Partnyorun özünü şüursuz aparanda, bütün mühaki-
mələrini kənara qoy. İnsanı mühakimə etmək, onun şüur-
suz davranışını həqiqi kimliyi ilə qarışdırmaqdır, ya da
öz şüursuzluğunu başqasına proyeksiya edib bunu onun
həqiqi kimliyi ilə qarışdırmaqdır. Mühakimə etməməyin
pozuntu və ya şüursuzluqla qarşılaşdıqda onu görmə-
məyin anlamına gəlmir. Bu, “reaksiya verən və mühaki-
mə edən” əvəzinə, “dərk edən” olmaq anlamına gəlir.
Nəticədə ya sən reaksiyadan tamamilə azad olacaqsan, ya
da həm reaksiya verəcək, həm də, şüurlu olaraq bunun
fərqində qalacaqsan; reaksiyanın izləndiyi və ona var ol-
mağa icazə verilən məkan olacaqsan. Qaranlıqla mübari-
zə aparmaq əvəzinə, işıq yandıracaqsan. İllüziyaya reak-
siya vermək əvəzinə, bu illüziyanı görəcək amma eyni za-
manda onun arxasından da məlumatlı olacaqsan. Şüurlu
halda olmaq sevən mövcudluğun saf məkanını yaradır və
o bütün şeylərə və bütün insanlara olduqları kimi olmaq
imkanı verir. Dönüşdürülmə üçün bundan güclü
katalizator yoxdur. Əgər bunu tətbiq etsən, partnyorun
səninlə birlikdə ola-ola şüursuz qala bilməz.
Əgər hər ikiniz razılığa gələ bilsəniz, münasibətləri-
niz sizin mənəvi təcrübəniz olacaq və belə çox yaxşı ola-
caq. Onda siz fikir və duyğularınızı bir-birinizə dərhal
ağlınıza gələn kimi, ya da reaksiya yaranan kimi söyləyə-
cək, beləliklə, ifadə olunmamış və ya dərk olunmamış
emosiya və incikliklərin toplanması və artması üçün za-
man fasiləsi yaratmayacaqsınız. Hiss etdiklərinizi qarşı
tərəfi günahlandırmadan ifadə etməyi öyrənin. Onu,
müdafiə olunmadan dinləməyi öyrən.
211
|