Az eBook Archive



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə65/78
tarix29.12.2021
ölçüsü1,57 Mb.
#48703
1   ...   61   62   63   64   65   66   67   68   ...   78
İndiki Anın Gücü

həm olmağa imkan verə, həm də onu dəyişə bilərəm? 
 
Etməyin  lazım  olan  şeyi  et.  Eyni  zamanda,  olanı  da 
qəbul  elə.  Bir  halda  ki,  idrak  və  müqavimətin  oxşar  an- 
lamları var, qəbul eləmək səni dərhal idrakın hakimiy- 


234 
 
yətindən  qurtarır,  bununla  da  Varlıqla  əlaqən  bərpa  olu- 
nur.  Və  nəticədə  səni  nəsə  etməyə  təhrik  edən  eqonun 
ənənəvi  “hərəkət”  istiqaməti,  yəni  qorxu,  hərislik,  nəza- 
rətə,  müdafiəyə  cəhd,  yaxud  saxta  mənlik  duyğusuna  yol 
vermən  dayanacaq.  Artıq  işə  idrakdan  xeyli  yüksəkdə 
dayanan  intellekt  girişəcək,  ona  görə  də,  sənin  işin  key- 
fiyyət baxımından şüurun başqa səviyyəsinə keçəcək. 
“Taleyinin xalısına hörülən istənilən naxışı qəbul elə, 
çünki sənin kədərini heç nə ovuda bilməz!” Bunu 2000 il 
əvvəlin  son  dərəcə  nadir  insanlarından  olan,  dünya  üzə- 
rindəki  hökmranlıqla  birlikdə  müdrikliyə  ucalan  Mark 
Avreli yazıb. 
Deyəsən, insanların çoxuna öz müqavimətini kənara 
atıb qəbullanmaqdan, hər şeyi olduğu kimi qəbul etmək- 
dən və bağışlamağı öyrənməkdən qabaq böyük əzablar 
yaşamaq lazımdır. Ancaq onlar qəbullanıb bağışladıqdan 
sonra, böyük möcüzələrdən biri baş verir: məhz pis gö- 
rünən  şey  vasitəsilə  İlahi  şüurun  oyanması  –  iztirabın 
daxili dincliyə çevrilməsi baş verir. Dünyadakı bütün pis- 
liklərin və əzabların son məqsədi insanları adları və bə- 
dənləri xaricində kim olduqlarını dərk etdirməkdir. Odur 
ki, dar baxışlarımıza əsaslanaraq, pislik kimi qəbul etdiyi- 
miz şey, əslində əks tərəfi olmayan böyük xoşbəxtliyin və 
mərhəmətin  bir  hissəsidir.  Lakin  bu  sənin  üçün  yalnız 
bağışlamaq yoluyla həqiqətə çevrilə bilər. Nə qədər ki bu 


235 
 
baş verməyib, biz pislikdən xilas ola bilməyəcəyik və o 
davam edəcək. 
Bağışlama  yolu  ilə  hansı  ki,  bu  keçmişin  həqiqət  ol- 
madığını görüb qəbul etmək və indiki anı olduğu kimi ol- 
masına icazə verməkdir, çevriliş möcüzəsi həm daxilində, 
həm  də  xaricində  meydana  gəlir.  Dərin  mövcudluğun 
səssiz  sahəsi  həm  daxilində,  həm  də  xaricində  yaranır. 
Şüurun  bu  sahəsinə  girən  hər  şey,  onun  təsirini  hiss  edir, 
bəzən çox aşkar şəkildə, bəzənsə daha dərin səviyyədə və 
onda  dəyişikliklər  müəyyən  vaxtdan  sonra  hiss  olunur. 
Beləcə,  heç  bir  şey  etmədən,  təkcə  mövcud  olmaqla  və 
dərin 
mövcudluğun 
titrəyiş 
tezliyini 
saxlamaqla 
anlaşılmazlığı  aradan  qaldırır,  ağrıdan  xilas  olur, 
şüursuzluğu dağıdırsan. 
 
H
əyat Dramının Sonu 
 
Əgər  qəbuletmə  və  daxili  dinclik  halındasansa,  həyatına 
adi şüur baxımından “pis” hesab oluna biləcək şey girə bilərmi? 
Hətta siz onu “pis” adlandırmasanız belə
 
İnsanların həyatında baş verən və “pis” adlandırılan 
şeylərin böyük hissəsinin səbəbi onların şüursuzluğudur. 
Pis şeylər öz-özünə baş verir, ya da daha doğusu, eqolar 
tərəfindən yaradılır. Bəzən mən onlara “dram” kimi ya- 
naşıram. Əgər tam şüurlusansa, dram heç vaxt sənin hə- 


236 
 
yatına daxil ola bilməz. İcazə ver, eqonun necə fəaliyyət 
göstərdiyini və dramı necə yaratdığını qısaca xatırladım. 
Eqo – müşahidə olunmayan idrakdır. O, sənin həya- 
tını müşahidəçi, şahidlik edən şüur mövcud olmayanda 
idarə edir. 
Eqo özünü ona düşmən olan kainatda əlahiddə 
ayrı  biri  kimi  hesab  edir. 
Onun  heç  bir  digər  varlıqla 
əlaqəsi yoxdur, o, potensial olaraq təhlükə saydığı və öz 
məqsədləri üçün istifadə etməyə çalışdığı digər eqoların 
mühasirəsindədir. Eqonun davranışlarının təməl modeli 
öz  qorxusu  və  natamamlıq  hissi  ilə  mübarizə  üçün 
yaradılıb.  Bu  modellər  müqavimət,  hakimiyyət,  ac- 
gözlük, nəzarət etməyə cəhd, hücum və müdafiədir. Eqo- 
nun bəzi strategiyaları son dərəcə mahir görünür, halbuki 
əslində onlar heç vaxt problemləri həqiqətən həll etmir- 
lər. Ona görə ki, eqo özü elə problemdir. 
Şəxsi  münasibətlərdə,  istənilən  təşkilatlarda  və  ya 
qurumlarda eqolar bir araya gələndə, gec-tez “pis” şeylər 
baş  verir:  onlar  bu  və  ya  digər  formalı  dramlar,  kon- 
fliktlər,  problemlər,  hakimiyyət  uğrunda  mübarizə,  emo- 
sional  və  ya  fiziki  zorakılıqlar  şəklində  ortaya  çıxır.Buna 
müharibə, soyqırım və istismar kimi ortaq pisliklər də da- 
xildir,  bunların  hamısı  kütləvi  şüursuzluqdan  qaynaq- 
lanır.  Bundan  savayı,  eqonun  daimi  müqaviməti  ucbatın- 
dan  bədəndə  enerji  axını  çətinləşir  və  ya  tamamilə  daya- 
nır, nəticədə cürbəcür xəstəliklər əmələ gəlir. Siz Varlığa 
yenidən birləşəndə isə, idrakın səni idarə etmir, odur ki, 


237 
 
belə şeylər də etmirsən. Dramlar yaratmır və onlarda 
iştirak etmirsən. 
İki və ya daha çox eqo nə zaman bir araya gəlirsə, 
orada  hökmən  müəyyən  dram  yaşanır.  Əgər  öz-özlü- 
yündə əzab çəkirsənsə, bu da dramdır. Əgər günahkarlıq 
və ya təlaş hiss edirsənsə, bu da dramdır. Əgər keçmişin 
və gələcəyin indinin üzərinə kölgə salmağına imkan ve- 
rirsənsə, psixoloji zaman, yəni dram üçün xammal yara- 
dırsan. 
İnsanların çoxu şəxsi həyat dramlarını sevirlər. Onlar 
özlərini  şəxsi  həyat  tarixçələri  ilə  eyniləşdirirlər.  Onların 
həyatını  eqoları  idarə  edir.  Onlar  öz  mənlik  hisslərini  də 
dramlarına  əlavə  edirlər.  Hətta  adətən  onların  uğursuz 
cavab,  qərar  və  ya  şəfa  axtarışları  onların  dramının  bir 
hissəsinə çevrilir. Bu elə onların idrakıdır. Onların ən çox 
qorxduqları  və  müqavimət  göstərdikləri  şey  dramlarının 
son  tapmağıdır.  Bu  o  deməkdir  ki,  onlar  idrakları  olduğu 
müddətdə  qorxduqları  və  müqavimət  göstərdikləri  şey, 
oyanmaqlarıdır. 
Olanı  tam  qəbul  edərək  yaşayanda,  bu  sənin  bütün 
həyat  dramlarının  sonu  olur.  Onda  heç  kəs  səni  müba- 
hisəyə çəkə bilmir, hətta buna çox çalışsa da. Tam şüurlu 
insanla  mübahisə  etmək  mümkün  deyil.  Mübahisə  özünü 
idrakla  və  öz  zehni  mövqeyinlə,  eyni  zamanda  öz  müqa- 
vimətinlə  və  başqasının  mövqeyinə  verdiyin  cavabla  ey- 
niləşdirməkdir. Mübahisənin nəticəsi adətən qarşı tərəf- 


238 
 
lərin  möhkəmlənməsi  və  güclənməsi  olur.  Bunlar  şüur- 
suzluq  prinsipinin  hərəkət  mexanizmləri  və  işləyiş  for- 
masıdır.  Əgər  qəbul  etmə  durumunda  olsan,  sən  əvvəlki 
tək fikrini açıq və  qəti deyə bilərsən, ancaq onun ardında 
nə reaktiv güc, nə müdafiə, nə də hücum olacaq və o heç 
vaxt  drama  çevrilməyəcək.  Tam  şüurlu  olanda  sən  qarşı- 
durma vəziyyətindən çıxırsan. 
Möcüzələr Kursunda deyilir. “Öz-özünlə tək qalanda 
qarşıdurma haqqında düşünmək belə mümkün deyil” 
Burada nəzərdə tutulan təkcə başqa insanlarla qarşı- 
durma halları deyil və bundan qat-qat artıq dərəcədə da- 
xili qarşıdurmalarda da şamil olunur. Çünki idrakının tə- 
ləbləri və gözləntiləri ilə qarşıdurma olmayanda içinizdə 
də qarşıdurma olmur. 
 
H
əyatın Dəyişkənliyi və Dövriliyi 
 
Lakin nə qədər ki, fiziki ölçüdəsən və kollektiv insan 
şüuru ilə əlaqən var, psixi ağrı az da olsa olacaq. Onu iz- 
tirabla,  yaxud  zehni-emosional  ağrı  ilə  qarışdırmaq  ol- 
maz.  İstənilən  iztirab  eqo  ilə  müqavimətin  nəticəsidir. 
Fiziki  dünyada  yaşadığından,  sən  onun  dövrü  təbiətinə, 
eyni  zamanda,  dövrü  dəyişkənlik  qanununa  tabe  olmaq- 
da  davam  edirsən,  ancaq  onu  “pis”olaraq  qəbul  etmirsən. 
O sadəcə olandır. 


239 
 
Hər  şeyə  “mövcud  olmaq”  imkanı  verəndə  bu  təzad- 
lar  oyunun  altında  olan  daha  dərin  ölçü  özünü  daimi 
mövcudluq,  sabit  dərin  dinclik,  yaxşının  və  pisin  o  biri 
tərəfində yaşayan səbəbsiz sevinc kimi göstərir. Bu, Var- 
lığın sevincidir, İlahi dinclikdir. 
Forma  müstəvisində  cisimlərin  bir-birindən  ayrı  gö- 
rünən  doğum  və  ölüm,  yaranma  və  dağılma,  yüksəliş  və 
çöküşləri  vardır.  Bu  hər  şeydə  özünü  göstərir:  ulduzların 
və  ya  planetlərin  həyat  dövriyyəsində,  millətlərin,  siyasi 
sistemlərin,  sivilizasiyaların  parlayıb  sönməsində,  həmçi- 
nin fərdin həyatındakı qazanc və itkilərdə. 
Hər  şeyin  yaxşı  göründüyü  və  nəaliyyət  əldə  et- 
diyiniz uğur dövrələri var, bir də onların dağıldığı uğur- 
suzluq  girdabları:  bu  zaman  yeni  nəsə  etmək,  transfor- 
masiyanın baş verməsi üçün yeni şərait yaratmaq məqsə- 
dilə  onları  tərk  etməlisən.  Əgər  bu  mərhələdə  uğur- 
suzluq girdablarından yapışır və müqavimət göstərirsən- 
sə, bu o deməkdir ki, həyatın axınına uymaq istəmirsən 
və deməli, əzab çəkəcəksən. 
Yüksəliş  mərhələsinin  yaxşı,  uğursuzluq    dövrünün 
isə  pis  olduğu  qətiyyən  doğru  deyil.  Bu  yalnız  idrakın 
mühakimələri  sferasında  həqiqətdir.  İnkişaf  adətən  müs- 
bət  hal  sayılır,  ancaq  heç  nə  sonsuza  qədər  inkişaf  edə 
bilməz.  Əgər  inkişaf  durmadan  davam  etsəydi,  axırda 
dəhşətli miqyas alar və sadəcə dağıdıcı olardı. Yeni inki- 
şafın ola bilməsi üçün tənəzzülə ehtiyac var. Biri olma- 


240 
 
dan,  digəridə  ola  bilməz.  Tənəzzül  yəni  uğursuzluq  döv- 
rü mütləqdir və mahiyyətcə mənəvi gerçəkləşmə üçün la- 
zımdır.  Sən  mənəvi  tərəfə  yönəlmən  üçün  dərin  uçuruma 
düşməli,  müəyyən  səviyyəyə  yuvarlanmalı,  itki  verməli, 
ya  da  güclü  ağrı  hiss  etməlisən.  Bəlkə  də,  böyük  uğurun 
boş  və  mənasız  olar  beləliklə,  uğursuzluğa  çevrilər.  Hər 
bir  uğurun  arxasında  uğursuzluq,  hər  bir  uğursuzluğun 
arxasında  uğur  var.  Bu  dünyada  forma  müstəvisində  hər 
kəs  əvvəl-axır  uğursuzluğa  düçar  olur  və  hər  bir  nailiy- 
yət,  şübhəsiz  ki,  gec  və  ya  tez  uğursuzluq  olur.  Bütün 
formalar müvəqqətdir. 
Sən əvvəlki tək fəal olaraq, yeni forma və situasiyalar 
yaradıb həzz ala bilərsən, ancaq artıq özünü onlarla eyni- 
ləşdirməyəcəksən.  Onlar  sənə  şəxsi  mənlik  duyğusu  ver- 
mək üçün lazım deyillər. Onlar sənin həyatın deyil, sadə- 
cə həyatının situasiyalarıdır. 
Sənin  həyat  enerjin  də  dövrələrə  tabedir.  O  həmişə 
zirvədə ola bilməz. Enerjinin yüksək və zəif olduğu mər- 
hələlər var. Bəzən sən çox aktiv və yaradıcı olursan, lakin 
hərdən  də  hər  şey  durğunlaşır  və  onda  heç  bir  hərəkət 
etmir,  heç  bir  şeyə  nail  olmursan.  Dövrə  istənilən  qədər 
davam edə bilər: bir neçə saatdan bir neçə ilədək.  Böyük 
dövrələr  və  bu  böyük  dövrələrin  içərisində  olan  kiçik 
dövrələr  var.  Həyat  üçün  təhlükəli  olan  bir  çox  xəs- 
təliklər  zəif  enerjili  dövrələrə  müqavimət  göstərməyin 
nəticəsidir. Bunu etmək istəyi, yaxud duyğularını və şəx- 


241 
 
si  eyniləşdirməni  uğur  kimi  xarici  faktorlardan  almağın, 
idrakınla  eyniləşmə  müddətində  qaçınılmaz  illüziya 
olacaq. Bu illüziya zəif dövrələri qəbul etməyi, məğlub ol- 
mağı ya çətinləşdirir, ya da mümkünsüz edir. Beləliklədə, 
özünü  qorumağa  meylli  olan  orqanizminin  intellekti  səni 
saxlamağa  məcbur  etmək  üçün,  xəstəlik  “düşünüb  tap- 
maq” kimi müdafiə tədbirindən istifadə edə bilər ki, yeni- 
lənmə baş verə bilsin. 
Kainatın dövri təbiəti bütün şeylərin və situasiyaların 
müvəqqətiliyi  ilə  yaxından  sıx  bağlıdır.  Budda  bunu  öz 
təliminin  mərkəzinə  çevirmişdir.  Bütün  hallar  son  dərəcə 
qeyri-stabildir  və  fasiləsiz  hərəkətdədir,  ya  da  onun  ifadə 
etdiyi  kimi,  dəyişkəndir.  Bu  hər  bir  halın,  həyatında  qar- 
şılaşdığın  hər  bir  situasuyanın  xarakteristikasıdır.  Onlar 
dəyişir,  yox  olur  ya  da  daha  səni  qane  etmirlər.  Dəyiş- 
kənlik  Məsihin  təliminin  də  əsas  konsepsiyasını  təşkil 
edir: “Özünüz üçün xəzinələr yığıb yerə basdırmayın, gü- 
və və pas onları çürüdər, oğrular isə oğurlayarlar...” 
Nə qədər ki idrakın şəraiti “yaxşı” qiymətləndirir, is- 
tər münasibətləriniz, istər mülkiyyətiniz, istər sosial rolu- 
nuz,  istər  yaşayış  yeriniz,  istərsə  də  fiziki  bədəniniz  ver- 
diyinz  bu  qiymətə  bağlanır  və  onunla  eyniləşir.  O  səni 
xoşbəxt,  özündən  məmnun  edir,  kimliyinin  bir  hissəsi 
olur.  Ancaq  “güvə  və  pasın  yeyəcəyi”  mənada  heç  nə 
əbədi  deyil.  O  ya  tükənər,  dəyişər,  yaxud  qütb  dəyi- 
şikliyinə məruz qalar: Dünən, ya da keçən il yaxşı olan, 


242 
 
şərait  qəfil  tədricən  pisləşir.  Əvvəllər  səni  xoşbəxt  edən 
eyni  şərait,  bir  az  keçdikdən  sonra  bədbəxt  edir.  Bu- 
günkü uğur sabah mənasız israfçılığa çevrilir. Uğurlu ev- 
lilik  və  bal  ayı  uğursuz  boşanmaya,  yaxud  mənasız  mü- 
nasibətə çevrilir. Ya da hər hansı bir şərait özü yoxa çıxır 
və  onun  yoxluğu  səni  bədbəxt  edir.  Əgər  idrakın  bağ- 
landığı  və  özünü  eyniləşdirdiyi  şərait  və  ya  situasiya  də- 
yişir, ya da yoxa çıxırsa, idrak bunu heç cür qəbul edə bil- 
mir.  O,  yoxa  çıxan  şəraitdən  yapışaraq,  bu  dəyişikliyə 
müqavimət  göstərir.  Bu  sanki  bir  qolunuzun  və  ya 
ayağınızın bədəninizdən qoparılmasına bənzəyir. 
Hərdən  bəzi  insanların  var-dövlətlərini  və  ya  nüfuz- 
larını  itirdikdən  sonra  intahara  cəhd  etdiklərini  eşidirik. 
Bunlar  ekstremal  hallardır.  Ciddi  itkiyə  və  ya  buna  bən- 
zər bir şeyə məruz qalan başqaları isə, qəm dəryasına ba- 
tır,  yaxud  da  xəstələnirlər.  Onlar  sərhədi  ayıra  bilmir,  öz 
həyatları  ilə  həyat  situasiyaları  arasındakı  fərqi  hiss  et- 
mirlər.  Bu  yaxınlarda  yaşı  artıq  səksəni  ötdükdən  sonra 
vəfat  etmiş  bir  aktrisa  haqqında  oxudum.  Qocalaraq  gö- 
zəlliyi solmağa başlayanda o özünü çox bədbəxt hiss edə- 
rək,  tənhalığa  çəkilib.  O  da  şəraitlə  –  öz  zahiri  görünüşü 
ilə eyniləşmişdi. Bu şərait əvvəlcə ona sevincli, daha son- 
ra  fərəhsiz  duyğular  bəxş  edib.  Əgər  o  içindəki  formasız 
və  zamanxarici həyata  qovuşa bilsəydi, bu prosesi qayğı- 
sızlıq  və  dincliyin  olduğu  yerdən  müşahidə  edə  bilər  və 
zahiri formasının solmasına sakitcə imkan yaradardı. 


243 
 
Bundan başqa, onun zahiri forması yaşı olmayan əsl təbi- 
ətindən  şüalanan  işıqla  daha  şəffaf  olardı,  yəni  onun  gö- 
zəlliyi  heç  vaxt  solmaz,  mənəvi  gözəlliyə  çevrilərdi.  An- 
caq  bunun  mümkünlüyünü  heç  kəs  ona  deməyib.  Ən  hə- 
qiqi bilgi hələ geniş şəkildə əldə olunmamışdır. 
 

Budda  öyrədirdi  ki,  sənin  xoşbəxtliyin  belə  “dak- 
ha”dır;  bu  söz  pali  dilində  “əzab”  və  ya  “məmnuniyyət- 
sizlik”  deməkdir.  Xoşbəxtlik  və  bədbəxtlik  bir-birindən 
ayrılmazdır.  Bu  o  deməkdir  ki,  sənin  xoşbəxtliyinlə  bəd- 
bəxtliyin  faktiki  olaraq  eyni  şeydir.  Onları  bir-birindən 
ancaq zaman illüziyası ayırır. 
Ancaq bu heç də sənin neqativ mövqedə olmalı oldu- 
ğun  demək  deyil.  Bu  sadəcə  sənin  şeylərin  mahiyyətini 
anlayıb,  bütün  həyatın  boyu  illüziyalar  ardınca  qaçma- 
mağın  üçündür.  Bu  sənin  gözəl  şeyləri  və  xoş  situasi- 
yaları  qiymətləndirməməyin,  zövq  almamağın  anlamına 
da gəlmir. Lakin onların verə bilmədiyi, yəni nəyləsə ey- 
niləşmə,  daimilik  və  ümid  etmək,  yaxud  özünü  tam  real- 
laşdırmanın arxasınca getmək əzaba və ümidlərin puç ol- 
masına  aparan  yoldur.  Əgər  insanlar  aydınlansalar  və 
özlərini  əşyalarla  eyniləşdirməkdən  daha  zövq  almasalar, 
bütün reklam sənayesi və istehlak cəmiyyəti çökər. Çünki 
xoşbəxtliyə  bu  yolla  nə  qədər  israrla  can  atırsansa,  o  da 
bir o qədər səylə səndən qaçır. Müvəqqəti və səthi heç bir 


244 
 
şey  səni  heç  vaxt  məmnun  etməyəcək,  lakin  həqiqətə  ça- 
tana  qədər,  bəlkə  də,  çoxlu  ümidsizlik,  məyusluq  yaşaya 
bilərsən. Şeylər və situasiyalar həzz verə bilər, ancaq on- 
lar sənə ağrı da verəcək. Əşyalar və siyuasiyalar sənə ləz- 
zət verə bilər, ancaq sevinc bəxş edə bilməz. Sevinci heç 
bir  şey  bəxş  edə  bilməz.  Sevinc  səbəbsizdir  və  Varlığın 
sevinci  kimi  daxildən  gəlir.  O  sənin  təbii  halındır,  səylə 
çalışaraq  və  ya  mübarizə  apararaq  əldə  edəcəyin  bir  şey 
deyil. 
İnsanların  çoxu  malik  olduğu,  uğrunda  mübarizə 
apardığı  əşyalarda  heç  bir  “qurtuluş”  olmadığını  qətiy- 
yən  anlamır.  Bunu  anlayanlar  çox  zaman  həyatdan  bezir 
və depressiyaya düşürlər: əgər heç bir şey sənə həqiqətən 
tam  məmnunluq  vermirsə,  nə  uğrunda  mübarizə  apara- 
san? Bunun mənası varmı? Əgər Əhdi-Ətiqin peyğəmbəri 
aşağıdakıları yazıbsa, deməli, bu anlayış səviyyəsinə yük- 
səlib: 
“Mən  günəşin  altında  baş  verən  hər  şeyi  gördüm  və 
bunlar  hamısı  boş,  mənasız  şeylər  idi,  küləyin  arxasınca 
qaçmaqdan başqa bir şey deyildi”. 
Bu  fikri  dərk  edəndə,  sən  ümidsizliklə  aydınlanma- 
nın arasında, hərəsinin bir addımlığında olacaqsan. 
Bir Buddist rahib bir vaxtlar mənə belə demişdi: 
"Rahib olduğumdan bəri keçən iyirmi il ərzində öy- 
rəndiyim bütün şeyi bir cümlə ilə ümümiləşdirə bilərəm: 
Yaranan hər şey, yox olur. Bildiyim budur. 


245 
 
O bunu demək istəyirdi: 
“Mən  var  olana  müqavimət  göstərməməyi  öyrəndim; 
mən  mövcud  ana  var  olmağa  icazə  verməyi,  bütün  şey- 
lərin  və  şəraitlərin  müvəqqəti  təbiətini  qəbul  etməyi  öy- 
rənmişəm. Beləcə, dinclik tapmışam”. 
Həyata  müqavimət  göstərməmək  xoşbəxt,    qayğısız 
və  asan  yaşamaq  deməkdir.  Onda  bu  hal  artıq  vəziyyə- 
tinin yaxşı və ya pisliyindən asılı olmayacaq. Demək olar 
ki,  paradoksaldır,  ancaq  elə  ki  formadan  daxili  asılılığın 
aradan qalxır, həyatının ümumi şəraiti və xarici görkəmin 
əhəmiyyətli  dərəcədə  yaxşılaşma  tendensiyası  qazanır. 
Xoşbəxt  olmaq  üçün  ehtiyac  duyduğun  şeylər,    insanlar  
və şərtlər mübarizəsiz və heç bir səy göstərmədiyin halda 
sənin yanına gəlməyə başlayırlar və nə qədər ki, vardırlar 
onları dəyərləndirə, onlardan həzz ala bilərsən. Əlbəttə ki 
bütün  bunlar,  müvəqqətidir,  dövrlər  gəlib-gedəcəklər, 
ancaq  onlardan  asılılığın  olmadığı  üçün,  bundan  sonra 
onları  itirmək  qorxun  da  olmayacaq.  Həyat  qayğısızca- 
sına axacaq. 
Hər hansı ikinci mənbədən gələn xoşbəxtlik dərin ol- 
mur.  O  yalnız  Varlığın  solğun  əksi,  müqavimətsiz  duru- 
ma  girərkən  dincliyin  daxilində  tapdığın  titrək  əks-səda- 
sıdır.  Varlıq  səni  idrakın  əks  qütblərinin  hüdudlarından 
kənara  çıxararaq,  formaya  bağlılıqdan  azad  edir.  Ətrafda 
hər şey uçulub-dağılsa, parçalansa belə, sən dincliyin də- 


246 
 
rin hissini duymağa davam edirsən. Bəlkə də, bununla 
xoşbəxt olmayacaqsan, ancaq sakit olacaqsan. 
 
Neqativlikd
ən İstifadə Edib 
Onu K
ənara Atmaq 
 
İstənilən daxili müqavimət bu və ya digər formalı ne- 
qativlik kimi hiss olunur. İstənilən cür neqativlik də mü- 
qavimətdir. Bu mənada hər iki söz, eyni anlamdadır. Ne- 
qativlik adi hirsdən və ya dözümsüzlükdən azğın qəzəbə 
qədər, depressiv ovqatdan, ya da hiddətdən çıxılmaz inti- 
har durumunadək dəyişə bilər. Bəzən müqavimət emosi- 
onal ağrıları da hərəkətə gətirir. Bu halda ən mənasız si- 
tuasiya  belə,  qəzəb,  depressiya  və  ya  dərin  kədər  kimi 
güclü neqativlik yaradır. 
Eqo  neqativlik  vasitəsilə  reallığı  ustalıqla  idarə  edə- 
rək,  istədiyini  ala  biləcəyinə  inanır.  Eqo  onun  vasitəsilə 
həmçinin  arzuladığı  situsiyaları  cəlb  edə,  arzu  olunma- 
yanları  isə  qova  biləcəyinədə  inanır.  Möcüzələr  Kursu 
düzgün  olaraq,  xoşbəxt  olmadığın  zamanlarda  bədbəxtli- 
yin  sənə  istədiyini  “əldə  edəcəyin”  ilə  bağlı  şüuraltında 
inama  sahib  olduğunu  göstərir.  Əgər  “sən",  yəni  idrakın 
bədbəxtliyin  işləmədiyinə  inanmasaydı,  onu  yaratmaq 
nəyinə  lazım  idi?  Həqiqət  budurki,  şübhəsiz,  neqativlik 
işə  yaramır.  O,  arzulanan  şəraiti  cəzb  etmək  əvəzinə,  on- 
ların yaranmasına mane olur. Arzuolunmaz halları dağıt- 


247 
 
maq əvəzinə, onları yerində saxlayır. Neqativliyin yeganə 
“faydalı”  tərəfi  eqonu  möhkəmləndirməsidir.  Elə  bu  sə- 
bəbdən də eqo onu sevir. 
Elə ki özünü neqativliyin hər hansı cəhəti ilə eyniləş- 
dirirsən,  artıq  onu  başından  çıxarıb  ata    bilmirsən    və  
dərin  şüuraltı  səviyyədə  müsbət  dəyişikliklərdə  istə- 
mirsən.  O,  sənin  depressiv,  acıqlı  və  haqsızlığa  məruz 
qalmış  kimliyini  təhdid  edəcək.  Onda  sən  isə  həyatının 
müsbət  yönlərinə  əhəmiyyət  verməyəcək,  onları  görmə- 
məzliyə vuracaq və qəbul etməyəcəksən. 
Neqativlik  təbii  amil  deyil.  O,  təbiətdə  yoxdur.  Ne- 
qativlik psixi çirkləndirici kimidir, həm də təbiətin zəhər- 
lənərək məhv olması ilə kollektiv insan psixikasında top- 
lanan nəhəng mənfi yük arasında dərin əlaqə var. Planeti- 
mizdə  insan  həyatından  başqa  heç  bir  həyat  forması 
neqativliyi  tanımır.  Eyni  zamanda,  heç  bir  digər  həyat 
forması  onu saxlayan,  mövcudluğunun  əsası  olan  yer  kü- 
rəsini  murdarlayıb  zəhərləmir.  Sən  heç  stress  vəziyyətinə 
düşmüş  narazı  bir  çiçək,  ya  da  palıd  ağacı  gördünmü? 
Depressiyaya  düşmüş  delfin  və  ya  qurbağa,  özündən 
narazı  və  rahatlıq  tapmayan  pişik,  inciklik  və  nifrətdən 
qovrulan  quş  gördünmü?  Yalnız  insanlarla  yaxın  təmas- 
da olan, insan idrakı və onun dəliliyi ilə əlaqəsi olan hey- 
vanlar  təsadüfən  müəyyən  əsəbi  davranış  göstərə  və  ya 
neqativliyə bənzər şeylər hiss edə bilərlər. 


248 
 
Hər  hansı  bitki  və  heyvanı  müşahidə  et,  ondan  var 
olanı  olduğu  kimi  qəbul  etməyi  öyrən,  Mövcud  ana  gü- 
zəştə  getməyi  öyrən.  Həyatı  öyrən.  Bötüvlüyü  öyrən,  bü- 
töv  olmağın,  özünlə  olmağın,  həqiqi  olmağın  nə  olduğu- 
nu  öyrən.  Necə  yaşamağı,  necə  ölməyi,  həyatı  və  ölümü 
problemə çevirməməyi öyrən. 
Mən  bir  neçə  Dzen  ustadı ilə  birlikdə yaşadım, onlar 
hamısı  pişik  idilər.  Hətta  ördəklərdən  mühüm  mənəvi 
dərslər aldım. Onları sadəcə  müşahidə etmək meditasiya- 
dır.  Onlar  necə  də  azad  və  sərbəst  şəkildə,  öz  aləmlərin- 
də,  indiki  anda  tam  mövcud  halda,  ləyaqətli  və  mükəm- 
məl  şəkildə  hərəkət  edirlər;  bunu  ancaq  idraksız  varlıqlar 
edə  bilər.  Bununla  belə,  iki  ördək  təsadüfən  dalaşa  bilər; 
bəzən  naməlum  səbəbdən,  ya  da  biri  o  birinin  sahəsinə 
girdiyi  üçün.  Döyüş  adətən  bir  neçə  saniyə  davam  edir 
sonra  isə  ördəklər  ayrılıb  əks  istiqamətlərə  üzərək,  yolda 
arabir qanadlarını möhkəm çırpırlar. Sonra elə dinc üzür- 
lər  ki,  sanki  aralarında  heç  bir  dava-filan  olmayıb.  Bunu 
ilk  dəfə  müşahidə  edərkən  birdən  anladım  ki,  onlar  qa- 
nadlarını  çırparkən  artıq  enerjidən  azad  olur,  bununla  da 
enerjinin  bədənlərində  qalıb  neqativliyə  çevrilməsindən 
qorunurlar.  Bu,  təbiətdən  gəlmə  müdriklikdir  və  onlar 
üçün  çox  asanddır,  çünki  keçmişdə    yaşayan    və 
bununlada özlərini onunla eyniləşdirən idrakları yoxdur. 


249 
 

Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin