Az eBook Archive



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə18/78
tarix29.12.2021
ölçüsü1,57 Mb.
#48703
1   ...   14   15   16   17   18   19   20   21   ...   78
İndiki Anın Gücü

Belə  çıxır  ki,  emosiyaların  izlənməsi,  fikirlərin  izlənməsi 
qədər vacibdir? 
 
Tamamilə  doğrudur.  Özünə  sual  vermək  vərdişinə 
yiyələn:  “İndiki  halda  daxilimdə  nə  baş  verir?”  Bu  sual 
sənə  lazımi  istiqaməti  göstərəcək.  Amma  təhlil  etmə,  sa- 
dəcə müşahidə et. Emosiyanın enerjisini hiss et. Əgər heç 
bir  emosiya  yoxdusa,  onda  diqqətini  daha  da  dərinə,  öz 
bədəninin enerji sahəsinə yönəlt. Bu, Varlığın qapısıdır. 
 

Emosiya adətən güclü və həyəcanlanmış fikir forması 
olur,  hər  şeydən  öncə  həddindən  artıq  enerji  ilə  yük- 
ləndiyindən,  əvvəlcə  onu  müşahidə  etmək  o  qədər    də 
asan  olmur.  O  səni  yoldan  çıxarmaq  və  ələ  almaq  istəyir 
və bir qayda olaraq uğur qazanır; və səndə yetərli möv- 


45 
 
cudluq  hissi  yetişməyənə  qədər  o,  buna  nail  olacaq.  Əgər 
mövcudluq  yetərsizliyi  ucbatından  (yeri  gəlmişkən,  bu 
normadır)  sən  özünü  emosiyalarınla  şüursuz  eyniləşdirir- 
sənsə,  onda  emosiya  müəyyən  müddətə  sənə  hakim  olur. 
Bu  sonsuz  dairə  çox  vaxt  sənin  fikrinlə  emosiyalarının 
arasına girir: onlar bir-birini qidalandırırlar. 
Fikir forması öz-özünü müvafiq emosiya şəklində bö- 
yüdülmüş  hala  salır,  bu  emosiyanın  titrəmə  tezliyi    isə 
fikir  formasını  enerji  ilə  qidalandırmaqda  davam  edir. 
Yəni  zehnən  emosiyanın  səbəbi  olaraq  başa  düşülən  və- 
ziyyət,  hər  hansı  şəxs  və  ya  hadisə  üzərində  dayanaraq, 
düşüncə emosiyanı enerjiylə qidalandırır, emosiya isə dü- 
şüncəni qidalandırır və bu davamlı belə davam edir. 
Təməldə,  bütün  hisslər  sizin  ad  və  forma  xaricində 
kim  olmağınızla  bağlı  fərqindəliyinizi  itirməyinizdən 
qaynaqlanır,  ayırd  edilməmiş  duyğunun  bir  qədər  dəyiş- 
miş hallarıdır 
Bu  emosiyanın  ayrılmamış  təbiəti  səbəbindən  onu 
tam tərif etmək çox çətindir. İlk ağla gələn “qorxu” sözü- 
dür, amma ondan  başqa  atılma, tərk edilmə  və natamam- 
lıq  duyğusuda  vardır.  Ola  bilər  ki,  buna  ən  uyğun  termin 
kimi,  ayrılmamış  və  çox  sadə  ada  malik  “ağrı”  sözü  ola 
bilər.  İdrakın  əsas  vəzifələrindən  biri  emosional  ağrı  ilə 
mübarizə,  ya  da  onun  aradan  qaldırılmasıdır  ki,  bu  da 
nəticədə  onun  fasiləsiz  aktiv  olmasına  səbəb  olur,  lakin 
onun nail ola biləcəyi yalnız ağrını müvəqqəti dayandır- 


46 
 
maq ola bilər. İdrak bu ağrıdan xilas olmaq üçün nə qə- 
dər mübarizə aparırsa, ağrı da o qədər artır. 
İdrak bunu nə müstəqil həll edə bilir, nə də sənə bu- 
nun həllini tapmağa imkan verir, çünki o özü bu “proble- 
min” ayrılmaz bir hissəsidir. Cinayətkarı tapmaq istəyən, 
həm də həmin cinayətkar özü olan polis rəisini təsəvvür 
edin. Özünü idrakınla, başqa sözlə öz eqon ilə eyniləşdir- 
məyi dayandırmayana qədər bu ağrıdan azad olmayacaq- 
san.  Siz  bu  eyniləşməni  dayandırdığınızda  idrak  haki- 
miyyətdən düşəcək və Varlıq özünü sənin həqiqi təbiətin 
kimi göstərəcək. 
Hə, sənin nə soruşmaq istədiyini bilirəm. 
 
Mən soruşmaq istəyirdim ki, bəs sevgi və sevinc kimi müs- 
bət emosiyalar haqqında nə deyə bilərsiniz? 
 
Onlar  sənin  Varlıqla  daxili  vəhdətinin  təbii  halından 
ayrı  ola  bilməzlər.  Sevgi  və  sevinc  işartıları,  yaxud  dərin 
rahatlığın  qısa  anları  yalnız  fikir  axını  kəsildikdə  müm- 
kün olur. İnsanların çoxunda fikir kəsintisi nadir hallarda 
olur,  həm  də  təsadüfən,  idrak  “susanda”,  bəzən  onlar  hər 
hansı  təsvirəgəlməz  gözəlliyi  seyr  edəndə  və  ya  ekstre- 
mal fiziki gərginlik hallarında, ya da böyük təhlükə anla- 
rında  olur.  O  zaman  qəflətən  daxili  dinclik  durumu  yara- 
nır və bu dincliyin içərisindən olduqca incə, güclə sezilən, 
bununla belə güclü və dərin sevinc, rahatlıq boy verir.. 


47 
 
Bu an adətən uzun sürmür, çünki idrak bizim düşün- 
mək adlandırdığımız öz səs-küylü fəaliyyəti ilə tez geri 
qayıdır.  Sən  idrakın  dominantlığından  azad  olmayana 
qədər sevgi, sevinc və dinclik  öz inkişafının ən yüksək 
nöqtəsinə çata bilməz. Lakin mən onları emosiyalar ad- 
landırmazdım. Onlar emosional sferanın daha dərin qa- 
tındadırlar. 
Ona  görə  də,  emosiyaların  arxasında  nə  dayandığını 
hiss  etmək  üçün,  ilk  əvvəl  gərək  öz  emosiyalarını  dərk 
edəsən və onları duymağı öyrənəsən. “Emosiya” sözünün 
hərfi mənası – narahatlıq, həyəcan, pozulmadır. O, latınca 

Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin