Az eBook Archive



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə11/78
tarix29.12.2021
ölçüsü1,57 Mb.
#48703
1   ...   7   8   9   10   11   12   13   14   ...   78
İndiki Anın Gücü

Mark Ellin 
“Visionary Business” və “A Visionary Life” kitablarının müəllifi 
Avqust,1999-cu il. Novato, Kaliforniya, ABŞ 


11 
 
 
 
GİRİŞ 
 
Kitabın Yazılmasının Başlıca Səbəbi 
 
Mən  keçmişə  müraciət  etməyə  elə  də  xüsusi  ehtiyac 
hiss  etmir  və  onun  haqqında  çox  nadir  hallarda  düşü- 
nürəm,  buna  baxmayaraq,  necə  mənəvi  müəllim  oldu- 
ğum və bu kitabın necə meydana çıxması haqda sizə qısa- 
ca danışmaq istərdim. 
Düz on üç yaşıma qədər, demək olar ki, məni heç vaxt 
tərk  etməyən,  zaman-zaman  intihara  sövq  edən  dep- 
ressiv  dövrlərlə  əvəzlənən  narahatlıq  və  həyəcan  pozun- 
tularının  təsiri  altında  yaşamışam.  İndi  bunu  xatırlayar- 
kən bilmirəm öz həyatım haqqında danışıram, yoxsa  baş- 
qasının. 
İyirmi  doqquz  yaşım  tamam  olduqdan  az  sonra  bir 
dəfə səhər tezdən yuxudan mütləq və dəhşətli qorxu hissi 
içərisində oyandım. Məndə əvvəllər də belə şeylər olmuş- 
du:  bundan  qabaq  da  bu  cür  oyandığım  olmuşdu,  ancaq  
bu dəfə bu duyğu həmişəkinə nisbətən heç  vaxt olmadığı 
qədər  güclüydü.  Gecənin  sakitliyi,  qaranlıq  otaqda  me- 
belin qeyri-müəyyən cizgiləri, uzaqdan keçən qatarın  səsi 
– hər şey elə nəsə yad, qorxunc və mənasız təsir bağışla- 
yırdı  ki,  məndə  bütün  dünyaya  dərin  ikrah  doğururdu. 
Bütün bunlar içərisində ən nifrətlisi isə, özümün  şəxsi 


12 
 
mövcudluq  faktım  idi.  Bu  qədər  əzab-əziyyət  yükü  içə- 
risində  həyatı  davam  etdirməyin  nə  mənası  vardı?  Bu 
aramsız  mübarizəni  aparmaq  nəyə  lazımdır?  Hiss  etdim 
ki,  həyatdan  qurtulmağa  böyük,  şiddətli  arzu,    yoxluğa 
can  atma,  instinktiv  yaşamaq  həvəsindən  qat-qat  güclü- 
dür. 
“Mənim artıq öz-özümlə yaşamağa gücüm çatmır”. 
Bu fikir beynimdə israrla təkrarlanırdı. Birdən tam 
təsadüfən bu fikrin nə dərəcədə qeyri-adi və orijinal oldu- 
ğunu dərk etdim. 
“Mən təkəm, yoxsa biz iki nəfərik? 
Əgər mən öz-özümlə yaşaya bilmirəmsə, onda biz iki 
nəfər olmalıyıq: “Mən” və bundan sonra yaşaya bilməyə- 
cəyim  həminki  “özüm”.  Əgər  ikimizdən  birimiz  həqiqi 
deyiliksə, onda necə olsun?” – düşündüm. 
Mən  bu  qəribə  fikirdən  sarsıldım,  ağlım  sanki  dondu. 
Tam  şüurlu  durumda  qalmağa  davam  edirdim,  ancaq  bu 
zaman beynimdə xırda fikir belə yox idi. Sonra hiss etdim 
ki,  energetik  qıfa  bənzər  nəsə  məni  özünə  çəkir.  Əvvəlcə 
hərəkət  ləng  idi,  sonradan  yavaş-yavaş  sürətləndi.  Məni 
dəhşətli  qorxu  bürüdü  və  bədənim  tit-rəməyə  başladı. 
Sanki  içimdən  gələn  “müqavimət  göstərmə”  sözünü 
eşitdim. Boşluğun məni çəkdiyini hiss etdim. Elə bilirdim 
ki,  bu  boşluq  kənarda  yox,  mənim  içimdədir.  Qəflətən 
qorxu yoxa çıxdı və boşluğa düşməyimə imkan 


13 
 
yaratdım. Daha heç nə xatırlamıram. Bundan sonra nə 
baş verdiyi yadımda deyil. 
Bayırdakı quşların oxumasına oyandım. Əvvəllər heç 
vaxt  belə  səs  eşitməmişdim.  Gözlərim  hələ  də  yumuluy- 
du,  ancaq  xəyalımda  qiymətli  brilyantın  şəkli  canlanırdı. 
Hə, əlbəttə, əgər brilyant səs çıxara bilsəydi, o elə bu cür 
səs olardı. Gözlərimi açdım. Pərdənin arasından səhər şə- 
fəqinin  ilk  işartıları  boylanırdı.  Heç  bir  şey  düşünmədən, 
işığın  bizim  fərqində  olduğumuzdan  sonsuz  dərəcədə 
daha  çox  şey  əks  etdirdiyini  hiss  etdim.  Hiss  edirdimki, 
bilməli  olduğum  və  təsəvvür  etdiyimizdən  sonsuz  dərə- 
cədə böyük nəyinsə mövcudluğunu dəqiq bilirəmmiş. 
Pərdələrin  arasından  düşən  bu  yumşaq  işıq  sevginin 
özüydü.  Gözlərim  yaşardı.  Qalxıb  otaqda  gəzişdim.  Onu 
tanıdım, lakin indi anladım ki, əvvəllər bu otağı heç vaxt 
əsl  işıqda  görməmişəm.  Hər  şey  təzə  və  toxunulmaz  idi, 
elə bil yenidən yaranmışdı. Mən əşyaları – karandaşı, boş 
butulkanı  əlimə  götürdüm,  onların  gözəlliyinə  və  həyat 
dolu olduqlarına heyrət etdim. 
Həmin  gün  yer  üzündəki  həyatın  möcüzəsindən  hey- 
rətə  gələrək  şəhəri  dolaşdım,  elə  bil  dünyaya  yenicə  gəl- 
mişdim. 
Sonrakı  beş  ayı  dərin  hüzur  və  daimi  xoşbəxtlik  içə- 
risində  yaşadım.  Sonra  bu  durumun  intensivliyi  bir  az 
zəiflədi, ya da bəlkə də, mənə elə gəldi, çünki bu vəziyyət 
mənim üçün adiləşmişdi. Mən yenə əvvəlki tək bu dün- 


14 
 
yadakı mövqeyimi qoruyurdum, hərçənd, anlayırdım  ki, 
nə etsəm də, malik olduqlarıma nəsə əlavə olunmayacaq. 
Əlbəttə,  mənə  son  dərəcə  ciddi,  dərin  və  əhəmiyyətli 
bir  şey  olduğunu  başa  düşürdüm,  ancaq  məhz  nə  oldu- 
ğunu qətiyyən təsəvvür etmirdim. Dini kitablardan və ru- 
hanilərdən  başıma  məhz  onların  hamısının  axtardığı  şe- 
yin gəldiyini öyrənənə qədər daha bir neçə il belə davam 
etdi.  Başa  düşürdüm  ki,  o  gecə  yaşadığım  güclü  iztirab 
şüurumu  bədbəxt  və  hədsiz  dərəcədə  qorxudulmuş  ağ- 
lımın  yaratdığı  uydurmadan  başqa  bir  şey  olmayan 
“mən”imlə eyniləşmədən ayırmışdı. Bəlkə də, bu ayrılma 
o  dərəcədə  tam  oldu  ki,  uydurma  və  əzabverici  “mən” 
havayla  şişirdilən  şarın  tıxacını  çıxaranda  olduğu  kimi, 
büzüşdü.  O  iztirab  çəkən  "mən"  bir  anda  çökmüşdü. 
Bundan  sonraya  qalan  mənim  həqiqi  və  əbədi  varlığım 
idi. Mən artıq saf halda mövcud olan şüuram və formayla 
eyniləşənə  qədər  belə  olmuşam.  Daha  sonra  tam  şüurlu 
olaraq əvvəllər hiss etsəm də, boşluq kimi qavradığım bu 
daxili,  sonsuz  və  ölümsüz  səltənətə  girməyi  öyrəndim. 
Mən elə bir təsvirolunmaz xoşbəxtlik və müqəddəslik du- 
rumunda  olurdum  ki,  indicə  təsvir  etdiyim  ilkin  hissi- 
yatım  onunla  müqayisədə  sönük  olurdu.  Fiziki    planda  
heç nəsiz qalanda, vaxtım yarandı. Mənim nə əlaqələrim, 
nə işim, nə evim, nə də hər hansı sosial şərtlərə bağlı fər- 
diliyim vardı. Təxminən iki ilimi gözqamaşdırıcı, parlaq 


15 
 
və böyük sevinclə müşaiət olunan vəziyyətdə parkdakı 
skamyalarda keçirdim. 
Lakin  ən  gözəl  hisslər  belə  gəlir  və  gedirdi.  Ancaq  
hər hansı bir hisslərdən ən vacibi isə o vaxtdan bəri məni 
heç vaxt tərk etməyən dinclik idi. Bəzən o, çox güclü olur- 
du,  demək  olarki,  toxunulması  mümkün  olacaq  dərəcədə 
hiss  olunan.  Hərdən  də  elə  olur  ki,  elə  bil,  arxa  planda 
uzaq bir melodiya səslənir. 
Bir  müddətdən  sonra  insanlar  mənə  yaxınlaşıb,  de- 
yirdilər: 
-  Mən  də  səndə  olandan  istəyirəm.    Onu  mənə  verə, 
ya da onu necə əldə etməyin yolunu göstərə bilərsən? 
Və mən cavab verirdim: 
- Bu artıq səndə var. Sadəcə ağlın çox səs-küy yarat- 
dığına görə, onu hiss edə bilmirsən. 
Aradan daha bir müddət keçdikdən sonra bu cavab 
daha da genişlənərək, indi sənin əlində tutduğun bu kita- 
ba çevrildi. 
Ancaq  mən  özümdə  bilmədən  artıq  zahiri  kimliyə  
nail olmuşdum. Mən mənəvi müəllim idim. 


16 
 
 
 
 

Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin