və idrak bir-birindən ayrılmazdır. Zamanı öz şü-
urundan yığışdıran kimi, yenidən istifadə etməyə qərar
verənəcən o dayanacaq.
İdrakınla eyniləşmək özünü zamanın tələsinə sal-
maqdır, yəni həyatını yaddaşın və ümidlərinlə yaşa-
maqdır. Bu hədsiz narahatlıq, özünüzü keçmişə və gələ-
cəyə həsretmə doğurur, indiki anı dəyərləndirməyə istək-
sizlik yaradır. Bu həsretmə ona görə yaranır ki, keçmiş
sizə kim olduğunuzu söyləyir, gələcək isə özünüzü real-
laşdıraraq, xilas olmağa ümid verir. Bunların hər ikisidə
illüziyadır.
Bəs zaman duyğusu olmadan bu dünyada necə fəaliyyətdə
Dostları ilə paylaş: