Az eBook Archive



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə52/78
tarix29.12.2021
ölçüsü1,57 Mb.
#48703
1   ...   48   49   50   51   52   53   54   55   ...   78
İndiki Anın Gücü

Eynşteynə  gösə,  fəza  və  zaman  ayrılmazdır.  Mən  bunu  o 
qədər də yaxşı anlamıram, ancaq düşünürəm ki, o zamanın fə- 
zanın  dördüncü  ölçüsü  olmasından  danışır.  O  bunu  “fəza-za- 
man kontiniumu
9
” adlandırır. 
 
Tamamilə doğrudur. Sənin zahirən fəza və zaman ki- 
mi  qəbul  etdiyin  şey  nəticə  etibarlə  illüziyadır,  ancaq 
bununla belə əsl həqiqəti əks etdirir. Onlar Tanrının- sizin 
ətrafınızda,  zahiri  mövcudluğa  sahib  olduqları  kimi 
anladığın - iki əsas atributu olan, sonsuzluq və əbədiyyət- 
dir. 
Həm  fəza  həm  də  zaman,  sənin  içində,  səninki  oldu- 
ğu kimi öz həqiqi təbiətini də açığa vuran daxili bir ekvi- 
valentə  malikdir.  O  halda  əgər  fəzanın  ekvivalenti  dinc- 
likdirsə, idraksızlığın sonsuz dərin reallığıdırsa, zamanın 
 

Kontinuum 
– Bir-birinə bağlı təzahürlərin, proseslərin cəmi. 


189 
 
daxili ekvivalenti mövcudluqdur, yəni əbədi Mövcudluq 
anının dərkidir. Yada sal ki, onların arasında heç bir fərq 
yoxdur. Sən fəzanı və zamanı içində Aşkar olmayan kimi 
dərk edəndə, xarici fəza və zaman sənin üçün mövcud ol- 
maqda davam edirsə belə, bu qat-qat az əhəmiyyətli ola- 
caq. Dünya da sənin üçün mövcud olmaqda davam edər, 
ancaq  artıq  səni  sıxışdırıb  məhdudlaşdırmaz.  Ona  görə 
də, dünyanın ali təyinatı dünyada deyil, onun xaricində- 
dir. Əgər fəzada (kosmosda) heç bir obyekt olmasaydı, 
sən onu dərk edə bilməzdin, eynilə bu şəkildə Aşkar ola- 
nı  dərk  etmək  üçün  də  dünya  zəruridir.  Bəlkə  də,  sən 
buddistlərin nə dediyini eşitmisən: “Əgər illüziya olma- 
saydı,  aydınlanma  da  olmazdı”.  Aşkar  olmayan  özünü 
məhz dolğun dünya vasitəsilə və nəticə etibarilə sənin va- 
sitənlə dərk edir. Sən kainatın ilahi təyinatını həyata ke- 
çirmək üçün buradasan. Ona görə bu qədər əhəmiyyət- 
lisən! 
 
Şüurlu Ölüm 
 
Artıq  haqqında  danışdığım  yuxu  görmədən  yat- 
maqdan  başqa,  daha  bir  kanal  var,  ancaq  o  sanki  qeyri- 
ixtiyaridir,  hətta  məcburidir.  O,  fiziki  ölüm  anında  qısa 
müddət  açılır.  Əgər  öz  mənəvi-ruhi  reallaşman  üçün  hə- 
yatın boyu malik olduğun imkanlardan istifadə  etməsən 


190 
 
belə, bədənin öldükdən sonra sənin üçün son kanal açıla- 
caq. 
Ölüm
ün  kandarından  dönən  insanların  çoxu,  bu 
təcrübə zamanı bu kanalı parlaq bir işıq kimi gördüklə- 
rini bildiriblər. Onların bir çoxu xoşbəxt qayğısızlıq və 
dərin dinclik hiss etdiklərini söyləyiblər. Tibet “Ölürlə 
Kitabında” o, “Boşluğun rəngsiz işıq şüasının parıltısı” 
kimi təsvir olunur və orada deyildiyi kimi, “sənin həqiqi 
“mənliyindir”. Ancaq bu kanal çox qısa müddət üçün açı- 
lır və əgər o ana qədər həyatında bircə dəfə də Aşkar 
olmayanın yönləri ilə qarşılaşmamısansa, bu dəfə də əl- 
dən qaçıracaqsan. İnsanların çoxu özündə həddən artıq 
müqavimət qalığı, həddən artıq qorxu, hisslərindən həd- 
dən artıq asılılıq, özlərini aşkar olan dünyanın atributları 
ilə çox güclü eyniləşdirirlər. Odur ki, onlar bu kanalı gö- 
rəndə, qorxub üzlərini çevirir, sonra isə huşlarını itirirlər. 
Bundan sonra baş verənlərin çoxu məcburi və mexaniki 
şəkildə olur. Əvvəl-axır başqa bir müəyyən doğum və 
ölüm dövrü olacaq. Sadəcə onların mövcudluğu şüurlu 
ölüm üçün yetərincə güclü olmayıb. 
 
Belə çıxır ki, bu kanaldan keçmək yox olmaq anlamına gəlmir. 
 
İstənilən  digər  kanaldan  keçəndə  olduğu  kimi, 
şəxsiyyətinin  yox,  əsl  təbiətinin  şüalanan  işığı  qalır. 
İstənilən halda sənin şəxsiyyətində real və həqiqətən qiy- 


191 
 
mətli bir şey varsa, bu sənin işıq şüalandıran həqiqi təbiə- 
tindir. O heç vaxt itmir. Dəyərli və həqiqi olan heç bir şey 
itmir. 
Ölümün  yaxınlaşması  və  ölüm  yəni  fiziki  bədənin 
parçalanması  mənəvi-ruhi  reallaşma  üçün  çox  gözəl  im- 
kandır. Biz ölümə diqqətsiz yanaşan mədəniyyət çərçivə- 
sində  yaşamağa  başladığımız  vaxtdan  bu  imkanı  hər  za- 
man dramatik olaraq əldən buraxmışıq. Bunun kimi həqi- 
qətən əhəmiyyətli olan hər şey diqqətdən kənarda qalır. 
Hər  bir  kanal  ölüm  kanalıdır,  saxta  mənliyin  ölü- 
mü.  Sən  ondan  keçərək  öz  kimliyini  idrakının  yaratdığı 
psixoloji  obrazdan  almağı  dayandırırsan.  Ondan  keçərək 
bunun  illüziya  olduğunu  anlamağa  başlayırsan,  eynilə 
özünü  bədəninlə  eyniləşdirməyinin  illüziya  olması  kimi. 
Ölümün  bütün  mahiyyəti  illüziyanın  sonudur.  Ölüm  illü- 
ziyaya bağlı olduğun dərəcədə ağrılıdır. 


192 
 
VIII 
fəsil 

Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin