182
sərt görünən materiyalar, demək olar ki, 100 faiz boş-
luqdan ibarətdirlər; atomlar arasındakı məsafə onların öz
ölçüsündən xeyli böyükdür. Bundan başqa, hər bir ato-
mun daxili əsas etibarilə boşluqdan ibarətdir. Yerdə qalan
isə, sərt materiyanın hissəciklərindən daha çox hər hansı
tezliyin titrəyişinə bənzəyir. Buddistlər bunu artıq 2500
ildən çoxdur ki, bilirlər. “Forma boşluq, boşluq isə forma-
dır”, – qədim və məşhur Budda mətnlərindən olan
Ham
Sutrada
7
deyilir. Hər şeyin mahiyyəti boşluqdur.
Aşkar olmayan bu dünyada özünü təkcə sakitlik kimi
göstərmir; eyni zamanda məkan kimi bütün dünyanı
içəridən və kənardan fəza (boşluq) olaraq əhatə edir. Bu
da səssizlik kimi asanlıqla diqqətdən yayınır. Hamı mə-
kanda mövcud olan şeylərə diqqət yetirir, amma məka-
nın özünə diqqət edən yoxdur.
Dostları ilə paylaş: