Aydınlanma yolunda kişilər və qadınlar qarşısındakı ma-
neələr eynidir?
Bəli, amma müxtəlif aspektlərdə. Ümumiyyətlə gö-
türdükdə, qadına öz bədənini hiss etmək və onda olmaq
daha asandır, təbii olaraq belədə o, Varlığa və aydın-
lanmaya potensial olaraq kişidən daha yaxındır. Elə ona
görə də, bir çox qədim mədəniyyətlər formasız və üstün
reallıqların təsviri üçün instinktiv olaraq qadın fiqurları
217
və onların analoqlarını seçiblər. Çox zaman o hər cür ya-
radılışın doğulmasına başlanğıc verən, formalar dünya-
sında onun həyatını dəstəkləyərək qidalandıran "qucaq"
kimi təsvir olunur. Ən qədim və müdrik kitablardan olan
Tao Te Tzində Varlıq kimi tərcümə edə biləcəyimiz Tao
sözü “kainatın əbədi var olan anası” kimi ifadə olunur.
Təbii ki, qadınlar buna kişidən daha yaxındırlar, çünki
onlar virtual olaraq Aşkar olmayanı “təcəssüm etdirir-
lər”. Bundan başqa, bütün yaradılanlar və bütün şeylər
nəticə etibarilə Mənbəyə qayıdacaqlar. “Hər şey Taoda
əriyib yox olur. Təkcə Tao varlığını sürdürür”. Mənbə
qadın başlanğıcı kimi təqdim olunduğundan, psixologi-
yada və mifologiyada bu qadın arxetipinin işıqlı və qa-
ranlıq tərəfi kimi təsvir olunur. İlahə və ya İlahə ananın
iki yönü var: həyatı o verir, o da alır.
İdrak üstün gələrək insanları ələ aldıqda onlar öz İla-
hi mahiyyətlərinin reallığı ilə rabitəni itirərək, kişi sima-
sında olan Tanrı haqqında düşünməyə başladılar və cə-
miyyət kişinin dominantlığı altına düşdü, qadına isə aşa-
ğı gözlə baxılmağa başlandı.
Mən qadın başlanğıcı şəklində olan erkən təsəvvür-
lərə qayıtmaq istəmirəm. İndi bəzi insanlar Tanrı əvəzinə
İlahə terminindən istifadə edir. Onlar sadəcə qadınla kişi
arasında çoxdan itirilmiş balansı bərpa edirlər və bu yax-
şıdır. Ancaq bu yenə də, müəyyən müddətə yararlı olan
təsəvvür və konsepsiyadan o yana getmir, əgər sən kon-
218
sepsiya və təsəvvürlərin arxasındakı reallığı dərk etməyə
hazırsansa, bu kömək etməkdən çox, əngəl törədən xəritə
və ya bələdçiyə çevrilir. Lakin bir şey həqiqət olaraq qalır
ki, zehnin enerji titrəyişi əsasən kişi kimi görünür. Zehin
müqavimət göstərir, nəzarət etmək uğrunda mübarizə
aparır, sui-istifadə edir, hücuma keçir, tutmağa, sahib ol-
mağa çalışır və s. Ona görə də, ənənəvi Tanrı patriarxal,
nəzarət edən avtoritet, Əhdi-Ətiqdə göstərildiyi kimi, çox
zaman qəzəbli kişi obrazında olan bir tipdir. Bu Tanrı in-
san idrakının proyeksiyasıdır.
İdrakdan kənara çıxmaq və Varlığın daha dərin real-
lığına qovuşmaq üçün sənə başqa keyfiyyətlər lazımdır:
güzəşt, mühakimə etməmək, həyata müqavimət göstər-
mək əvəzinə ona var olmağa imkan verən səmimilik, hər
şeyi öz anlayışının sevən qucağında saxlamaq qabiliyyəti.
Bütün bu keyfiyyətlər qadınların prinsiplərinə daha
yaxındır. İdrakın enerjisi sərt və qatı olduğu halda, Varlı-
ğın enerjisi yumşaq və yolayovuqdur və bundan başqa,
idrakdan qat-qat güclüdür. Bizim sivilizasiyanı idrak ida-
rə edir, ancaq planetimizdəki və onun hüdudlarından kə-
nardakı həyat Varlığın himayəsi altındadır. Varlıq elə
İntellektdir, kainat onun görünən təzahürüdür. Qadınlar
potensial olaraq ona yaxın olsalar da, kişilər də öz daxil-
lərində ona çıxış yolu tapmağa qadirdirlər.
Bu gün kişilərin böyük əksəriyyəti, həmçinin bir çox
qadınlar idrakın məngənəsindədirlər; onlar öz “düşüncə-
219
ləri” və ağrıları ilə eyniləşiblər. Bu əlbəttəki aydınlanma-
ya və sevginin çiçəklənməsinə mane olur. Ümumiyyətlə,
bir qayda olaraq kişilər üçün başlıca maneə hər şeydən
öncə düşünən idrakdır, qadınlar üçün isə ağrı. Ancaq
müəyyən hallarda əksinə də ola bilər. Bəzi hallarda isə
hər iki faktor bərabər təsir göstərə bilər.
Qadınlarda Kollektiv Ağrının
Aradan Qalxması
Dostları ilə paylaş: |