Təslim Olmağın Mənası
İndiki Anın Qəbulu
Siz bir neçə dəfə “təslim olmaq” haqqında danışdınız. Bu
fikir mənim xoşuma gəlmir. Bu, bir qədər taleyə ümid bağ-
lamağa oxşayır. Əgər biz həmişə hər şeyi olduğu kimi qəbul et-
sək, deməli, onu yaxşıya doğru dəyişmək üçün heç bir səy gös-
tərməyəcəyik. Mənə elə gəlir ki, biz həyatımızın və ya cəmiy-
yətin tərəqqisi haqqında danışanda, indinin məhdudiyyətlərini
qəbul etməyi nəzərdə tutmuruq, əksinə, onların öhdəsindən gəl-
məyə və daha yaxşı şeylər yaratmağa çalışırıq. Əgər bunu et-
məsəydik, hələ də mağaralarda yaşayardıq. Təslim olmağımızı
hər şeyi dəyişmək və daha yaxşı etmək arzumuzla necə uzlaş-
dıra bilərik?
Təslim olmaq bəzi insanlar üçün mənfi məna daşıya,
məğlubiyyət, qətiyyətsizlik, həyatın çağırışlarına cavab
vermə acizliyi və başqa bu kimi təsəvvürlər yarada bilər.
Lakin həqiqi təslimiyyət bunlara qətiyyən bənzəmir. O
düşdüyün vəziyyətə passivcəsinə dözmək və heç bir şey
etməmək anlamına gəlmir. Bu, hər hansı planlar qurma-
maq, yaxud pozitiv fəaliyyət göstərməmək anlamına da
gəlmir.
268
Təslimiyyət həyatın axarına müqavimət göstərmək
əvəzinə, ona uymaqla bağlı sadə, ancaq dərin müdriklik-
dir. Sənin həyat axınını hiss edə biləcəyin yeganə yer İn-
didir, ona təslim olmaq, indiki anı hər hansı qeyri-şərtsiz
qəbul etməkdir. Bu var olan qarşı daxili müqavimətdən
imtinadır. Zehni mühakimələrin və emosional neqativli-
yin dili ilə daxili müqavimət “var olana” “yox” demək-
dir. O özünü açıq şəkildə xüsusilə işlərin “pis gedəndə”
göstərir, bu isə sənin idrakının tələbləri və şəksiz gözlən-
tilərin ilə həqiqətdə olanlar arasında uçurum yaranması
deməkdir. Bu uçurum həm də ağrı fasiləsidir. Əgər yetə-
rincə uzun ömür yaşamısansa, tez-tez işlərin “pis getdiyi-
ni də” bilirsən. Əgər ağrını və həyatındakı kədəri həqiqə-
tən aradan qaldırmaq istəyirsənsə, təslim olmağı məhz
həmin vaxtlarda təcrübədən keçirmək lazımdır. Olanı
qəbul etmək səni dərhal idrakınla eyniləşməkdən azad
edir və bununla Varlıqla vəhdətini bərpa edir. Mü-
qavimət elə idrakın özüdür.
Təslim olmaq sırf daxili fenomendir. Ancaq bu o de-
mək deyil ki, sən xarici planda heç nə edə və ətrafdakı və-
ziyyəti dəyişdirə bilməzsən.
Əslində, təslim olduqda qəbul etməli olduğun şey
ümumi vəziyyət deyil, İndi adlanan kiçik hissədir.
Məsələn, əgər hardasa palçığa batmısansa, bu o de-
mək deyil ki, bununla tamamilə barışmalısan.
269
Razılaşmaq təslim olmaq deyil. Sənə arzuolunmaz,
ya da xoşagəlməz həyat şəraitini qəbul etmək lazım deyil.
Palçığa batmaqda pis heç nə olmadığıyla bağlı özünü al-
datmağa və buna özünü inandırmağa da gərək yoxdur.
Yox. Sən onun içindən çıxmaqla bağlı istəyini bütöv şəkil-
də analiz edirsən. Sonra diqqətini daraldaraq, indiki ana
yönəldir və onun üzərində cəmləşdirirsən, ancaq heç bir
halda ona zehni yarlıklar yapışdırmırsan. Bu indini mü-
hakimə etməmək anlamına gəlir. Ona görə də, heç bir
müqavimətin və emosional neqativliyin olmayacaq. Sən
yalnız bu anın “varlığnı” qəbul edirsən. Sonra bu palçıq-
dan çıxmaq üçün qəti hərəkətlər edir və əlindən gələni
edirsən. Mən belə bir fəaliyyəti pozitiv hesab edirəm. O,
qəzəbin, ümidsizliyin və ya məyusluğun doğurduğu ne-
qativ fəaliyyətdən xeyli effektlidir. Beləliklə arzu olunan
nəticəni əldə edənə qədər, İndiyə hər hansı yarlık yapış-
dırmadan təslimiyyəti sınaqdan keçirməyə davam edir-
sən.
İcazə ver, bununla bağlı söylədiyim fikri təsvir etmək
üçün sənə vizual bir analogiya gətirim. Gecə qatı duman-
da cığırla gedirsən. Ancaq əlində işığı ilə dumanı yaran,
irəlidə ensiz və aydın sahə yaradan güclü fənər var. Du-
man sənin keçmiş və gələcəkdən ibarət həyat şəraitindir;
fənər şüurlu mövcudluqdur; qarşınızdakı aydın sahə isə
İndiki andır.
270
Təslim olmamaq sənin psixoloji formanı, eqo qabığını
daha da qalınlaşdırıb sərt edir və bununla səndə daha
güclü ayrılıq duyğusu formalaşdırır. Sən ətraf dünyanı,
xüsusilə də, insanları təhlükə kimi qəbul edirsən. Səndə
şüuraltı olaraq başqalarını mühakimə etmək yoluyla
məhv etmək, rəqabət aparmaq və onlara hökm etmək tə-
ləbatı yaranır. Hətta təbiət də sənin düşmənin olur, qav-
rayışlarını və hisslərini qorxu idarə edir. Bizim paranoya
adlandırdığımız ruhi xəstəlik bu adi, ancaq şüurun
disfunksional durumunun bir qədər kəskin formasıdır.
Müqavimət nəticəsində təkcə psixoloji durumun de-
yil, fiziki forman, yəni bədənin də sərtləşərək bərkiyir.
Onun ayrı-ayrı hissələrində gərginlik əmələ gəlir, bədən
özü isə bütövlükdə sıxılmağa başlayır. Bədəndə həyat
enerjisinin sərbəst dövr etməsi çətinləşir, bu isə onun sağ-
lamlığı üçün son dərəcə vacibdir. Masaj və bədən tərbiyə-
sinin bəzi növləri onun dövr etməsinin bərpasına kömək
edə bilər, lakin nə qədər ki, təslim olmağı gündəlik həyat
normana çevirməmisən, bu tədbirlər səni müvəqqəti ra-
hatladacaq.
Daxilində elə bir şey var ki, həyat situsiyanı forma-
laşdıran müvəqqəti və ötəri şərtlər ona toxuna bilmir, ona
yol isə birdir və bu təslim olmaqdan keçir. Sənin həyatın,
indinin zamanxarici aləmində əbədi olan Varlığın da
271
odur. İsanın söylədiyi kimi, o həyatı axtarıb tapmaq
“lazım olan yeganə şeydir”.
&
Əgər həyat şəraitinin sənin tələblərinə cavab vermə-
diyini düşünürsənsə, yaxud o dözülməzdirsə, ancaq ona
təslim olaraq bu şəraiti təsdiqləyən şüursuz müqavimət
modelini sındıra bilərsən.
Təslim olmaq dəyişiklikləri başlatmaqla və ya məq-
sədləri həyata keçirən hərəkətlərlə əla uyuşur. Sən təsli-
miyyət durumunda fəaliyyət göstərəndə, hərəkətlərin ta-
mam başqa enerji, başqa keyfiyyətlə dolur. Təslim olmaq
səni Həyat enerjisinin mənbəyi ilə birləşdirir və əgər
sənin fəaliyyətində Varlıq varsa, o, həyat gücünün sevin-
cinə çevrilərək, səni Mövcud anın daha dərinliklərinə
aparacaq. Müqavimət göstərməməklə etdiklərinin və ya
yaratdıqlarının keyfiyyəti son dərəcə yüksəlir. Ortaya çı-
xan nəticələr bu keyfiyyəti əks etdirməyə başlayırlar. Biz
bunu “təslim olmuş hərəkət” adlandıra bilərik. O bizim
min illər boyu təsəvvür etdiyimiz iş deyil. Getdikcə daha
çox insan ayıldıqca, iş sözü də lüğətdən qalxacaq və bəl-
kə də onun yerinə yeni bir söz yaradılacaqdır.
Sənin gələcəyinin başlıca təyinedici amili indiki anda
şüurunun keyfiyyətidir, ona görə də, pozitiv dəyişiklilər
etmək üçün edə biləcəyin ən vacib şey təslim olmaqdır.
İstənilən hərəkət ikinci dərəcəlidir. Təslim olmayan şüur-
272
dan həqiqi mənada heç bir pozitiv fəaliyyət yarana bil-
məz.
Dostları ilə paylaş: |