Az eBook Archive


partnyorunun idrakı müvəqqəti susur, ağrı isə, mürgülə-



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə56/78
tarix29.12.2021
ölçüsü1,57 Mb.
#48703
1   ...   52   53   54   55   56   57   58   59   ...   78
İndiki Anın Gücü


partnyorunun idrakı müvəqqəti susur, ağrı isə, mürgülə- 
yən duruma keçir. Bəzən bu, fiziki yaxınlıq zamanı, ya- 
xud körpənizin doğumuna hər ikiniz şahid olanda və ya 
birlikdə ölümlə üz-üzə gələndə, ya da ikinizdən biriniz 
ciddi xəstəliyə düçar olanda baş verə bilər; bu hallarda 
idrak gücsüz olur. Bu baş verəndə, adətən idrakın altında 
gizlənən  Varlığın  özünü göstərməyə  başlayır və həqiqi 
ünsiyyətin əsasını da məhz bu təşkil edir. 


206 
 
Həqiqi əlaqə birləşmədir, birliyin dərk edilməsidir. 
Bu hal adətən tez itirilir, çünki nə qədər ki, mövcudluq 
anında  uzun  müddət  qala,  idrakından,  onun  köhnəlmiş 
stereotiplərindən uzaq dura bilmirsən, o elə belə də ola- 
caq. İdrakın və özünü onunla eyniləşdirmən geri dönən 
kimi, sən yenə özün yox, özünün zehni bir obrazı olur- 
san.  Ona  görə  də,  eqonun  tələbatlarına  cavab  vermək 
üçün yenidən rola girirsən. Sən yenə də insan kimi görü- 
nən, başqa idrakla əlaqə və qarşılıqlı təsirdə olan, "sevgi" 
deyilən oyunu oynayan insan zehni olmusan. 
Qısamüddətli sevgi anları  mümkün  olsa da, idrakınla 
eyniləşməkdən  tam  azad  ola  bilməyənə  və  andakı  möv- 
cudluğun  yetərincə  dərin  olmayana,  ağrılı  bədəni  yox  et- 
məyənə, ya da ən azından özün müşahidəçi kimi mövcud 
olmağı öyrənməyənə qədər sevgi çiçəklənə bilməz. Elə ki 
ağrı sənə hökm edə bilmir, bu zaman onun sevgini öldür- 
məyə də gücü çatmır. 
 
Münasibətlər Mənəvi Təcrübə Kimi 
 
Şüurun  eqoistik  rejimi  onu  doğuran  digər  sosial,  si- 
yasi  və  iqtisadi  strukturlarla  birlikdə  öz  süqutunun  final 
mərhələsinə  qədəm  qoyanda,  kişilərlə  qadınlar  arasında- 
kı  münasibətlər  bu  gün  bəşəriyyətin  içində  olduğu  dərin 
böhranı  yaşamağa  başlayır.  İnsanlar  getdikcə  özlərini  id- 
rakları ilə daha güclü eynilərdirdikləri üçün, onların  mü- 


207 
 
nasibətləri əksərən Varlıqdan qopur və ona əsaslanmır. 
Ona görə də, ağrı mənbəyinə çevrilir. Belə olduqda isə 
münasibətlərdə problem və konfliktlər aparıcı olur. 
Milyonlarla  insan  bu  an  tək,  həyat  yoldaşları  olma- 
dan uşaqlarıyla birlikdə yaşayır, heç kəslə yaxın əlaqə ya- 
ratmır  və  ağılsız  dramları  əvvəlki  münasibətlərinin  təcrü- 
bəsi  üzərində  təkrarlamaq  istəmir.  Bəziləri  qeyri-müəy- 
yən  hədəf  axtarşında  partnyorunu  dəyişir,  əks  qütbün 
enerjisi ilə birləşmək yoluyla özlərini reallaşdırmağa çalı- 
şır,  bir  həzz-ağrı  dövrəsindən  digərinə  keçirlər.  Başqaları 
isə  neqativliklə  dolu  pozulan  münasibətlər  şəraitində  ya- 
şamağa  davam  edərək  qarşılıqlı  uzlaşma  axtarırlar:  onlar 
bunu  “uşaqların  xatirinə”,  yaxud  “təhlükəsizlik  naminə”, 
adət  etdikləri  üçün  və  ya  tək  qalmaq  qorxusu  altında 
hansısa  qarşılıqlı  “faydalı”  razılaşmalara  əsasən,  hətta 
duyğusal  dramın  həyəcanına  və  ağrıya  şüursuz  bağlılıq- 
la,  neqativliyin  hakim  olduğu  zədəli  münasibət  kimi  da- 
vam etdirirlər. 
Lakin  istənilən  bu  cür  krizis  yalnız  təhlükə  deyil,  
həm də fürsətdir. Əgər münsibətlər idrakın eqoist şablon- 
larını  qidalandırır,  gücləndirir  və  ağrını  oyadırsa,  o  halda 
bu  faktdan  qaçmaqdansa,  onu  qəbul  etmək  daha  doğru 
olmazdımı?  Hər  kritik  situasiyanın  bütün  faktları  etiraf 
edilənə  və  qəbul  olunana  qədər  aydınlanmır.  Nə  qədər  ki 
onları  inkar  edir,  onlardan  yayınmağa  çalışır,  yaxud  hər 
şeyin nəsə başqa cür olmasını istəyirsən, əlverişli  fürsətin 


208 
 
pəncərəsi açılmayacaq və sən bu dəyişməz, yalnız pislə- 
şən situasiyanın məngənəsində qalacaqsan. 
Amma  faktları  etiraf  və  qəbul  edəndə  onlardan  mü- 
əyyən dərəcədə azad olmaq imkanı yaranır. Məsələn, ara- 
nızda  hər  hansı  fikir  ayrılığı  olduğunu  biləndə  və  bu  “ 
düşüncə tərzini” saxladıqda, onun vasitəsilə bu fikir ayrı- 
lığına  yeni  hərəkətverici  qüvvə  daxil  olur  və  o  artıq  də- 
yişməz  qalır.  Sən  rahat  olmayanda,  bu  idrakın  həmin 
qeyri-dinc  durumun  ətrafında  dinc  sahə  yaradaraq,  onu 
mehriban  ağuşuna  alır,  daha  sonra  isə  dincliyə  çevirir. 
Daxili  transformasiyaya  gəldikdə  isə,  sənin  bunun  üçün 
edə  biləcəyin  elə  bir  şey  yoxdur.  Özünü,  öz    part-  
nyorunu  və  ümumiyyətlə  heç  kəsi  qətiyyən  dönüşdürə 
bilməzsən. Sənin edə biləcəyin yeganə şey sevgi və mər- 
həmətin daxil ola biləcəyi məkan yaratmaqdır. 
 

Ona görə də, qarşı tərəflə münasibətin alınmayanda, 
o səndəki və ya partnyorundakı “dəliliyi” üzə çıxaranda, 
buna sevin. Bu vaxta qədər şüursuz olan, artıq işiğa çıxa- 
rılmışdır. Bu azad olmaq üçün əlverişli imkandır. Sənə bu 
məqamı  bəxş  edən idrakın (biliyin)  ardınca hər an  get, 
xüsusilə  də,  daxili  durumunu  öyrən.  Əgər  acıq hiss  et- 
sən, bil ki, bu acıqdır. Qısqanclıq hiss edirsənsə, müdafiə 
olunmağa  və  ya  mübahisə  etməyə  ehiyacın  yaranıbsa, 
haqlı olmaq tələbatı hiss edirsənsə, içində hər hansı emo- 


209 
 
sional ağrı oyanıbsa, bu anın reallığını dərk et və bu biliyi 
saxla.  Onda  münasibətlər  sənin  mənəvi  təcrübənə  çevri- 
lir.  Əgər  partnyorunun  özünü  şüursuz  apardığını  görür- 
sənsə, onu  öz anlayışının sevən ağuşunda saxla ki, cavab 
verməyəsən.  Şüursuzluq  və  şüurluluq  uzun  müddət  bir 
yerdə  var  ola  bilməz,şüur  şüursuzluğu  nümayiş  etdirən 
adamda  deyil,  qarşı  tərəfdə  olsa  belə  bu  belədir.  Ədavəti 
və düşmənçiliyi qidalandıran enerji forması sevginin var- 
lığına  tamamilə  dözümsüzdür.  Partnyorunun  istənilən 
şüursuz  hərəkətinə  cavab  verməklə,  özün  də  şüursuz 
olursan.  Ancaq  bunun  ardınca  öz  reaksiyanı  dərk  edir  və 
xatırlayırsansa, onda hələ hər şey itirilməyib. 
Bəşəriyyət  öz  üzərində  inkişaf  etmək  zərurətinin 
ağırlığını hiss edir, çünki bu irq olaraq bizim üçün yeganə 
sağ  qalmaq  şansıdır.  Bu  sənin  həyatının  hər  yönünə,  xü- 
susilə  də,  yaxın  münasibətlərinə  təsir  göstərəcək.  Qarşı- 
lıqlı  münasibətlər  heç  vaxt  indiki  kimi  problemli  və  mü- 
naqişəli  olmayıb.  İndiki  münasibətlərin  səni  xoşbəxt  et- 
məyəcəyini  və  özünü  reallaşdırmağa  imkan  verməyəcə- 
yini, ola bilər ki, artıq özün də hiss edirsən. Əgər bir mü- 
nasibət  vasitəsilə  azadlığa  nail  olmaq  məqsədi  güdməyə 
davam  edirsənsə,  bu  səni  dəfələrlə  məyus  edəcək.  Ancaq 
münasibətlərinin  səni  sadəcə  xoşbəxt  yox,  şüurlu  etmək 
üçün  var  olduğunu  qəbul  etsən,  onlar  sənə  azadlıq  gəti- 
rəcək və sən özünü bu dünyaya gəlmək istəyən ali varlıq- 
la bir sıraya qoyacaqsan. Köhnə qavrayış və davranış 


210 
 
standartlarından əl çəkməyənlərin nəsibi isə, ancaq artan 
ağrılar, zorakılıq, xaos və dəlilik olacaq. 
 
Mənə elə gəlir ki, siz münasibətlərin mənəvi təcrübəyə çev- 
rilməsi  üçün  iki  nəfərin  lazım  olduğuna  eyham  vurursunuz. 
Məsələn,  mənim  partnyorum  hələ  də  qısqanmaq  və  nəzarət  et- 
məklə bağlı öz köhnə xasiyyətindən əl çəkmir. Mən artıq onun 
diqqətini dəfələrlə buna cəlb etmişəm, ancaq o bunu görə bilmir. 
 
Öz  həyatını  mənəvi  təcrübəyə  çevirmək  üçün  neçə 
nəfər lazımdır? Heç vaxt partnyorunun bu məsələdə sə- 
ninlə əməkdaşlıq etməyəcəyinə görə narahat olma. Sağ- 
lam psixika – şüurluluq bu dünyaya ancaq səndən keçə- 
rək gələ bilər. Sənə bütün dünyanın sağlam düşünməsi, 
ya da aydınlanmağı üçün başqa birinin şüurlu olmasını 
gözləmək  lazım  deyil.  Beləcə,  sən  bütün  ömrün  boyu 
gözləyə bilərsən. Bir-birinizi şüursuzluqda günahlandır- 
mayın. Elə ki, mübahisə etməyə başlayırsan, artıq özünü 
zehni baxışınla eyniləşdirirsən və təkcə onu yox, mənlik 
duyğunu müdafiə etməyə başlayırsan. Artıq əmrləri eqo 
verir. Sən şüursuzlaşmısan. Arabir partnyoruna davranı- 
şına  müəyyən  qədər  diqqət  yetirməsini  deyə  bilərsən. 
Əgər çox ayıqsansa, indiki anda daha dərin mövcudsan- 
sa, bunu eqosuz, onu günahlandırmadan edə bilərsən. 
Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin