Az eBook Archive


partnyoru  isə  rəfiqənin  şüursuz  modelini  tamamlayır



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə78/78
tarix29.12.2021
ölçüsü1,57 Mb.
#48703
1   ...   70   71   72   73   74   75   76   77   78
İndiki Anın Gücü


partnyoru  isə  rəfiqənin  şüursuz  modelini  tamamlayır. 
Aydın məsələdir ki, bu situasiyanı rəfiqəniz özü yaradıb, 
belə olduğu halda, "özü" və "mənlik" kim və ya nədir? 
Bütün bunları kim və nə yaradır? Keçmişdən qaynaqla- 
nan zehni-duyğusal bir modeldir, başqa heç nə. Niyə on- 
dan bir mənlik yaradırkı? Əgər rəfiqənizə öz durumunu 


298 
 
onun  özünün  seçdiyini  söyləsən,  bununla  onun  idrakıyla 
eyniləşdirmə  duyğusunu  bir  az  da  gücləndirəcəksən. 
Lakin  onun  yaddaşındakı  model  həqiqi  kimliyidirmi?  Bu 
model  odurmu?  Rəfiqənə  indini  öz  fikir  və  emosiyala- 
rının  xaricində  necə  müşahidə  etməyi  öyrət.  Ona  ağrılı 
bədəndən danış, ondan necə xilas olmağın yolunu göstər. 
Ona  mövcudluğun  mənasını  nümayiş  etdir.  Elə  ki  rəfiqə- 
niz indinin gücünü mənimsəyib və beləliklə də şərtli keç- 
mişini yarıb keçdiyi an, ancaq o an bir seçimə malik ola- 
caqdır. 
Disfunksiya,  qarşıdurma  və  ağrıları  heç  kim  seçmir. 
Dəliliyi də heç kəs seçmir. Bunlar yalnız ona görə baş ve- 
rir  ki,  keçmişi  aradan  qaldırmaq  üçün  səndə  mövcudluq 
çatışmır,  qaranlığı  yarmaq  üçün  kifayət  qədər işığın  yox- 
dur. Sən bütöv deyilsən, tam olaraq burada deyilsən. Sən 
hələ  tam  oyanmamısan.  Nə  qədər  ki  bu  belədir,  həyatını 
şərti ağıl idarə edəcək. 
Əgər  sənin  də  bir  çoxları  kimi  valideynlərinlə  fikir 
ayrılığın  varsa,  əgər  hələ  də  onların  etdiklərindən  və  ya 
etmədiklərindən  inciyirsənsə,  deməli,  onların  bir  seçimə 
sahib olduqlarına, başqa cür davrana biləcəklərinə inanır- 
san. Elə görünür ki, guya insanların seçimi var, ancaq bu 
tam belə deyil, bu illüziyadır. Nə qədər ki, idrakın ağzına 
qədər  şərti  model  və  stereotiplərlə  doludur,  onlar  sənin 
həyatını  idarə  edir,  nə  qədər  ki  sən  idrakınsan,  hansı 
seçimdən söhbət gedə bilər? Heç bir. 


299 
 
Sən  heç  orada  yoxsan.  İdrakla  eyniləşmə  durumu  ciddi 
funksiya  pozuntusudur.  O,  dəlilik  formalarından  biridir. 
Bu  xəstəlikdən,  demək  olar  ki,  hər  bir  insan  müəyyən 
dərəcədə  əziyyət  çəkir.  İnciklik  və  qəzəb  duyğuları  sən 
onları  dərk  edəndə  aradan  qalxır.  Məgər  xəstələndiyinə 
görə kimdənsə inciyə bilərsən? 
Burada yeganə münasib cavab şəfqət ola bilər. 
 
Onda belə çıxır ki, heç kəs etdiklərinə görə heç bir məsuliy- 
yət daşımır? Bu mənim xoşuma gəlmir. 
 
Əgər  səni  idrakın  idarə  edirsə,  seçimin  yoxdur.  Odur 
ki,  öz  şüursuzluğunun  nəticələrindən  əziyyət  çəkməkdə 
davam edəcək və yalnız bu əzabı artıracaqsan. Sən qorxu- 
dan,  konfliktlərdən,  problem  və  ağrılardan    ibarət    ağır 
yük  daşımaqda  davam  edəcəksən.  Bu  şəkildə  meydana 
çıxan  iztirab  əvvəl-axır  səni  şüursuz  durumdan  itələyib 
çıxaracaq. 
 
Mənə elə gəlir ki, sizin seçimlə bağlı dedikləriniz bağışla- 
mağa da aiddir. Bağışlaya bilməkdən qabaq tam şüurlu və təs- 
lim olmalısan. 
 
“Bağışlama”  termini  artıq  iki  min  ildir  dəbdədir,  an- 
caq  insanların  çoxunun  onun  mənasıyla  bağlı  təsəvvürü 
son  dərəcə  dayaz  və  məhduddur.  Nə  qədər  ki  mənlik 
hissini keçmişdən alcaqsan, həqiqi mənada nə özünü, nə 


300 
 
də  başqalarını  bağışlaya  bilərsən.  Həqiqi  bağışlama  yal- 
nız  İndiki  anın  gücünü  əldə  etməklə  mümkündür.  Bu  sə- 
nin  öz  gücündür  hansiki  keçmişi  aciz,  gücsüz  duruma 
salır.  Sən  dərindən  anlayırsan  ki,  nə  vaxtsa  etdiklərinin 
heç  biri  və  ya  sənə  qarşı  edilənlər  sənin  həqiqi,  nurlu 
mahiyyətinə  zərrə  qədər  də  toxunmaq  gücündə  deyil. 
Onda bütün bağışlama qavramı gərəksiz olacaq. 
 
Yaxşı, bu anlayış nöqtəsinə necə gedib çıxa bilərəm? 
 
Var  olana  təslim  olanda,  yəni  tam  mövcud  olanda, 
keçmişin  heç  bir  gücü  qalmır.  O  artıq  sənə  lazım  olmur. 
Mövcudluq açardır. İndiki an açardır. 
 
Təslim olduğumu haradan biləcəm? 
 
Bu sualı soruşmağa ehtiyac duymayanda. 

Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin