Az eBook Archive


Münasibətlərin Aydınlanması



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə53/78
tarix29.12.2021
ölçüsü1,57 Mb.
#48703
1   ...   49   50   51   52   53   54   55   56   ...   78
İndiki Anın Gücü

Münasibətlərin Aydınlanması 
 
İndiki Ana Olduğun Yerdən Daxil Ol 
 
Mən  həmişə  düşünmüşəm  ki,  sevgi  olmadan  kişiylə  qadın 
arasında  əsl  aydınlanmanın  olması  mümkün  deyil.  Məgər  bizi 
bütövlüyə  qaytaran  o  deyil?  Məgər  məhəbbətsiz  həyatı  realizə 
olunmuş və mükəmməl saymaq olar? 
 
Bəs sən özün necə hesab edirsən? 
Səndə belə bir şey olub? 
 
Hələ ki olmayıb, ancaq başqa nə cür ola bilər? Bunun belə 
olacağını təxmin edirəm. 
 
Başqa sözlə, sən  zamanla  baş verəcək hadisənin səni 
xilas  edəcəyini  gözləməkdə  davam  edirsən.  Bəlkə,  elə 
haqqında  danışdığımız  başlıca  səhv  budur?  Nə  zamanda, 
nə də məkanda xilas yoxdur. Xilas başqa yerdə burada və 
indidədir. 
 
“Xilas burada və indidədir” nə deməkdir? Mən bunu anla- 
mıram. Mən hətta xilasın nə olduğunu da bilmirəm. 
 
İnsanların  çoxu  daim  fiziki  həzlər,  ya  da  psixoloji 
məmnunluqların müxtəlif formalarının ardınca qaçırlar, 


193 
 
çünki  bunun  onları  xoşbəxt  edəcəyinə,  qorxu  və  ya  ehti- 
yac  hissindən  azad  edəcəyinə  inanırlar.  Onlar  xoşbəxtliyi 
fiziki həzz yoluyla əldə olunan ali bir hiss, ya da hər han- 
sı  psixoloji  məmnunluq  vasitəsilə  qazanılan  özünü  daha 
təhlükəsiz və daha dolğun hiss etmə kimi qəbul edirlər. 
Ancaq  bu  qeyri-məmnunluq  və  bacarıqsızlıq  duru- 
mundan qurtuluş arayışıdır. Bu yolla alınması mümkün 
olan istənilən həzz duyğusu heç vaxt davamlı olmur, ona 
görə də, məmnunluq və ya özünü reallaşdırma duyğusu 
adətən  gələcəkdə  xəyal  olunan,  “buradan  və  indidən” 
uzaqdakı xəyali bir nöqtəyə proyeksiya olunur. “Bunu əl- 
də  etdikdən,  ya  da  bundan  xilas  olduqdan  sonra  mənə 
yaxşı olacaq.” Bu, idrakın gələcəkdə qurtuluş illüziyasını 
yaradan şüursuz halıdır. 
Əsl  qurtuluş  özünü  reallaşdırmaqda,  dünyanın  və 
həyatın dolğunluğundadır. Bu həqiqi kimliyiniz halını al- 
maqdır, içinizdə əleyhdarı olmayan bir yaxşılıq, ətrafınız- 
da isə heç bir şeyə bağlı olmayan bir Varlıq sevinci hiss 
etməkdir.  Bu,  müvəqqəti  deyil,  daimi  mövcudluq  kimi 
hiss olunur. Teizmin dilində buna, Tanrını özündən kə- 
narda deyil, öz daxili mahiyyətin kimi “dərk etmək” de- 
yilir. Həqiqi qurtuluş özünü zamanxarici və formasız Va- 
hid Həyatın ayrılmaz hissəsi kimi hiss etməkdir; bütün 
mövcud olanlar öz varlıqlarını ondan götürürlər. 


194 
 
Əsl  xilas  azad  olma  durumudur:  qorxudan,  əzabdan, 
natamamlıq  və  faydasızlıq  duyğusundan,  istədiyin,  eh- 
tiyac  duyduğun,  yapışdığın  və  bağlandığın  hər  şeydən 
azad  olmaqdır.  O,  zəhlətökən  fikirlərdən,  neqativdən,  ən 
başlıcası da psixoloji tələbat olaraq keçmişdən və gələcək- 
dən  azad  olmaqdır.  İdrakın  sənə  buradan  ona  çata  bilmə- 
yəcəyini  deyir.  Əvvəlcə  guya  nəsə  baş  verməlidir,  yəni 
sən  azad  və  tam  reallaşmış  ola  bilənə  qədər  kimsə  və  ya 
nəsə olmalısan. Əslində isə o sənə deyir ki, azad və kamil 
olana  qədər  sənə  zaman  lazımdır,  bunu  həyata  keçirmək 
üçün ilk əvvəl sənə nəyisə tapmaq, seçmək, etmək, nəyə- 
sə  nail  olmaq,  nəyisə  mənimsəmək,  kimsə  olmaq,  yaxud 
nəyisə  anlamaq  gərəkdir.  Sənə  elə  gəlir  ki,  zaman  qur- 
tuluş  vasitəsidir,  halbuki  o  bu  yolda  ən  böyük  maneədir. 
Sən  ora  buradan,  indi  olduğun  yerdən  bağlana  bilməyə- 
cəyini  güman  edirsən,  indiki  olduğun  halınla    onu    əldə 
edə bilməyəcəyini düşünürsən, çünki hələ yetərincə yaxşı 
və  kamil  deyilsən.  Ancaq  həqiqət  budur  ki,  “bura    və  
indi”  ora  ilə  əlaqə  yarada  biləcəyin  yeganə  başlanğıc 
nöqtəsidir.  Sən  ora  ilə  artıq  orada  olduğunu  dərk  etmək 
vasitəsilə “əlaqə yaradırsan”. Sən Tanrını onu axtarmağa 
ehtiyacın  olmadığını  dərk  edəndə  tapırsan.  Ona  görə  də, 
bu  azadlığa  gedən  yeganə  yol  deyil:  istənilən  yoldan 
istifadə  etmək  olar  və  heç  bir  konkret  yola  riayət  etməyə 
ehtiyac  yoxdur.  Ancaq  tək  bir  giriş  nöqtəsi  var  –  İndiki 
an. Bu andan kənarda heç bir qurtuluş ola bilməz. 


195 
 
Sən tənhasanmı? İndiki ana oradan daxil ol. Sevdiyin biri 
varmı? İndiki ana oradan daxil ol. 
Səni azadlığa bu andan daha çox yaxınlaşdıracaq heç 
bir  şey  yoxdur.  Qiymətli  hər  şeyin  gələcəkdə  olduğunu 
düşünməyə  öyrəşən  ağlın  bunu  qavraması  çətin  ola  bilər. 
Keçmişdə  etdiklərin  və  ya  sənə  qarşı  edilənlər  indi  olana 
“hə”  deməyinə  və  diqqətini  Mövcud  ana  cəmləşdirməyi- 
nə  mane  ola  bilməz.  Sən  bunu  gələcəkdə  edə  bilməzsən. 
Sən bunu ya indi etməlisən, ya da heç vaxt etməyəcəksən. 
 
“Sevgi-Nifrət” Münasibətləri 
 
Nə  qədər  ki  mövcudluq  titrəyişinə  çıxış  tapmamısan, 
istənilən münasibət, xüsusilə də yaxın əlaqələr son dərəcə 
dağınıq və pozucu halda olacaq. Onlar  müəyyən  dövr ər- 
zində  sənə  ideal  görünə  bilərlər;  məsələn,  sən  “vurulan- 
da”.  Ancaq  mübahisələr,  konfliktlər  çoxaldıqca,  qeyri- 
məmnunluq  duyğusu  artıqca  və  hətta  emosional,    fiziki 
zor  artdıqca  onun  dağılmasının  qarşısı  almaq  mümkün 
olmayacaq. Belə görünürkü, “sevgi münasibətlərinin” ço- 
xu  olduqca  qısa  zamanda  “sevgi-nifrət”  münasibətlərinə 
çevrilir. O zaman sevgi ən kiçik zərbə ilə öz maskasını də- 
yişə,  qəfil  sənə  düşmən  kəsilə,  üzərinə  qəddarcasına  hü- 
cuma  keçə,  nifrətə  çevrilə  bilər.  Həm  də  bu  normal  hal 
olaraq  görülür.  Sonra  bir  neçə  ay,  yaxud  il  ərzində 
münasibətləriniz sanki “sevgi” ilə nifrət arasında tərəd- 


196 
 
düd edəcək və bu sənə həzz verdiyi qədərdə, ağrıda verə- 
cək.  Cütlüklərin  bu  dövrlərə  zərərli  vərdiş  kimi  bağlan- 
malarında  qeyri-adi  heç  nə  yoxdur.  Aralarındakı  dram 
onlara  özlərini  gümrah  hiss  etmə  imkanı  yaradır.  Ancaq 
müsbət  və  mənfi  qütblər  arasında  tarazlıq  itəndə,  neqativ 
və  dağıdıcı  dövrələrin  intensivliyi  artanda  (bu  isə  adətən 
gec-tez  baş  verir),  münasibətlərin  birdəfəlik  qırılması  o 
qədər də gecikmir. 
Elə  görünə  bilər  ki,  əgər  neqativ-dağıdıcı  dövrələri 
aradan  qaldırmaq  mümkün  olsa,  hər  şey  yaxşı  olacaq  və 
münasibətlər yoluna düşəcək. Ancaq təəssüf ki, bu müm- 
kün deyil. Qütblər qarşılıqlı olaraq bir-birinə bağlıdır. Sən 
biri olmadan o birinə sahib ola bilmərsən. Pozitivin içində 
ortaya çıxmamış neqativ də var. Hər ikisi mahiyyət etiba- 
rilə  eyni pozuntunun  müxtəlif yönləridir.  Mən burada ro- 
mantik  deyilən  münasibətlərdən  danışıram,  əks  tərəfi  ol- 
mayan  idrakın  hüdudlarının  kənarından  gələn  əsl  sevgi- 
dən  deyil.  Sevgi  -  şüurlu  insanlar  qədər  az  görünən  bir 
şeydir. 
Ancaq, düşüncə axarında bir fasilə, bir boşluq olanda 
qısa və müvəqqəti sevgi anları yaşamaq mümkün olur 
Əlbəttə,  münasibətlərin  pozitiv  tərəfi  ilə  müqayisədə 
neqativ tərəfi daha asanlıqla görünüb, tanına bilir. Ayrıca 
həm  də  neqativin  mənbəyini  özündən  çox  qarşı  tərəfdə 
görmək daha asandır. Bu bir çox formalarda təzahür olu- 
na bilər: sahib olmaq arzusunda, qısqanclıq hissində, nə- 


197 
 
zarət  etmək  ehtiyacında,  qarşı  tərəfdən  uzaqlaşmaqda, 
ifadə  olunmamış  qəzəbdə,  haqlı  olma  ehtiyacında,  qarşı 
tərəfə  diqqətsilikdə,  özünə  qapanmaqda,  emosional  sor- 
ğu-sullarda  və  manipulyasiyalarda,  mübahisələrdə,  tən- 
qiddə,  ittihamlarda,  qəzəb  və  ya  aqressiyada,  valideyn- 
lərin  hələ  keçmişdə  vurduğu  ağrılara  görə  hayıf  almaq 
istəyində, güclü qəzəb tutmasında və sənə qarşı fiziki zo- 
rakılıqlarda. 
Pozitiv  tərəfdə  sən  öz  partnyorunu  “sevirsən.”  Baş- 
lanğıcda  bu  son  dərəcə  qaneedici  olur.  Sən  özünü  tam 
gümrah  və  canlı  hiss  edirsən.  Varlığın  birdən-birə  məna 
kəsb  etməyə  başlayır,  ona  görə  ki,  kiminsə  sənə  ehtiyacı 
var,  səni  istəyir  və  səni  özünü  xüsusi  biri  olaraq  hiss 
etməyə  məcbur  edir.  Sən  də  öz  növbəndə  eyni  şeyi  onun 
üçün  edirsən.  Bu  duyğu  o  dərəcədə  güclü  ola  bilər  ki, 
onunla  müqayisədə  digər  hər  şey  sadəcə  solğun  və 
əhəmiyyətsiz görünər. 
Buna  baxmayaraq,  ola  bilərki  bu  durumun  bir 
möhtaclıq  yaratdığını  və  zərərli  bağlılıq  xüsüsiyyətinə 
malik olduğunu da görə biləsən. Sən digər insandan asılı 
vəziyyətə düşürsən. Ya da o sənə narkotik maddə kimi 
təsir  edir.  Bu  narkotik  maddəni  tapanda  yüksəklikdə 
olursan,  onu  tapa  bilməmək  ehtimalı  və  düşüncəsi  isə 
qısqanclıq, sahib olma arzusu, emosional şantaj yoluyla 
manipulyasiya cəhdləri doğura, qınaq və ittihamlara sə- 
bəb ola, itirmək qorxusu yarada bilər. Əgər o insan səni 


198 
 
qəflətən  tərk  edirsə,  bu  səndə  ən  kəskin  düşmənçilik, 
kədər  və  ümidsizlik  doğura  bilər.  Zərif  sevgi  bir  göz  qır- 
pımında  ağır  qınaqlara  və  ya  qəm-qüssəyə  çevrilə  bilər. 
Bəs  məhəbbət  harada  qaldı?  Məgər  sevgi  bircə  anda  tər- 
sinə çevrilə bilərmi? Bu sevgi idimi, yoxsa sadəcə kimisə 
tutub-saxlamaq kimi zərərli bir vərdiş? 
 
Z
ərərli Asılılıq və Bütövlük Axtarışı 
 

Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin