Bu dünyada sağ qalmaq üçün hökmən düşünmək lazım de-
yilmi?
Sənin idrakın sadəcə əmək aləti, vasitəsidir. O sənin
müəyyən işləri həll etməkdə istifadə etməyin üçündür,
ancaq iş həll olunan kimi sən onu yığışdıra bilərsən. Bir
37
halda ki belədir, mən deyərdim ki, ümumi fikir axınının
təxminən 80-90 faizi nəinki daim təkrarlanır, hətta fay-
dasızdır və öz disfunksionallığı baxımından çox zaman
mənfi təbiətə malik olmaqla, əsas etibarilə həm də ziyan-
vericidir. Beyninə gələn fikirlərə diqqət etsən bunun belə
olduğuna özün də əmin olacaqsan. Bu fikir prosesi həyat
enerjisi itkisinin ciddi səbəbidir.
Əslində səndən əl çəkməyən fikirlərin bu cür müxtə-
lifliyi narkotika asılılığına bənzər zərərli vərdişdir. Zərərli
vərdiş necə xarakterizə olunur?
Bax belə: Sən artıq onu dayandırmaq seçiminə malik
olmadığını hiss edirsən.Sənin alternativin yoxdur. Vərdiş
səndən güclüdür. Bundan başqa, o səndə yalançı həzz
duyğusu yaradır və sonradan bu hökmən ağrıya çevrilir.
Niyə biz zəhlətökən düşünmək vərdişinə bu dərəcədə güclü
bağlıyıq?
Ona görə ki, siz özünüzü ağlınızla eyniləşdirirsiniz,
bu isə o deməkdirki, siz varlığınızı hiss etməyi ağlınızın
tutumundan və onun fəaliyyətindən alırsınız. Çünki
düşünürsünüz ki, fikir axınını dayandırsanız, bu sizin
mövcudluğunuzu da dayandıracaq. Yaşa dolduqca şəxsi
və mədəni xüsusiyyətlərə əsalanan zehni obrazınızı
yaradırsınız. Biz buna, kabus mənlik – eqo deyə bilərik.
Eqo ağlın fəallığından ibarətdir və ancaq fasiləsiz düşün-
38
mə prosesində mövcud ola bilir. “Eqo” terminini müxtəlif
insanlar fərqli anlayır, ancaq mənim burada istifadə etdi-
yim mənada eqo özünü öz ağlınla şüursuz eyniləşdirmə
nəticəsində ortaya çıxan saxta mənlikdir.
Eqo üçün indiki an mövcud deyil. O yalnız keçmişi
və gələcəyi mühüm sayır. Həqiqətin bu cür təhrif olun-
ması eqo rejimində fəaliyyət göstərən ağlı yetərincə dərin
dəyişikliklərə məruz qoyur. O, daima keçmişi canlı şəkil-
də qorumağa çalışır, ona görə ki, keçmişsiz sən kimsən
axı? Ağıl mövcudluğunu təmin etmək üçün özünü daim
gələcəyə proyeksiya edir və onda özünü hər hansı şəkildə
realizə etməyin axtarışları ilə məşğuldur. O deyir:
- Günlərin bir günü, haçansa orada, ya burada ya bu,
ya da o baş verəcək.
Eqonun indi ilə bağlantısı olsa belə, onu qətiyyən in-
diyə aid olan şey kimi görmür: O indini keçmişin gözlə-
riylə gördüyündən, onu tamamilə yalnış dərk edir. Ya da,
indini bir vasitəyə çevirir ki, bu daima zehnin proyeksiya
etdiyi gələcəkdə olan hədəf olur. Ağlınızı müşahidə edin,
bunun belə olduğunu görəcəksiniz.
Azadlığın açarı indiki andadır. Ancaq nə qədər ki sən
öz ağlınsan, onu tapa bilməyəcəksən.
Mən analiz etmək və öyrənmək qabiliyyətimi itirmək istə-
mirəm. Mən daha aydın və yığcam düşünməyi öyrənməyin
əleyhinə deyiləm, ağlımı da itirmək istəmirəm. Ağıl bizə veri-
39
lən ən qiymətli şeydir. Onsuz biz heyvan növlərindən biri olar-
dıq.
Ağlın hökmranlığı şüurun təkamülü prosesində mər-
hələdən başqa bir şey deyil. İndi bizim üçün təxirə salın-
madan növbəti mərhələyə keçid zəruridir, əks təqdirdə,
getdikcə böyüyən və yırtıcıya çevrilən ağlımız bizi məhv
edəcək. Az sonra bu barədə ətraflı danışacağam. Düşün-
mək və şüur eyni anlamlı sözlər deyil. Düşünmək şüurun
xırda bir aspektidir. Düşüncə şüurdan ayrı mövcud ola
bilməz, lakin şüurun düşüncəyə ehtiyacı yoxdur.
Aydınlanma düşüncənin fövqünə qalxmaqdır, dü-
şüncədən aşağı səviyyəyə düşmək, heyvan və ya bitki sə-
viyyəsinə qayıtmaq deyil. Aydınlamış halda olanda isə,
düşünən ağlından yararlanmağa davam edirsən, lakin
bunu əvvəlkindən qat-qat yığcam və səmərəli edirsən.Sən
ondan praktik məqsədlərinin əksəriyyətinə nail olmaq
üçün istifadə edəcək, amma bu zaman zəhlətökən daxili
dialoqlardan kənarda qalacaq və dərin rahatlıq içərisində
olacaqsan. Sən ağlından yararlananda, xüsusilə yaradıcı
bir həllə ehtiyacın olduqda, düşüncə ilə sükut, düşüncə
ilə düşüncəsizlik arasında gedib-gəlirsən. Düşüncəsizlik
halı düşüncəsiz şüurdur. Yalnız belə yaradıcı şəkildə dü-
şünmək olar, ona görə ki, düşüncə yalnız bu halda həqiqi
güc qazanır. Şüurun ölçüyəgəlməz, hüdudsuz səltənətiy-
40
lə bağlılığını itirən tənha düşüncə tez bir zamanda məz-
munsuz, səmərəsiz, dəli və dağıdıcı olur.
Ağıl öz mahiyyəti etibarilə həyatda qalmağımıza sə-
bəb olan maşındır. Digər ağıllı varlıqların bəzilərinə hü-
cum, digərlərindən qorunma vasitəsidir, informasiya,
toplayan, saxlayan və analiz edən mexanizmdir və onun
gücü də bundadır; ancaq bütün bunlar yaradıcılığa aid
deyil. Bütün əsl ustalar və artistlər bilib-bilməmələrindən
asılı olmayaraq, qeyri-ağıl durumunda, yəni daxili dinc-
lik vəziyyətində olarkən yaradırlar. Ağıl yalnız yaradıcı
impulsa forma verir və onun daxili mahiyyəti görmək
qabiliyyətini aktivləşdirir. Çox böyük alimlər yaradıcılıq
sıçrayışlarının məhz zehni sakitlik dövrlərində baş ver-
diyini deyirlər. Onların iş üsulunu öyrənmək məqsədi ilə,
Eynşteyn də daxil olmaqda, ən məşhur Amerika riyaziy-
yatçıları arasında aparılan milli araşdırma tamamilə göz-
lənilməz nəticələr vermişdir. Müəyyən olunmuşdur ki,
“düşüncə ikinci dərəcəli rol oynayır, həm də bütün yara-
dıcılıq prosesinin qısa, yekun mərhələsində”
2
. Ona görə
də, mən deyərdim ki, alimlərin mütləq çoxluğu ona görə
yaradıcı adamlar deyillər ki, necə düşünməli olduqlarını
bilmirlər, ona görə ki, onlar düşünmə proseslərini necə
dayandıracaqlarını bilmirlər.
Yer üzündəki, yaxud sənin bədənində yaradılan və
davam edən həyatın düşüncələrin nəticəsi olmadığı mö-
2
A.Koestler, The Ghost in the Machine (Arkana, London 1989).
41
cüzədir. Tamamilə aydındır ki, bu idrakdan çox böyük
olan ağlın və zəkanın məhsuludur. Necə ola bilər ki,
insan bədənindəki 1/1000 düym ölçüsü bir hüceyrəyə,
DNK-da olan hər biri 600 səhifə həcmində min cildlik
informasiya yerləşə bilir? Bədənin iş prinsipini nə qədər
dərindən öyrəniriksə, onun daxili ağlının bir o qədər nə-
həng olduğunu dərk edir, eyni zamanda, biliklərimizin
nə qədər məhdud olduğunu anlayırıq. İdrak daxili ağılla
birləşəndə, o ən maraqlı alətə çevrilir. Bu zaman o özün-
dən qat-qat böyük olan bir şeyə xidmət edir.
Emosiya:
B
ədəninizin İdraka Reaksiyası
Dostları ilə paylaş: |