Az eBook Archive



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə69/78
tarix29.12.2021
ölçüsü1,57 Mb.
#48703
1   ...   65   66   67   68   69   70   71   72   ...   78
İndiki Anın Gücü

Əgər  bədəni  ölümə  inam  yaradırsa,  bəs  niyə  heyvanların 
da  bədəni  var?  Axı  heyvanın  eqosu  yoxdur  və  onlar,  ölümə 
inanmır... 
 
Bununla belə, o da ölür, ya da ölmüş kimi görünür. 
Unutma ki, sənin dünyanı qavramağın şüur halının 
təzahürüdür.  Sən  ondan  ayrı  deyilsən  və  ondada  dün- 
yanın obyektiv  mənzərəsi yoxdur. Şüurun hər an sənin 
yaşadığın aləmi yaradır. Müasir fizikanın ən böyük kəşf- 
lərindən biri müşahidə edənlə müşahidə olunan arasında 
birliyin  olmasıdır:  eksperiment  aparan  insan  müşahidə 
edən  şüurdur və  o,  müşahidə  etdiyi  obyektdən  ayrı  ola 
bilməz, onun fərqli baxış bucaqları həmin obyektin fərqli 
davranmasına səbəb olur. Əgər sən daha dərin səviyyədə 
ayrılığa və həyat uğrunda mübarizənin zəruriliyinə ina- 
nırsansa,  bu  inancın  bütün  ətrafına  əks  olunduğunu  və 
qavrayışına qorxunun təsir etdiyini görərsən. Beləliklə 


260 
 
də sən ölüm dünyasında, bir-biri ilə vuruşan, bir-birini 
öldürən və yeyən cisimlər dünyasında yaşayarsan. 
Heç  bir  şey  göründüyü  kimi  deyil.  Sənin  yaratdığın 
və  eqoist  idrakın  vasitəsilə  gördüyün  dünya  sənə  son  də- 
rəcə qüsurlu yer, göz yaşı dənizi kimi görünə bilər. Lakin 
sənin  qavradıqların  sadəcə  simvollardır,  yuxugörmə  ki- 
midir. 
Şüurun kainatın molekulyar enerji rəqsini bu  şəkildə 
qavramaqda  və  onunla  bu  cür  qarşılıqlı  təsirə  gir- 
məkdədir. Bu enerji fiziki reallıq deyilən şeyin xam mad- 
dəsidir. Sən onu bədən, doğum və ölüm, yaxud həyat uğ- 
runda  mübarizə  prizmasından  görürsən.  Amma  sonsuz 
sayda  və  tamamilə  fərqli  fikirlərin,  tamamilə  fərqli  dün- 
yaların  olması  mümkündür  və  əslində,  vardır;  Hamısı 
şüurun  necə  qavramasına  bağlıdır.  Hər  bir  varlıq  şüurun 
diqqət  nöqtəsidir,  hər  bir  diqqət  nöqtəsi  isə,  öz  dünyasını 
yaradır, baxmayaraq ki, bütün bu dünyalar bir-biri ilə sıx 
bağlıdır.  İnsanların,  qarışqaların,  delfinlərin  və  digərləri- 
nin  öz  dünyası  var.  Şüur  tezlikləri  səninkindən  son  dərə- 
cə fərqli olan sonsuz sayda o qədər məxluq var ki, nə sən 
onların  varlığını  hiss  edirsən,  nə  də  onlar  sənin.  Sənə  sə- 
mavi  kimi  görünən  aləmdə  sənin  Mənbəyə,  özlərinin  isə 
bir-birinə  bağlı  olduğunu  bilən  yüksək  şüurlu  varlıqlar 
var, amma nəticə etibarilə bütün aləmlər eynidir. 
Bizim  kollektiv  dünyamız  şüurun  idrak  adlandırdığı- 
mız səviyyəsində qurulub. Bu aləmin içərisində belə bö- 


261 
 
yük fərqlər olan çoxlu “dünyacıqlar” var və onlar məhz 
bu  dünyaları  qavrayanlardan  və  yaradanlardan  asılıdır- 
lar. Bütün aləmlər bir-birinə sıx bağlıdırlar və insan şüu- 
runun çevrilişi baş verəndə, bu dəyişiklik təbiətə və hey- 
vanlara təsir edəcək. Bibliyada yazıldığı kimi, gələcəkdə 
“şir və quzu yanaşı yatacaqlar”. Bu tamamilə başqa bir 
nizamın mümkünlüyünə işarə edir. 
Artıq  dediyim  kimi,  dünya  yüksək  dərəcədə  eqoist 
təfəkkürün əksidir. Qorxulu həyat eqoist yanılmanın la- 
büd nəticəsidir, bu qorxunun hökmdarlıq etdiyi dünya- 
dır. Yuxudakı obrazlar daxili dünyamızı simvolizə etdiyi 
kimi, kollektiv həyatımız da əhəmiyyətli dərəcədə qorxu- 
nun və kollektiv insan psixikasında toplanan ağır neqa- 
tivliyin əksidir. Biz öz dünyamızdan ayrı deyilik, ona gö- 
rə də, insanların çox hissəsi eqoist yanılmalarından xilas 
olanda, bu daxili dəyişiklik bütün məxluqata təsir edəcək. 
Sən tam mənası ilə yeni bir dünyada yaşayacaqsan. Pla- 
netar şüurdakı dəyişiklik də elə budur. Buddistlərin nəti- 
cə etibarilə hər bir ağacın, hər bir otun aydınlanacağı ilə 
bağlı qəribə açıqlamaları da bu həqiqətə işarə edir. Mü- 
qəddəs Pavelin dediyinə görə, bütün məxluqat insanlığın 
aydınlanmasını gözləyir. Mən onun sözlərini belə yozar- 
dım: “Yaradılmış kainat ehtiras və ümidlə Tanrı oğlunun 
zühurunu  gözləyir”.  Müqəddəs  Pavel  bütün  yaradılışın 
bu yolla qurtulacağını söyləyərək davam edir: “Həmin 


262 
 
gün... kainatdakı bütün məxluqat doğuş sancısı keçirir- 
miş kimi, inildəyəcək”. 
Doğulan  yeni  şüurdur  və  onun  qaçınılmaz  əksi  yeni 
dünya olacaq. Bu, Əhdi-Cədidin Vəhy Kitabında da xəbər 
verilmişdir:  ”Sonra  mən  yeni  dünya  və  yeni  torpaq  gör- 
düm, çünki ilk cənnət və ilk torpaq yoxa çıxmışdı”. 
Səbəblə  nəticəni  qarışdırma.  Sənin  ilk  növbədə  vəzi- 
fən  azadlığı  daha  yaxşı  dünya  yaratmaq  vasitəsilə  axtar- 
mamaq,  forma  ilə  eyniləşmədən  qurtularaq  oyanmaqdır. 
Onda  artıq  dünyaya,  reallığın  bu  səviyyəsinə  bağlı 
olmayacaqsan.  Sən  öz  köklərini  Aşkar  olmayanda    hiss 
edə  bilər,  beləliklədə,  Aşkar  dünyaya  bağlılıqdan  azad  
ola  bilərsən.  Sən  bu  dünyanın  müvəqqəti  həzlərindən  ye- 
nə zövq ala bilərsən, ancaq onları itirmək qorxun olmadı- 
ğından,  onlardan  yapışmaq  zərurəti  də  olmayacaq.  Hissi 
həzlərdən  əvvəlki  tək  ləzzət  ala  bilməyinə  baxmayaraq, 
səndə  artıq  bədən  həzlərinə  qarşı  güclü  ehtiras  yoxdur, 
eyni  şəkildə,  psixoloji  məmnunluq  yoluyla  eqonu  qida- 
landıraraq  özünü  daha  çox  reallaşdırmağa  canatma  da 
olmayacaq.  Artıq  sən  həzdən,  hər  hansı  təzahürdən  son 
dərəcə böyük bir şeylə təmasdasan. 
Bu  mənada  artıq  dolğun  dünyaya  ehtiyac  duy- 
marsan. Onun heç dəyişib başqa cür olmasını  da istəmər- 
sən. Yalnız bu andan etibarən əsl şəfqət hiss edir və həqi- 
qətən başqalarına kömək etməyə qadir olursan. Daha 


263 
 
yaxşı dünyanı ancaq bu dünyanın hüdudlarından kənara 
çıxanlar yarada bilər. 
Ölümün  və  ölümsüzlüyün  eyni  şey  olmasının  dərki 
olan  həqiqi  şəfqətin  ikili  təbiətindən  artıq  danışdığımız, 
bəlkə  də,  sənin  yadındadır.  Belə  bir  dərin  səviyyədə  şəf- 
qət sözün ən geniş mənasında şəfa vericidir. Bu durumun 
müalicəvi təsiri ilk növbədə etməyə deyil, olmağa əsasla- 
nır. Təmasa girdiyin hər kəs bilib-bilməməyindən asılı ol- 
mayaraq,  sənin  mövcudluğundan  və  sakitliyindən  təsirlə- 
nəcək.  Sən  tam  mövcud  olanda,  ətrafındakılar  isə  özünü 
şüursuz  aparanda,  buna  cavab  verməyə  ehtiyac  hiss  et- 
məyəcəksən, beləliklədə buna heç bir reallıq verməyəcək- 
sən. Sənin sakitliyin o dərəcədə böyük və dərindir ki, on- 
da  sakit  olmayan  hər  şey  elə  yox  olur  ki,  sanki  əvvəldən 
olmayıb.  Bu,  karmaya  əsaslanan  hərəkət  və  reaksiyaları 
silsiləsini  qırır.  Həm  heyvanlar,  həm  ağaclar,  həm  də  çi- 
çəklər  sənin  dincliyini  hiss  edəcək  və  ona  qarşılıq  verə- 
cəklər.  Beləcə,  sən  var  olaraq,  Tanrının  hüzurunu  göstə- 
rərək  öyrədirsən.  Sən  “dünyanın  işığı”  olursan,  saf  şüur 
saçırsan və buna görə də, əzabı onun əmələ gəlmə səbəbi 
səviyyəsində  aradan  qaldırırsan.  Sən  şüursuzluğu  bu 
dünyadan uzaqlaşdırırsan. 
 

Ancaq bu o demək deyil ki, bunu etməklə yanaşı, yə- 
ni, idrakla eyniləşməməklə, insanların daxili şüursuzluq 


264 
 
modellərini necə anlamağı öyrədə bilməyəcəyin anlamına 
gəlməz.  Sənin  kim  olmağın  hər  zaman  nə  demə-yindən 
daha  həyati  vacib  təlimdir  və  dünyanı  qat-qat  güclü 
şəkildə  dəyişir,  hətta  nə  etməyindən  də    müqayisə  
edilməz  dərəcədə  önəmlidir.  Bundan  başqa,  Varlığın 
ilkinliyini  etiraf  etmək,  bununla  da  səbəb  səviyyəsində 
işləmək sənin eyni anda həm fəaliyyət səviyyəsində, həm 
də əzabı (onunla nə zaman qarşılaşırsan-qarşılaş) yüngül- 
ləşdirməklə  bu  fəaliyyətin  nəticələrinə  şəfqət  göstərmək 
imkanını  istisna  etmir.  Əgər  ac  adam  səndən  çörək  istə- 
yirsə və səndə bir az varsa, verirsən. Ancaq bu çörəyi ve- 
rərkən  aranızdakı  münasibət  qısamüddətli  olsa  da,  həqiqi 
əhəmiyyət  kəsb  edən  yeganə  şey  Varlıq  ilə  paylaşdığın 
andır, çörək isə sadəcə onun simvoludur. Dərin şəfa onun 
içindədir. Bu anda nə verən var, nə də alan. 
 

Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin