Mənə elə gəlir ki, siz “boşluq” və ya “heç nə” deyəndə hər
şeyin yoxluğunu deyil, mistik xüsusiyyətə malik bir şeyi nəzər-
də tutursunuz. Bu “heç nə” nə deməkdir ?
Sualı düzgün qoymursan. İdrakın heç nəyi nəyəsə çe-
virməyə çalışır. Amma sən onu nəyəsə çevirməyə çalışan
kimi gözdən qaçırdırsan.Heç nə, yəni fəza (boşluq) Aşkar
olmayanın aşkar olmasıdır, fiziki formada təcəssüm edən
hissi qavrayış dünyası fenomenidir. Onun haqqında təx-
7
Heart Sutra
– Sutranın ürəyi
183
minən ancaq bunu deyə bilərik, bu hətta özünəməxsus
bir paradoksdur. Aşkar olmayan bilik predmeti ola bil-
məz. Sən “heç nədən” dissertasiya müdafiə edib elmi də-
rəcə ala bilməzsən. Alimlər fəzanın tədqiqi ilə məşğul
olanda, onu adətən hissələrə ayırır və ya nəyəsə çevirir-
lər. Yəni naməlumu məlum vasitə ilə ifadə edərək, tanış
termin və qavrayışlarla təsvir edərək, nəticə etibarilə ma-
hiyyətini tamamilə nəzərdən qaçırırlar. Ən sonuncu nəzə-
riyyədə fəzanın qətiyyən boş olmadığı, hansısa maddə ilə
dolu olduğunun deyilməsi təəccüblü deyil. Lakin nəzə-
riyyə ortaya çıxandan sonra onu sübüt və təsdiq etmək o
qədər də çətin deyil, ən azından digər nəzəriyyələr mey-
dana çıxana qədər
“Heç nə” yalnız o halda sənin üçün Aşkar olunma-
yana qapı ola bilər ki, əgər onu təyin etməyə və ya anla-
mağa cəhd etməyəcəksən.
Bəs biz burda onu anlamağa çalışmırıq ?
Qətiyyən. Mən sizə Aşkar olmayanın ölçülərini həya-
tınıza necə daxil edə biləcəyinizi göstərmək üçün bələd-
çilər verirəm. Biz bunu anlamağa cəhd etmirik. Burada
anlamalı bir şey yoxdur.
Boşluqda “mövcudluq” yoxdur. “Mövcud olmaq” sö-
zünün hərfi mənası “qabağa çıxmaq”, yəni özünü göstər-
məkdir. Sən boşluğu dərk edə bilməzsən, çünki o özünü
184
göstərmir. Boşluğun özünün mövcudluğu olmasa da, qa-
lan hər şeyin mövcud olmasına imkan verir. Sakitlikdə,
Aşkar olunmayan kimi mövcud deyil.
Beləliklə, fəzada olan obyektdən diqqətini ayıranda
və fəzanın özünü dərk etməyə başlayanda nə baş verir?
Bu otağın mahiyyəti nədən ibarətdir? Mebel, şəkillər və
sairə otaqda yerləşir, ancaq bu əşyalar otağın özü deyil-
lər. Döşəmə, divarlar və tavan otağın sərhədləridir, ancaq
onlar özü otaq deyil. Bəs bu otağın mahiyyəti nədir? Əl-
bəttə ki, boşluq. O olmasaydı, bu otaq da olmazdı. Bir
halda ki boşluq “heç nədir”, biz onda olmayanın, onda
olandan əhəmiyyətli olduğunu deyə bilərik. Odur ki, səni
hər tərəfdən əhatə edən və səndən keçən boşluğun fər-
qində ol. Onun haqqında düşünmə. Onu olduğu kimi
hiss et. Bütün diqqətini “heç nəyə” yönəlt.
Sən bunu etməyə başlayanda, içində şüur dəyişikliyi
baş verir. Səbəbi bilirsən nədir? Boşluqdakı mebel, divar-
lar və sair predmetlərin daxili ekvivalentləri sənin idrakı-
nın obyektləridir, yəni fikirlər, emosiyalar və duyğular.
Boşluğun daxili ekvivalenti isə şüurdur, o sənin ağlının
obyektlərinə var olmağa imkan verir, eynilə boşluq bütün
bu şeylərin mövcudluğuna imkan verdiyi kimi. Ona görə
də, diqqətini şeylərdən, yəni boşluqdakı predmetlərdən
ayırırsansa, avtomatik olaraq idrakının obyektlərindən də
ayırmiş olursan. Başqa sözlə, buna görə sən boşluğu və
sakitliyi eyni anda düşünə və dərk edə bilməzsən.
185
Ətrafındakı
boşluğu
dərk
etməyə
başlayanda,
düşüncəsizlik boşluğunuda dərk etməyə başlayırsan,
yəni saf şüur boşluğunu – Aşkar olmayanı. Elə boşluq
üzərində dərin fikrə dalmaq sənin üçün bir kanal ola
bilər.
Boşluq və səssizlik eyni şeyin, eyni “heç nəyin” iki
tərəfidir. Bu daxili boşluğun və daxili sakitliyin zahirə
çıxmasıdır ki, bu da elə dinclikdir – bütün var olanın hü-
dudsuz yaradıcı əhatəsi. İnsanlar çoxu bu meyarı qətiy-
yən anlamır. Onların üçün heç bir daxili boşluq yoxdur
və görünür ,buna görə dinclikləri də yoxdur. Onların mü-
vazinəti yoxdur. Başqa sözlə, onlar dünyanı bilir, ya da
bildiyini düşünür, ancaq əslində Tanrını tanımırlar. Onlar
bilmədən özlərini psixi və psixoloji formaları ilə eyniləş-
dirir, mahiyyəti dərk etmirlər. Ancaq istənilən fiziki for-
ma dəyişkən və qeyri-sabit olduğundan, bu adamlar qor-
xu içində yaşayırlar. Bu qorxu onların həm özlərini, həm
də başqalarını qətiyyən anlamamasına, eyni zamanda,
dünyanı təhrif olumuş şəkildə görmələrinə səbəb olur.
Əgər dünyamızın sonuna səbəb olan hər hansı kos-
mik dağıntı baş versə, bu, Aşkar olunmayana qətiyyən
toxunmazdı. “Möcüzələr kursu”
8
bu həqiqəti son dərəcə
mənalı şəkildə çatdırır: “Həqiqi olana heç bir şey təhlükə
8
A Course of Miracles
186
törədə bilməz. Həqiqi olmayan heç nə onsuzda yoxdur.
İlahi dinclik də burada hakim olur”.
Əgər sən Aşkar olmayanla şüurlu birlik halında qala
bilsən, Aşkar olan dünyanın özünü də, ondakı bütün
həyat formalarını da bu formaların arxasında dayanan
Vahid Həyatın ifadəsi kimi yüksək qiymətləndirər, sevər
və hörmət edərsən. Sən bilirsən ki, hər bir fiziki forma
meydana çıxıb yenidən yox olmaq üçün yaradılıb və nəti-
cə etibarilə, bu dünyada heç bir şeyin heç bir mənası yox-
dur. Onda İsanın sözləri ilə desək, sən “dünyaya qalib
gəlmisən”, ya da Buddanın dediyi kimi, “o biri sahilə keç-
misən”.
F
əzanın və Zamanın Əsl Mahiyyəti
İndi bu haqda düşün: əgər sakitlikdən başqa heç nə
olmasaydı, sakitlik mövcüd olmayacaqdı və sən onun nə
olduğunu heç vaxt bilməyəcəkdin. Sakitlik ancaq səs
yarandıqdan sonra ortaya çıxır. Eynilə bunun kimi, fəza
da heç bir obyekt olmadan mövcud ola bilməzdi.
Təsəvvür et ki, sən ulduzların, qalaktikaların olmadığı,
ancaq boşluqdan ibarət ucsuz-bucaqsız fəzada sərbəst
şəkildə mövcud olan şüur nöqtəsisən. Və təsəvvür et ki,
fəza birdən kiçilir; hətta yox olur. Yerdəyişmə olmasa,
sürət də olmaz. Məsafə və fəzanın varlığı üçün ən azı iki
ayrı aralıq nöqtəsi olmalıdır. Fəza o zaman var
187
olur ki, “iki” “on minlərə”, Lao Tszının dediyi kimi aşkar
olan dünyaya çevrilir, yəni fəza getdikcə daha hüdudsuz
olur. Ona görə də, dolğun dünya və kainat eyni anda
yaranır.
Fəza olmadan heç bir şey ola bilməz, hərçənd, öz-
özlüyündə fəza heç nədir. Kainat yaranmamışdan, “bö-
yük partlayışdan” əvvəl doldurulmayı gözləyən heç bir
boş yer, fəza olmayıb. Təkcə Aşkar olmayan- Bir olub.
Ancaq elə ki Bir “on minlərə” çevriləndə, çoxluğun var
olmasına imkan verən fəza ortaya çıxdı. Bəs o haradan-
dır? Yoxsa o kainata yer yaratmaq üçün Tanrı tərəfindən
yaradılmışdı? Təbii ki, yox. Fəza “heç nədir”, ona görə də,
heç vaxt yaradılmayıb.
Aydın gecədə genişliyə çıxıb, göyüzünə bax. Adi
gözlə gördüyün minlərlə ulduz orada həqiqətən var ola-
nın son dərəcə cüzi bir hissəsidir. Ən güclü teleskopların
vasitəsilə artıq milyardlarla qalaktikanın varlığı aşkarla-
nıb və hər bir qalaktika milyardlarla ulduzun olduğu
“kainat adasıdır”. Bununla belə, insanı daha çox heyrətə
gətirən fəzanın bütün bu möhtəşəmliyə var olmağa im-
kan verən sonsuzluğu, dərinliyi və sakitliyidir. Fəzanın
əlçatmaz sonsuzluğundan və sakitliyindən əzəmətli və
böyük pərəstişə layiq heç nə ola bilməz. Bununla belə, fə-
za nədir axı? Sadəcə boşluq, hüdudsuz bir boşluq.
Kainatda ağıl və hisslərimizlə qavrayaraq, fəza hesab
etdiyimiz şey elə zahiri görünüş qazanan və maddi for-
188
mada təcəssüm edən Aşkar olmayanın özüdür. O Tanrı-
nın “cismidir”. Ən böyük möcüzə odur ki, kainata var ol-
mağa imkan verən sakitlik və sonsuzluq yalnız orada de-
yil, həm də sənin içindədir. Sən bütövlükdə və tam möv-
cud olanda, onunla idraksızlığın qayğısız daxili məkanı
kimi təmasda olursan. O sənin daxilində sonsuzdur, an-
caq uzunluğuna yox, dərininə. Nəticə etibarilə, fəzanın
uzunluğu vahid üstün reallıq olan dibsiz dərinliyin yanlış
qavranmasıdır.
Dostları ilə paylaş: |