Az eBook Archive



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə13/78
tarix29.12.2021
ölçüsü1,57 Mb.
#48703
1   ...   9   10   11   12   13   14   15   16   ...   78
İndiki Anın Gücü

Sən – Ağlın Deyilsən 
 
Aydınlanma Yolundakı Ən Böyük Maneə 
 
Aydınlanma nədir? 
 
Dilənçi otuz ildən çox idi yol kənarında oturmuşdu. 
Bir dəfə bir səyyah onun yanından keçirdi. 
- Bir az xırda pul verin, – dilənçi köhnə papağını uza- 
daraq, dişsiz ağzını fışıldatdı. 
-  Mənim  sənə  verməyə  heç  nəyim  yoxdur,  –  səyyah 
cavab verdi. Sonra soruşdu: – Üstündə oturduğun  nədir? 
- Elə bir şey deyil, – dilənçi cavab verdi. – Köhnə ye- 
şikdir.  Onun  üstündə  nə  vaxtdan  oturduğum  heç  yadım- 
da da deyil. 
- Bəs içərisinə haçansa baxmısan? – səyyah maraqlan- 
dı. 
- Yox, – dilənçi dedi. – Nə mənası var? Orada nə ola 
bilər axı? 
- Sən bir bax, – səyyah təkid etdi. 
Dilənçi yeşiyin qapağını qaldırmağa başladı və gözlə- 
rinə inanmadı. Heyrət və sevinc içində yeşiyin ağzınacan 
qızılla dolu olduğunu gördü. 


23 
 
Mən  cibində  sənə  verəcək  heç  nəyi  olmayan  həmin 
səyyaham və sənə içinə baxmağı təklif edirəm. Ancaq bu 
pritçadakı  kimi  hansısa  yeşiyin  içinə  deyil,  ondan  daha 
yaxın yerə,sənə qat-qat yaxın olan daxilinə. 
Ancaq sən dilənçi olmadığını söyləyə bilərsən. 
Öz  həqiqi  cəvahiratını,  Varlığın  parlaq  sevincini, 
Onunla  birlikdə  gələn  dərin,  möhkəm,  sarsılmaz  dinc- 
liyini  tapmayanlar,  hədsiz  var-dövlət  sahibi  olsalar  da, 
dilənçidirlər.  Onlar  həzz  və  doyum  qırıntılarını,  təsdiq- 
lənməyi,  təhlükəsizliyi  ya  da  sevgini  çöldə  axtarmaqda- 
dırlar,  halbuki  onların  içində  yalnız  bu  şeyləri    ehtiva  
edən  deyil,  dünyanın  verəbiləcəklərindən  sonsuz  dərəcə- 
də daha böyük bir xəzinə vardır 
“Aydınlanma” sözü insanda onun hansısa fövqəlin- 
san  durumuna  çatması  haqda  təsəvvür  yaradır,  onun 
eqosu bunu məhz belə təqdim etməyi xoşlayır, lakin ay- 
dınlanma sadəcə sənin Varlıqla vəhdətdə olduğunu his- 
setmə durumundur. Bu nəyiləsə ölçüsüz, nəyiləsə sarsıl- 
maz olan,əslində sən olan amma yenədə səndən böyük 
bir şeylə birlik halıdır 
O,  sənin  adın  və  bədənindən  kənarda  mövcud  olan  
əsl  mahiyyətini  tapmaqdır.Bu  vəhdəti  hiss  edə  bilməmək 
həm  öz-özünlə,  həm  də  ətraf  dünya  ilə  rabitəsizlik  təsəv- 
vürü  yaradır.  Ona  görə  də,  özünü  şüurlu  və  şüursuz  ola- 
raq təcrid olunmuş hissə kimi qəbul və hiss edirsən. Sən- 


24 
 
də qorxu hissi güclənəndə, yaşadığın daxili və xarici 
qarşıdurmada normal halına çevrilir. 
Buddanın  aydınlanmaya  “əzabın  sonu”  şəklində  ver- 
diyi  sadə  tərif  mənim  çox  xoşuma  gəlir.  Bunda  fövqəl- 
insani bir şey yoxdur, elə deyilmi? Əlbəttə, tərif olaraq o 
tam  deyil.  O  yalnız  aydınlanmanın  nə  olmadığını  deyir: 
yəni  o,  əzab  deyil.  Bəs  əzab  gedəndə  yerində  nə  qalır? 
Budda  bu  barədə  susur  və  onun  sükutu  o  deməkdir  ki, 
bunu  sən  özün  aydınlaşdırasan.  O,    qeyri-qənaətbəxş  
təyin  etmədən  istifadə  edirki,  zehin  bunu  inanılması 
mümkün bir şeyə, fövqəlinsan səviyyəsinə çata biləcəyinə 
çevirməsin,  yəni  zehin  bunu  çatılması  sənin  üçün 
mümkünsüz  olan  məqsədə  çevirməsin.  Bu  xəbərdarlığa 
baxmayaraq,  buddistlərin  çoxu  inanmağa  davam  edirlər 
ki,  aydınlanma  onlar  üçün  yox  (ən  azı  bu  həyatda),  
Budda üçündür. 
Siz Varlıq sözündən istifadə edirsiniz
1

Bununla nəyi nəzərdə tutursunuz? 
 
Varlıq  –  öz  saysız-hesabsız  formalarından  kənarda 
daim mövcud olan, yaranan və yox olan, doğulan və ölən 
əbədi  Vahid  Həyatdır.  Lakin  Varlıq  ən  qiymətli,  görün- 
məz  və  sarsılmaz  mahiyyət  olaraq  yalnız  kənarda  deyil, 
hər  bir  formanın  içərisində  və  dərinliyində  də  mövcud- 
dur. 
 

Being 
– Varlıq, Həyat, Mövcudluq. 


25 
 
Bu  onun  sizin  ən  dərin  kimliyiniz,  həqiqi  təbiətiniz 
olduğu və sizində ona çatabiləcəyiniz anlamına gəlir. An- 
caq  onu  zehninlə  dərk  etməyə  çalışma.  Onu  anlamağa 
cəhd etmə. Sən onu yalnız zehin sakitləşəndə dərk edə bi- 
lərsən.  Sən  varolma  durumunda  olanda,  diqqətin  tama- 
milə  və  yüksək  səviyyədə  İndiki  ana  yönələndə  Varlığı 
hiss edə bilər, ancaq ağlınla onu dərk edə bilməzsən. 
Aydınlanma – Varlığın dərkinə qayıdış və “duyma- 
dərketmə” durumunda olmaqdır. 
 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin