Az eBook Archive



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə54/78
tarix29.12.2021
ölçüsü1,57 Mb.
#48703
1   ...   50   51   52   53   54   55   56   57   ...   78
İndiki Anın Gücü

Niyə biz başqa insana bağlanırıq? 
 
Romantik  sevgi  münasibətlərinin  belə  güclü,  dolğun 
və  hər  zaman  tələbkar  olmasının  səbəbi  insanın  qəlbinin 
çox  dərinliklərində  gizlənmiş  və  həyatının  reallaşmayan, 
aşkar  olunmayan  bir  hissəsi  olan  qorxudan,  ehtiyacdan, 
çatışmazlıqdan  və  natamamlıqdan  qurtuluş  kimi  görün- 
məsiylə  bağlıdır.  Bundan  başqa,  bu  durumun  fiziki  və 
psixoloji ölçüsü də var. 
Fiziki  planda  siz  bütöv  deyilsiniz  və  heç  vaxt  da  ol- 
mayacaqsınız:  çünki  siz  ya  qadınsınız,  ya  da  kişi,  bu  isə 
necə  deyərlər,  bütövün  yarısıdır.  Bu  mənada  bütövlüyə 
cəhd, yəni bir olmağa  qayıdış özünü  cinsi meyil şəklində 
göstərir;  kişiyə  qadın  lazımdır,  qadına  isə  kişi.  Bu,  əks 
enerji  qütbünə  birləşmə  yolunda,  demək  olar  ki,  qarşısı- 
alınmaaz  bir  səydir.  Bu  fiziki  meylin  kökü  mənəvidir: 
duallığa  son  qoymağa  güclü  istək  və  bütövlük  durumuna 
qayıtmaqdır. Cinsi əlaqə fiziki planda bu duruma hər 


199 
 
şeydən çox yaxınlaşmağa imkan verir. Ona görə də, fiziki 
reallığın bizə bəxş edə biləcəyi ən güclü hissiyyatdır. An- 
caq  cinsi  əlaqə  bütövlüyün,  həzz  anının  ötəri  işartısından 
başqa  bir  şey  deyil.  Bu,  şüursuz  olaraq  xilas  yolu  kimi 
qəbul  olunduğundan,  siz  bu  duallığın  sonunu  formalar 
dünyasında  axtarmağa  başlayırsınız,  yəni  onu  tapmağın 
mümkün  olmadığı  yerdə.  Sənə  həvəsə  və  həyəcana  gəti- 
rən  ötəri  işartı  bəxş  edilir,  bir  anlıq  cənnət  göstərilir,  an- 
caq  onda  yaşamağa  icazə  verilmir  və  yenidən  ayrı  bir 
bədəndə olduğunu görürsən. 
Psixoloji  anlamda  yarımçıqlıq  və  natamamlıq  duy- 
ğusu,  fiziki  planda  olduğundan  qat-qat  böyük  həcmdə 
ortaya çıxır. Nə qədər ki özünü idrakınla eyniləşdirirsən, 
mənlik  duyğunu  kənardan  alırsan.  Yəni  kim  olduğun 
haqda duyğunu nəticə etibarilə sənə heç bir dəxli olma- 
yan şeydən alırsan: misal üçün,  öz sosial rolundan, qa- 
zandığın  mülkiyyətdən,  xarici  görkəmindən,  uğurların- 
dan və uğursuzluqlarından, inanc sistemindən və s. İdra- 
kın yaratdığı bu saxta mənlik və ya eqo özünü təhlükədə 
və zəif hiss edir eyniləşəcəyi, ona var olma hissini verən 
yeni şeylər axtarır. 
Amma, heç bir şey onun daimi varlığını təmin etmək 
üçün yetərli olmur. Beləliklə onun qorxusu heç vaxt yoxa 
çıxmır; natamamlıq və ehtiyac duyğusu daim qalır. 
Sonra  kiminləsə  şəxsi  (sevgi)  münasibətlər  yaranır. 
Elə təəssürat yaranır ki, onlar sanki özləriylə eqonun bü- 


200 
 
tün  problemlərinin  həllini  gətirir  və  onun  bütün  tələbat- 
larına  cavab  verirlər.  Ən  azından  başlanğıcda  belə  görü- 
nür.  Sənin  əvvəllər  mənlik  duyğunu  aldığın  şeylər  ar-tıq 
nisbi olaraq əhəmiyyətini itirir. İndi sənin yerdə qalan hər 
şeyi  əvəzləyən,  həyatına  məna  verən  bircə  diqqət 
mərkəzin  var  və  sən  öz  şəxsiyyətini  onun  sayəsində  ta- 
pırsan:  bu  “vurulduğun  insandır”.  Artıq  sən  biganə  kai- 
natda ayrı bir hissəcik deyilsən, ya da sənə elə gəlir. Artıq 
sənin  dünyanın  mərkəzi  var:  sevdiyin  yeganə  insan.  Bu 
mərkəzin  kənarda  olması və bu səbəbdən səndəki  mənlik 
duyğusunun  əvvəlki  tək  kənardan  gəlməsi  isə  ilk  vaxtlar 
hətta  mənasız  görünür.  Mühüm  olan  odur  ki,  bütün  bun- 
ların  altındakı  eqoya  xas  natamamlıq,  qorxu,  yarımçıqlıq 
və özünü reallaşdırmamaq duyğuları artıq yoxdur. 
Yoxsa var? O artıq yox olub, yoxsa xoşbəxt səthi ger- 
çəkliyin altında varlığını davam etdirir? 
Əgər  münasibətlərində  “sevgi”  və  onun  əksi  olan  qı- 
naq, məzəmmət, emosional zorakılıq yaşayırsansa, demə- 
li, eqo bağlılığını və fiziki asılılığını yanlış olaraq sevgi ki- 
mi  qəbul  edirsən.  Öz  partnyorunu  sevdiyin  halda,  ona 
hücuma  keçə  bilməzsən.  Əsl  sevginin  əksi  yoxdur.  Əgər 
sənin  “məhəbbətinin”  əksi  varsa,  o  sevgi  deyil,  eqonun 
daha  tam  və  dərin  mənlik  duyğusuna  tələbatıdır  və  qarşı 
tərəf bu tələbatı müvəqqəti olaraq qarşılayır. Bununla eqo 
azadlığı  gizlicə  əvəz  edir  və  qısa  müddət  ərzində  həqi- 
qətən azadlıq kimi görünür. 


201 
 
Ancaq  elə  bir  məqam  yetişir  ki,  partnyorun  (daha 
doğrusu  eqon),  tələbatlarını  qarşılaya  bilmir.  Eqoistik 
şüurun  ayrılmaz  tərkib  hissəsi  olan,  ancaq  “sevgi  mü- 
nasibətləri” adı ilə ört-basdır edilən ağrı, qorxu və boşluq 
hissi  yenidən  üzə  çıxır.  Narkotika  asılılığı  da  eynilə  be- 
lədir.  Nə  qədər  ki  narkotik  maddə  var,  sən  zirvədəsən, 
ancaq  elə  bir  zaman  gəlir  ki,  artıq  narkotika  təsir  etmir. 
Ağrı-acı geri qayıdanda sən özünü əvvəlkindən daha kəs- 
kin  ağrılı  şəkildə  hiss  edirsən  və  partnyorunu  bu  duyğu- 
ların səbəbkarı hesab  edirsən. Bu o deməkdir ki, bu  duy- 
ğuları  xaricə  proyeksiya  edir  və  partnyorunu  ağrılarının 
bir  hissəsi  hesab  edərək,  ona  qəddarcasına  hücuma  ke- 
çirsən.  Sənin  bu  hücumun  partnyorunun  da  ağrısını  oya- 
da  bilər  və  o  da  cavab  qaytara  bilər.  Bu  zaman  eqo  hələ 
şüursuzcasına  ümid  edir  ki,  onun  hücumu  və  ya  qar- 
şısındakını  idarə  etmək  cəhdləri  partnyorunu  cəzalandır- 
maq  və  ya  onu  davranışını  dəyişməyə  məcbur    etmək  
üçün  yetərli  olacaq,  beləliklə  də  o  bu  insanı  yenə  ağrı- 
larınızı ovutmaq üçün istifadə edə biləcək. 
Hər  bir  asılılıq  öz  ağrınla  üzləşərkən  onu  keçməyi 
şüursuz  olaraq  rədd  etməyindən  qaynaqlanır.  İstənilən 
bağlılıq  ağrı  ilə  başlayır,  ağrı  ilə  də  sona  çatır.  Hər  nəyə 
bağlanırsan-bağlan  –  alkoqola,  yeməyə,  icazə  verilən  və 
ya qadağa  olunan narkotik  maddələrə,  yaxud da  insana, 
– ondan öz ağrını dayandırmaq üçün istifadə edirsən. 
Məhz buna  görə də, intim münasibətlərdəki  ilkin  eyfori- 


202 
 
ya  keçib-getdikdən  sonra,  çoxlu  ağrı,  iztirab  əmələ  gəlir. 
Bü  münasibətlər  ağrı  və  iztirabın  səbəbi  deyildir.  Onlar 
sənin içində artıq var olan ağrını və iztirabı sadəcə ortaya 
çıxarırlar. İstənilən bağlılıq labüd olaraq müyyən nöqtəyə 
gəlib  çatdıqda  artıq  sənə  təsir  göstərmir,  onda  ağrını 
əvvəlkindən daha kəskin şəkildə hiss edirsən. 
İnsanların  əksəriyyətinin  indiki  andan  qaçmasının  və 
nicat  yolunu  gələcəkdə  axtarmasının  səbəblərindən    biri 
də  budur.  Əgər  onlar  diqqətlərini  mövcud  ana  cəm- 
ləsələr,  ilk  növbədə  ağrıları  ilə  qarşılaşacaqlar.  Bu  isə 
onların ən çox qorxduğu şeydir. Kaş ki, onlar İndiki anda 
olaraq  onun  keçmişi  bütün  ağrı-acıları  ilə  birlikdə  yox 
edən  gücünü,  illüziyaları  dağıdan  reallığını  görəydilər. 
Kaş ki, öz reallıqlarına, Tanrıya necə yaxın olduqlarını bi- 
ləydilər. 
Ağrıdan yayınmaq üçün münasibətlərdən qaçmaq da 
çıxış yolu deyil. Ağrı istənilən halda var. Üç il ərzində 
münasibətlərdəki üç uğursuzluq, həmin müddətdə ərzin- 
də səni kimsəsiz adada, yaxud qapalı otaqda qalmaqdan 
daha çox ayılmağa sövq edər. Lakin tənhalığına doyumlu 
mövcudluq gətirə bilsən, bu da sənin işinə yarayar. 
 
Asılılıqdan Aydınlanmış Münasibətlərə 
 

Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin