Mark Ellin
“Visionary Business” və “A Visionary Life” kitablarının müəllifi
Avqust,1999-cu il. Novato, Kaliforniya, ABŞ
11
GİRİŞ
Kitabın Yazılmasının Başlıca Səbəbi
Mən keçmişə müraciət etməyə elə də xüsusi ehtiyac
hiss etmir və onun haqqında çox nadir hallarda düşü-
nürəm, buna baxmayaraq, necə mənəvi müəllim oldu-
ğum və bu kitabın necə meydana çıxması haqda sizə qısa-
ca danışmaq istərdim.
Düz on üç yaşıma qədər, demək olar ki, məni heç vaxt
tərk etməyən, zaman-zaman intihara sövq edən dep-
ressiv dövrlərlə əvəzlənən narahatlıq və həyəcan pozun-
tularının təsiri altında yaşamışam. İndi bunu xatırlayar-
kən bilmirəm öz həyatım haqqında danışıram, yoxsa baş-
qasının.
İyirmi doqquz yaşım tamam olduqdan az sonra bir
dəfə səhər tezdən yuxudan mütləq və dəhşətli qorxu hissi
içərisində oyandım. Məndə əvvəllər də belə şeylər olmuş-
du: bundan qabaq da bu cür oyandığım olmuşdu, ancaq
bu dəfə bu duyğu həmişəkinə nisbətən heç vaxt olmadığı
qədər güclüydü. Gecənin sakitliyi, qaranlıq otaqda me-
belin qeyri-müəyyən cizgiləri, uzaqdan keçən qatarın səsi
– hər şey elə nəsə yad, qorxunc və mənasız təsir bağışla-
yırdı ki, məndə bütün dünyaya dərin ikrah doğururdu.
Bütün bunlar içərisində ən nifrətlisi isə, özümün şəxsi
12
mövcudluq faktım idi. Bu qədər əzab-əziyyət yükü içə-
risində həyatı davam etdirməyin nə mənası vardı? Bu
aramsız mübarizəni aparmaq nəyə lazımdır? Hiss etdim
ki, həyatdan qurtulmağa böyük, şiddətli arzu, yoxluğa
can atma, instinktiv yaşamaq həvəsindən qat-qat güclü-
dür.
“Mənim artıq öz-özümlə yaşamağa gücüm çatmır”.
Bu fikir beynimdə israrla təkrarlanırdı. Birdən tam
təsadüfən bu fikrin nə dərəcədə qeyri-adi və orijinal oldu-
ğunu dərk etdim.
“Mən təkəm, yoxsa biz iki nəfərik?
Əgər mən öz-özümlə yaşaya bilmirəmsə, onda biz iki
nəfər olmalıyıq: “Mən” və bundan sonra yaşaya bilməyə-
cəyim həminki “özüm”. Əgər ikimizdən birimiz həqiqi
deyiliksə, onda necə olsun?” – düşündüm.
Mən bu qəribə fikirdən sarsıldım, ağlım sanki dondu.
Tam şüurlu durumda qalmağa davam edirdim, ancaq bu
zaman beynimdə xırda fikir belə yox idi. Sonra hiss etdim
ki, energetik qıfa bənzər nəsə məni özünə çəkir. Əvvəlcə
hərəkət ləng idi, sonradan yavaş-yavaş sürətləndi. Məni
dəhşətli qorxu bürüdü və bədənim tit-rəməyə başladı.
Sanki içimdən gələn “müqavimət göstərmə” sözünü
eşitdim. Boşluğun məni çəkdiyini hiss etdim. Elə bilirdim
ki, bu boşluq kənarda yox, mənim içimdədir. Qəflətən
qorxu yoxa çıxdı və boşluğa düşməyimə imkan
13
yaratdım. Daha heç nə xatırlamıram. Bundan sonra nə
baş verdiyi yadımda deyil.
Bayırdakı quşların oxumasına oyandım. Əvvəllər heç
vaxt belə səs eşitməmişdim. Gözlərim hələ də yumuluy-
du, ancaq xəyalımda qiymətli brilyantın şəkli canlanırdı.
Hə, əlbəttə, əgər brilyant səs çıxara bilsəydi, o elə bu cür
səs olardı. Gözlərimi açdım. Pərdənin arasından səhər şə-
fəqinin ilk işartıları boylanırdı. Heç bir şey düşünmədən,
işığın bizim fərqində olduğumuzdan sonsuz dərəcədə
daha çox şey əks etdirdiyini hiss etdim. Hiss edirdimki,
bilməli olduğum və təsəvvür etdiyimizdən sonsuz dərə-
cədə böyük nəyinsə mövcudluğunu dəqiq bilirəmmiş.
Pərdələrin arasından düşən bu yumşaq işıq sevginin
özüydü. Gözlərim yaşardı. Qalxıb otaqda gəzişdim. Onu
tanıdım, lakin indi anladım ki, əvvəllər bu otağı heç vaxt
əsl işıqda görməmişəm. Hər şey təzə və toxunulmaz idi,
elə bil yenidən yaranmışdı. Mən əşyaları – karandaşı, boş
butulkanı əlimə götürdüm, onların gözəlliyinə və həyat
dolu olduqlarına heyrət etdim.
Həmin gün yer üzündəki həyatın möcüzəsindən hey-
rətə gələrək şəhəri dolaşdım, elə bil dünyaya yenicə gəl-
mişdim.
Sonrakı beş ayı dərin hüzur və daimi xoşbəxtlik içə-
risində yaşadım. Sonra bu durumun intensivliyi bir az
zəiflədi, ya da bəlkə də, mənə elə gəldi, çünki bu vəziyyət
mənim üçün adiləşmişdi. Mən yenə əvvəlki tək bu dün-
14
yadakı mövqeyimi qoruyurdum, hərçənd, anlayırdım ki,
nə etsəm də, malik olduqlarıma nəsə əlavə olunmayacaq.
Əlbəttə, mənə son dərəcə ciddi, dərin və əhəmiyyətli
bir şey olduğunu başa düşürdüm, ancaq məhz nə oldu-
ğunu qətiyyən təsəvvür etmirdim. Dini kitablardan və ru-
hanilərdən başıma məhz onların hamısının axtardığı şe-
yin gəldiyini öyrənənə qədər daha bir neçə il belə davam
etdi. Başa düşürdüm ki, o gecə yaşadığım güclü iztirab
şüurumu bədbəxt və hədsiz dərəcədə qorxudulmuş ağ-
lımın yaratdığı uydurmadan başqa bir şey olmayan
“mən”imlə eyniləşmədən ayırmışdı. Bəlkə də, bu ayrılma
o dərəcədə tam oldu ki, uydurma və əzabverici “mən”
havayla şişirdilən şarın tıxacını çıxaranda olduğu kimi,
büzüşdü. O iztirab çəkən "mən" bir anda çökmüşdü.
Bundan sonraya qalan mənim həqiqi və əbədi varlığım
idi. Mən artıq saf halda mövcud olan şüuram və formayla
eyniləşənə qədər belə olmuşam. Daha sonra tam şüurlu
olaraq əvvəllər hiss etsəm də, boşluq kimi qavradığım bu
daxili, sonsuz və ölümsüz səltənətə girməyi öyrəndim.
Mən elə bir təsvirolunmaz xoşbəxtlik və müqəddəslik du-
rumunda olurdum ki, indicə təsvir etdiyim ilkin hissi-
yatım onunla müqayisədə sönük olurdu. Fiziki planda
heç nəsiz qalanda, vaxtım yarandı. Mənim nə əlaqələrim,
nə işim, nə evim, nə də hər hansı sosial şərtlərə bağlı fər-
diliyim vardı. Təxminən iki ilimi gözqamaşdırıcı, parlaq
15
və böyük sevinclə müşaiət olunan vəziyyətdə parkdakı
skamyalarda keçirdim.
Lakin ən gözəl hisslər belə gəlir və gedirdi. Ancaq
hər hansı bir hisslərdən ən vacibi isə o vaxtdan bəri məni
heç vaxt tərk etməyən dinclik idi. Bəzən o, çox güclü olur-
du, demək olarki, toxunulması mümkün olacaq dərəcədə
hiss olunan. Hərdən də elə olur ki, elə bil, arxa planda
uzaq bir melodiya səslənir.
Bir müddətdən sonra insanlar mənə yaxınlaşıb, de-
yirdilər:
- Mən də səndə olandan istəyirəm. Onu mənə verə,
ya da onu necə əldə etməyin yolunu göstərə bilərsən?
Və mən cavab verirdim:
- Bu artıq səndə var. Sadəcə ağlın çox səs-küy yarat-
dığına görə, onu hiss edə bilmirsən.
Aradan daha bir müddət keçdikdən sonra bu cavab
daha da genişlənərək, indi sənin əlində tutduğun bu kita-
ba çevrildi.
Ancaq mən özümdə bilmədən artıq zahiri kimliyə
nail olmuşdum. Mən mənəvi müəllim idim.
|