Bəzən indiki anı qəbul etmək olmur, o xoşagəlməz və ya
dəhşətli olur.
O olduğu kimidir. Zehnin onu necə təsvir etdiyini və
bu təsvir olma müddətində, davamlı olaraq mühakimə
edərək yaşamağın necə kədər və bədbinlik yaratdığını
müşahidə edin. İdrakın iş mexanizmini izləyərək, müqa-
vimət stereotipindən uzaqlaşır, bununla da indiki məqamın
var olmasına imkan verirsən. Bu vəziyyət sənə xarici situ-
asiyalardan daxilən azad olmağın, həqiqi daxili rahatlıq
halının dadını hiss etmək imkanı verir. O zaman sadəcə
nə baş verdiyini müşahidə et və zərurət, ya da imkan ol-
duqda fəaliyyətə keç.
Əvvəlcə qəbul et, sonra fəaliyyətə keç.İndiki an nə-
dən ibarətdirsə, onu öz seçimin kimi qəbul edin. Həmişə
onunla birlikdə işləyin, ona qarşı deyil. Onu öz dostun və
müttəfiqin et, düşmənin yox. Bu sənin həyatını sirli
şəkildə dəyişəcək.
Keçmişin Ağrısı:
Ağrılı Bədənin Aradan Qalxması
Əgər sən İndiki məqamın gücünə sahib ola bilmir-
sənsə, onu qəbul edə bilmirsənsə, hiss etdiyin istənilən
emosional ağrı içində bir ağrı qalığı kimi qalacaq. O,
55
orada yığılan keçmişin ağrısı ilə birləşib və beyninə və
bədəninə yerləşir. Onda, sənə uşaqlıqda əziyyət verən
ağrılar da, doğulduğun dünyanın dərkolunmazlığından
doğan ağrılar da var.
Toplanmış bu ağrı bədənini və idrakını mühasirəyə
alan mənfi enerji sahəsidir. Əgər sən onu gözəgörünməz
varlıq, ya da xüsusi qanunlarla yaşayan bir varlıq kimi
nəzərdən keçirirsənsə, həqiqətə yetərincə yaxınsan. Bu
emosional ağrıdır. Onun iki həyat forması var: yuxuda və
aktiv. Ağrı zamanın 90 faizini yuxuda ola bilər; hərçənd,
çox bədbəxt insanda o zamanın 100 faizə qədəri də aktiv
ola bilir. Bəzi insanlar, demək olar ki, bütün həyatlarını
ağrıyla yaşayır, eyni zamanda, başqaları onu ancaq mü-
əyyən situasiyalarda hiss edirlər; məsələn intim yaxınlıq
zamanı, ya da hansısa formada keçmiş itkiylə, xəyanətlə
bağlı, yaxud da fiziki və ya emosional ağrıyla əlaqədar-
dırsa və s. Onu istənilən şey aktiv duruma gətirə bilər,
xüsusilə də o sənə keçmişdə vurulan iztirab qalığını xatır-
ladırsa. Bu zaman o yuxulu vəziyyətdən oyanmağa hazır
olur, onu hətta yaxınlardan birinin fikri və ya məsum bir
sözüdə aktivləşdirə bilər.
Bəzi ağrılar daha ağırdır və çətin keçir, lakin nisbətən
ziyansızdırlar; məsələn, uşağın ağlayıb-sızlamağı kəsmək
istəməməsi kimi. Digərləri isə hər şeyi dağıdan monstrlar,
əsl iblislər kimi qəzəblidirlər. Bəziləri fiziki olaraq, digər-
ləri mənəvi olaraq şiddətli olur. Bəziləri ətrafdakılara, ya
56
da sənə yaxın adamlara hücüm edərkən, digərləri isə sə-
nin özünə – yəni öz sahibinə hücum edə bilərlər. Bu hal-
da həyat haqqında fikirlərin və hisslərin son dərəcə neqa-
tiv olurlar. Xəstəliklər və təşviş çox zaman məhz bu yolla
yaranır. Bəzi ağrılı bədənlər öz sahiblərini intihara belə
sövq edirlər.
Bir adamı yaxşı tanıdığını düşünəndə və birdən mü-
nasibətləriniz boyu həmin alçaq yaramazla mübahisəyə
girəndə, bundan çox dərin sarsıntı keçirə bilərsən. Lakin
bu sarsıntını başqa birindənsə, özündə müşahidə etmək
qat-qat əhəmiyyətlidir. Narazılığın səndə hər hansı for-
mada yaranan istənilən əlamətini izlə, onun bədənində
oyanan ağrıdan hərəkətə gəldiyi istisna deyil. O, hirsin,
səbrsizliyin, qaşqabaqlı, sevincsiz ovqatın, zərər vurma
arzusunun hər hansı cildinə girə bilər, özünü kin, güclü
əsəb tutması, depressiya, şəxsi münasibətləri dramatik-
ləşdirmək ehtiyacı və s. kimi göstərə bilər. Onu yuxulu
durumundan ayılanda cilovla.
Ağrılı bədən də eynilə istənilən canlı məxluq kimi
yaşamaq istəyir və yalnız o zaman yaşayır ki, səni özüylə
eyniləşdirə bilir. Onda o ayağa qalxa, səni öz təsirinə sala,
“sən ola” və sənin vasitənlə yaşaya bilir. Öz “qidasını” al-
maq üçün onun sənə ehtiyacı var. O özünə oxşar enerjiylə
rezonansa girən hər cür təcrübəylə qidalanacaqdır; bu
ağrı yaradan müxtəlif şeylər - hirs, nifrət, kədər, dram,
zorakılıq, hətta xəsətlik də ola bilər.Beləlilkə, ağrılı bədən
57
sənə qalib gələndə, sənin həyatında öz enerjisini güzgü
kimi əks etdirən situasiyanı yaradır və onunla da qida-
lanır. Ağrılı bədən ancaq ağrı ilə qidalana bilər. Ağrı se-
vinclə qidalana bilməz. O, sevinci həzm edə bilmir.
Ağrı bədəninə hakim olan kimi, daha çox ağrı
istəməyə başlayırsan. Sən ya qurban, ya da cani olursan.
Sən incitmək və ya ağrıdan əzab çəkmək istəyirsən, ya da
hər ikisini eyni anda arzulayırsan. Bunların arasında
mahiyyətcə heç bir fərq yoxdur. Sən bunu, əlbəttə, dərk
etməyəcək, ona görə də, əsəbi halda mübahisə edəcək,
sərt şəkildə qətiyyən ağrı istəmədiyini iddia edəcəksən.
Lakin daha diqqətlə nəzər salanda görəcəksən ki, təfək-
kür prosesin və davranışın bu ağrını özündə davam etdi-
rib dəstəkləyəcək şəkildə təşkil olunub. Əgər sən bunu
həqiqətən dərk etsəydin, bu ağrı qalığı yox olardı, çünki
daha çox ağrı arzulamaq dəlilikdir, amma heç kəs şüurlu
olaraq dəli deyil.
Eqonun saldığı qara kölgədən yaranan ağrılı bədən
əslində sənin dərrakənin işığından çox qorxur. O aşkar
edilməkdən qorxur. Onun varlığını davam etdirməsi si-
zin onunla şüursuz olaraq eyniləşməyinizə və içinizdə
olan ağrıyla şüursuz üzləşmək qorxunuza bağlıdır. Lakin
sən bu ağrıya birbaşa baxmayanda, onu öz dərrakənin işı-
ğına çıxarmayanda, onda yenə ona öz caynaqlarını gös-
tərmək imkanı verirsən. Ağrı sənə bir anlıq baxmağa belə
qorxduğun təhlükəli yırtıcı kimi görünə bilər, ancaq
58
əmin edirəm ki, bu sadəcə bir vahimədir və sənin möv-
cudluq gücün qarşısında dayanmağa qadir deyil.
Bəzi mənəvi təlimlər bütün ağrıların nəticə etibarilə
illüziya olduğunu irəli sürürlər və bu həqiqətdir. Məsələ
yalnız sənin bunu öz həqiqətin hesab edib-etməməyində-
dir. Zəif inam bunu həqiqətə çevirə bilmir. Sən həyatının
qalan hissəsində ağrı çəkib, bir tərəfdən də onun illüziya
olduğunu deyib təkrar etməkmi istəyirsən? Bu səni əzab-
dan xilas edəcəkmi? Burada bizi maraqlandıran şey sənin
bu həqiqəti öz təcrübəndə necə reallaşdıra biləcəyindir.
Ağrı onu birbaşa müşahidə etməyini və olduğu kimi
görməyini istəmir. Sən onu nəzərdən keçirəndə, onun
enerjisini daxilində hiss edəndə, öz diqqətini ona
yönəldəndə eyniləşdirmə dağılır və şüurun daha yüksək
səviyyəsi açılır. Mən ona mövcudluq deyirəm. Onda sən
ağrılı bədənin şahidinə və ya müşahidəçisinə çevrilirsən.
Bu o deməkdir ki, o artıq səni aldada və öz gücünü ar-
tırmaq üçün səndən istifadə edə bilmir. Bu o deməkdir
ki, sən öz mülkiyyətini, ən böyük daxili gücünü və möh-
kəmliyini tapmısan. Sən indiki anın gücünə yol tapmısan.
Dostları ilə paylaş: |