Az eBook Archive



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə48/78
tarix29.12.2021
ölçüsü1,57 Mb.
#48703
1   ...   44   45   46   47   48   49   50   51   ...   78
İndiki Anın Gücü

Bunun elmi təsdiqi varmı? 
Sınaqdan keçir, o zaman özün təsdiqləyəcəksən. 


167 
 
İmmun Sisteminin Gücləndirilməsi 
 
Fiziki  reallıqla  bağlı  bu  praktikanın  digər  faydalı  tə- 
rəfi  daxili  bədənində  yaşadığın  təqdirdə  immun  sistemi- 
nin  xeyli  dərəcədə  möhkəmlənməsidir.  Bədəninə  nə  qə- 
dər çox şüur daxil edirsənsə, immun sistemin bir o qədər 
möhkəmlənir. Sanki hər bir hüceyrə oyanır və şadlıq edir. 
Bədənin  sənin  diqqətini  sevir.  Bundan  başqa,  bu  həm  də 
çox  güclü  özünümüalicə  üsuludur.  Xəstəliklərin  çoxu 
bədəninə girməyə sən onda mövcud olmayanda yol tapır. 
Ev  sahibi  evdə  olmayanda,  ora  hər  cür  şübhəli  şəxslər 
daxil  ola  bilirlər.  Bədənində  olanda  isə,  arzuolunmaz 
qonaqların ora daxil olması çətinləşir. 
Ancaq  təkcə  fiziki  immun  sistemin  möhkəmlənmir, 
psixi  immun  sistemi  də  xeyli  dərəcədə  güclənir.  O  səni 
başqalarının  şüalandırdığı  son  dərəcə  yolxucu  olan  neqa- 
tiv  zehni-emosional  güc  sahələrindən  qoruyur.  Bədə- 
nində  olmaq  səni  həmin  sahələrdən  qalxan  kimi  deyil, 
bütün  enerji  sahənin  titrəmə  tezliyinin  yüksəlməsi  yoluy- 
la qoruyur, bu zaman aşağı tezlikdə titrəyən hər şey, yəni 
qorxu,  qəzəb,  depressiya  və  buna  bənzər  şeylər  fərqli  bir 
reallıq sistemində qalır 
O  artıq  şüur  sahənə  girə  bilmir,  girsə  belə,  sən  artıq 
ona  müqavimət  göstərməli  olmursan,  çünki  o  səndən 
keçərək çıxıb gedir. Ancaq lütfən, mənim dediklərimi 


168 
 
ehkam kimi qəbul etmə, eyni zamanda diqqətdən kənar- 
da saxlama. Bunu təəcrübədən keçir. 
Özünümüalicəyə  aid  sadə,  eyni  zamanda,  çox  güclü 
meditasiya  var.  Onu  immun  sistemini  möhkəmləndirmək 
üçün  lazım  olduqda  hər  zaman  yerinə  yetirə  bilərsən.  O, 
xüsüsilə  xəstəliyin  ilk  əlamətlərini  hiss  etdiyiniz  zaman 
edilsə effektli olur, xroniki xəstəliklərə də yaxşı təsir gös- 
tərir;  ancaq  onu  gərək  tez-tez  və  intensiv  fokuslarla 
(diqqətlə)  edəsən.  O  həmçinin  enerji  sahəni  istənilən 
şəkildə  dağıdan  müəyyən  neqativlik  formalarına  da  qarşı 
çıxaraq  nəticə  göstərir.  Ancaq  bu  meditasiya  hər  an 
bədəndə  olma  təcrübəsini  əvəz  etmir.  Başqa  sözlə  desək, 
onun  effekti  müvəqqətidir.  Həmin  meditasiya  bundan 
ibarətdir. 
Bir neçə dəqiqə boş vaxtın olanda, xüsusilə də, yuxu- 
ya  getməzdən  qabaq  və  səhərlər  yuxudan  oyananda  ilk 
olaraq  bədənini  şüurlarla  “doldur”.  Gözlərini  yum.  Arxa- 
sı üstə uzan. Bədəninin bir hissəsini  – əllərini, ayaqlarını, 
qollarını, qıçlarını, sinəni, başını və s. seç və diqqətini qısa 
müddət ona cəmlə. Onların içərisindən axan həyat enerji- 
sini  mümkün  qədər  dolğun  hiss  et.  Öz  diqqətini  təxmi- 
nən  on  beş  saniyə  bədəninin  hər  bir  üzvü  üzərində  saxla. 
Sonra  diqqətini  dalğa  kimi  bütün  bədəninlə  başdan-aya- 
ğa  və  ayaqdan-başa  kimi  süz.  Bu  təxminən  bir    dəqiqə 
vaxt  tələb  edir.Bundan  sonra,  daxili  bədənini  bir  bütün 
olaraq tək bir enerji sahəsi kimi hiss edin. Bu duyğunu bir 


169 
 
neçə dəqiqə ərzində saxla.Bu zaman sıx bir şəkildə möv- 
cud  olun,  bədəninizin  hər  hüceyrəsində  mövcud  olun. 
Əgər idrakın diqqətini təsadüfən bədənindən yayındırsa 
və nəticədə hansısa fikrə dalaraq özünü itirsən, buna görə 
narahat  olma.  Bunu  keçib  getdiyini  hiss  edən  kimi,  öz 
diqqətini yenidən bədəninə qaytar. 
 
N
əfəsin Səni Bədənə 
Daxil Etm
əsinə İcazə Ver 
 
Bəzən idrakım fəal olanda o dərəcədə hərəkətli olurki, diq- 
qətimi ondan ayırıb daxili bədənimi hiss etməyə cəhd edə bilmi- 
rəm. Xüsusilə də, narahat və ya həyəcanlı vəziyyətlərdə olanda. 
Mənə nə məsləhət görə bilərsiniz? 
 
Daxili bədəninlə təmasa girmək hər dəfə çətinləşən- 
də, adətən diqqəti nəfəsə cəmləmək daha asan olur. Şü- 
urlu nəfəs alıb-verməyin özü ən güclü meditasiyadır və 
səni tədricən bədənlə əlaqəyə aparacaq. Öz nəfəsinə, ha- 
vanın  bədəninə  girib-çıxmasına  diqqət  et.  Nəfəs  al  və 
havanı  hər  dəfə  udub-buraxanda  qarnının  necə  qalxıb- 
endiyini hiss et. Əgər bunu gözünün qabağına gətirmək 
çətin deyilsə, sadəcə gözlərini yum, işıqla əhatə olundu- 
ğunu və ya parlaq bir maddəyə, şüur ümmanına daldığı- 
nı gör. Sonra nəfəs alarkən bu işığı içinə çək. Bu parlaq 
maddənin bədəninə dolduğunu və  onu da parıldatdığını 
hiss et. 


170 
 
Sonra  yavaş-yavaş  diqqətini  hissinə  cəmlə.  Beləcə 
artıq,  sən  bədənindəsən.  Sadəcə  heç  bir  vizual  obraza 
bağlanma. 
 
İdrakdan Yaradıcı İstifadə 
 
Əgər  idrakından  müəyyən  bir  məqsədlə  istifadə  et- 
mək  istəyirsənsə,  onu  daxili  bədənlə  birlikdə  istifadə  et. 
İdrakından  yaradıcı  şəkildə  yalnız  düşüncə  olmadan  şü- 
urlu  olmağı  bacardığın  halda  yararlana  bilərsən  və  bu 
duruma  girməyin  ən  asan  yolu  bədən  vasitəsilədir.  Sənə 
nə zaman cavab, qərar və ya yaradıcı ideya lazım olsa, sa- 
dəcə  bir  anlıq  düşünmə  və  diqqətini  daxili  energetik  sa- 
hən üzərində cəmlə. Sakitlik durumuna daxil ol. Yenidən 
düşünməyə başlayanda, fikirlərin təzə və yaradıcı olacaq. 
Nəyisə  düşünərkən  bir  neçə  dəqiqə  düşünmə  və  daxili 
dinləmə,  daxili  sakitlik  arasında  var-gəl  etməyi  vərdişə 
çevir.  Bunu  belə  də  ifadə  edə  bilərik:  təkcə  başınla  yox, 
bütün bədəninlə düşün. 
 
Dinl
əmə Sənəti 
 
Bir  adama  qulaq  asarkən,  onu  təkcə  idrakınla  yox, 
həm  də  bədəninlə  dinlə.  Dinləyərkən,  daxili  bədəninin 
enerji  sahəsini  hiss  et.  Bu,  diqqəti  düşünmədən  uzaqlaş- 
dırır  və  idrakın  müdaxiləsi  olmadan  dinləməyə  imkan 
verən sakit məkan yaradır. Sən bu vəziyyətdə başqa şəxsə 
var ola biləcəyi bir boşluq verirsən. 


171 
 
Bu sənin verə biləcəyin ən qiymətli hədiyyədir. İnsanların 
çoxu  necə  dinləmək  lazım  olduğunu  bilmir,  ona  görə  də 
onların  diqqətinin  çox  hissəsini  öz  düşüncələri  məşğul 
edir.  Onlar  başqalarının  nə  danışdığına  yox,  məhz  öz  dü- 
şüncələrinə  daha  çox  diqqət  yetirir,  həqiqi  əhəmiyyət  
kəsb  edənə  yəni  başqasının  sözlərinin  və  idrakının  arxa- 
sında  gizlənən  Varlığına  qətiyyən  fikir  vermirlər.  Şübhə- 
siz  ki,  sən  başqasının  Varlığını  ancaq  öz  varlığın  vasitə- 
siylə  hiss  edə  bilərsən.  Bu,  birliyin  dərkinin  başlanğıcı, 
həm  də  sevgidir.  Varlığın  ən  dərin  qatında  sən  var  olan 
hər şeylə birsən. 
İnsan  münasibətlərinin  çox  hissəsi  onların  bir-birlə- 
rilə ünsiyyətindən deyil,daha çox əqli səviyyədə qarşılıqlı 
əlaqə  və  təsirindən  yaranır.  Lakin  heç  bir  münasibət  belə 
inkişaf  edə  bilməz,  elə  buna  görə  də,  insanlar  arasındakı 
münasibətlərdə  bu  qədər  anlaşılmamazlıq  var.  Sənin  hə- 
yatını idrak idarə edəndə, konfliktlər, çəkişmələr və prob- 
lemlər  qaçılmaz  olur.  Daxili  bədənlə  təmasda  olmaq  isə 
saf  idraksızlıq  yaradır,  münasibətlər  də  ancaq  bu  cür 
inkişaf edə bilər. 


172 
 
VII 
fəsil 

Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin