Az eBook Archive


Aşkar Olmayana Giriş Kanalları



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə49/78
tarix29.12.2021
ölçüsü1,57 Mb.
#48703
1   ...   45   46   47   48   49   50   51   52   ...   78
İndiki Anın Gücü

Aşkar Olmayana Giriş Kanalları 
 
B
ədənə Dərinləməsinə Dalmaq 
 
Mən öz bədənimdə, xüsusilə də, əllərimdə və ayaqlarımda 
enerji hiss edirəm, ancaq mənə elə gəlir ki, sizin dediyiniz kimi, 
daha dərinə dala bilmərəm. 
 
Bunu  meditasiyaya  çevir.  O,  uzun  sürməyəcək.  On- 
on beş dəqiqə kifayət edəcək. Əvvəlcə yanında telefon və 
ya insanların sənə mane olmayacağı bir yerə çəkil. Sonra 
arxaya  söykənmədən  stulda  otur  və  qamətini  dik  saxla.  
Bu sənə diqqətini cəmləməyə kömək edəcək. Ya da medi- 
tasiya üçün başqa, öz xoşladığın duruş tərzini al. 
Bədəninin  sərbəstliyinə  əmin  ol.  Gözlərini  yum.  Bir 
neçə dəfə dərindən nəfəs al. Həmişəki kimi, qarnının aşa- 
ğı hissəsiylə nəfəs aldığını hiss et. Hər dəfə nəfəs aldıqda 
və  verdikdə  qarnının  bir  qədər  şişdiyini  və  boşaldığını 
müşahidə et. Sonra bədəninin bütün daxili enerji sahəsini 
tam olaraq dərk və hiss etməyə çalış. Sən bunu edərək şü- 
urunu  idrakdan  geri  qaytarırsan.  Əgər  faydalı  hesab  et- 
sən,  yuxarıda  təsvir  etdiyim  “işıq”  təsəvvürünü  də  tətbiq 
edə bilərsən. 


173 
 
Bədəninin daxili sahəsini vahid enerji sahəsi kimi ay- 
dın hiss edə bildikdə, mümkünsə, hər cür vizual təsviri 
burax  və  diqqətini  müstəsna  olaraq  bu  duyğu  üzərində 
cəmlə.  Fiziki  bədən  haqqındakı  ağlın  təsəvvürlərini  də 
kənara at. Yerdə qalan hər şey mövcudluğun və ya “var 
olmanın” hər şeyi əhatə edən, böyük duyğusu olacaq, da- 
xili bədən isə hüdudsuz hiss olunacaq. Bundan sonra diq- 
qətini bu duyğuya daha dərin şəkildə cəmlə. Onunla bü- 
tövləş. Bu enerji sahəsi ilə elə bötüvləş ki, bir daha müşa- 
hidəçi və müşahidə olunan ikiliyini hiss etməyəsən, yəni 
sən və bədənin arasında ayrılıq qalmasın. Bu halda xaric 
ilə daxil arasındakı fərq aradan qalxır və beləcə, səndən 
ayrı daxili bədən qalmır. Bədəninin dərinliyinə endikcə, 
sən onun hüdudlarından kənara çıxacaqsan. 
Bu  saf  Varlıq  aləmində  rahat  olduğunuz,  istədiyiniz 
qədər qalın. Sonra öz fiziki bədənini, nəfəsini, duyğuları- 
nı yenidən dərk et və gözlərini aç.  Bir neçə saniyə  ərzin- 
də  ətrafındakı  hər  şeyə  dalğın  nəzərlərlə  bax  və  heç  bir 
zehni  yarlıklar  yaratmadan,  daxili  bədənini  duymağı 
davam et. 
 

Bu formasız reallığa çıxış əsl azadlıq bəxş edir. O səni 
bədənə  bağlılıqdan  və  özünü  bədəninlə  eyniləşdirmək- 
dən  xilas edir. Bu elə bölünməz, yəni  hissələrə ayrılmaz- 
dan əvvəlki həyatdır. Biz onu Aşkar olunmamış, hər şe- 


174 
 
yin  görünməyən  mənbəyi,  bütün  varlıqların  içərisində 
olan Həyat adlandıra bilərik. O, dərin sakitlik və dinclik 
aləmidir,  sevinc  dünyasıdır,  həyatın  doyumluluğudur. 
Mövcud olanda sən bu Mənbədən şüalanan işıq üçün, saf 
şüur üçün daha “açıq” olursan. İşığın nəinki səndən ayrı 
olmadığını,  hətta  sənin  mahiyyətin  olduğunu  dərk 
edirsən. 
 
“Çi”nin Mənbəyi 
 
Aşkar olunmayan, Şərqdə Çİ adalandırılan yəni kainatdakı 
həyat enerjisinin hər hansı növüdür? 
 
Yox. Aşkar olunmayan “Çi”nin mənbəyidir. Çi sənin 
bədəninin  daxili  enerji  sahəsidir.  Bu  zahirinlə  mənbə 
arasındakı  körpüdür.  O  haradasa  aşkar  olunmuş  for-  
malar  dünyası  ilə  Aşkar  olunmamış  arasında  olur.  “Çi”in 
çay  və  ya  enerji  axını  kimi  təsəvvür  edə  bilərsən.  Əgər 
şüurunu  daxili  bədəninin  daha  dərinliyinə  keçirə  bilsən, 
bu  çayın  axınına  əks  istiqamətdə  –  mənbəyə  doğru  izlə- 
mək imkanı əldə edərsən. "Çi" hərəkətdir. Aşkar olunma- 
yan  sakitlikdir.  Sən  mütləq  dincliyə  çatanda  (buna  bax- 
mayaraq,  bu  dinclik  yenə  də  həyatla  rezonansdadır),  da- 
xili bədənin hüdudlarından kənara  çıxdığın kimi, “Çi”nin 
də hüdudlarını aşırsan və mənbəyin özünə – Aşkar  olun- 


175 
 
mayana yaxınlaşırsan. Çi Aşkar olunmayanla fiziki kainat 
arasındakı əlaqədir. 
Ona  görə  də,  diqqətini  daxili  bədəninin  dərinliyinə 
yönəltsən,  bu  nöqtəyə,  özünəməxsus  sinqulyarlığa  (təkli- 
yə)  çata  bilər,  burada  dünya  çi  enerjisi  axını  formasını 
alır,  sonra  dolğun  dünyaya  çevrilir,  Aşkar  olunmamışda 
əriyir. Bu doğum və ölüm nöqtəsidir. Sənin şüurun kəna- 
ra  yönələndə  mənbəyini  tərk  edərək,  zehin  və  dünyanı 
yaradır.  Daxilə  yönələndə  isə  mənbəyinə  yuvasına  aşkar 
olunmayana  qayıdır.  Sonra  isə  şüur  Aşkar  olan  dünyaya 
geri  qayıdanda,  sən  müvəqqəti  olaraq  kənara  atdığın 
forma  kimliyinə  bürünərsən.  Bu  zaman  sənin  yenidən 
adın,  keçmişin,  həyat  şəraitin,  gələcəyin  olur.  Hər  şey 
əvvəl  olduğu  kimi.  Amma,  əslində  keçmişdə  olduğun 
adam  deyilsən:  Sən  "bu  dünyaya  aid  olmayan"  (əslində 
səndən  ayrı  olmadığı  kimi,  bu  dünyadan  da    ayrı  
olmayan)  reallığı  qısa  bir  müddət  üçün  də  olsa  görmür- 
sən. 
İndisə  qoy  mənəvi  təcrübən  belə  olsun.  Həyatla 
addımlayarkən  diqqətinin  bütün  yüz  faizini  ətraf  dünya- 
ya  yönəltmədiyin  kimi,  idrakına  da  ayırma.  Bir  qədərini 
içində  saxla.  Artıq  bu  haqda  danışmışam.  Gündəlik  işlə- 
rinlə  məşğul  olduqda  belə,  daxili  bədənini  hiss  et,  xü- 
susilə  də,  insanlarla  və  ya  təbiətdə  ünsiyyətdə  olarkən. 
Onun  dərin  daxili  dincliyini  hiss  et.  Qapını  açıq  saxla. 
Bütün həyatın boyu  Aşkar olunmayanı dərk etmək müm- 
kün bir şeydir. Bunu hansısa mənbələrindən qaynaqlanan 
dərin  rahatlıq,  səni  heç  vaxt  tərk  etməyən  sakitlik  kimi 
hiss edərsən, həm də nə baş verməsindən asılı  olmayaraq. 


176 
 
Sən  Aşkar  olunmayanla  Aşkar  olunan,  Tanrı  ilə  dolğun 
dünya  arasında  körpü  olursan.  Bu  bizim  aydınlanma 
dediyimiz mənbəylə əlaqə yaratmaq halımızdır. 
Bu  sözlərdən  Aşkar  olunmayanın  Aşkar  olunandan 
ayrı-ayrılıqda  mövcud  olması  qənaətinə  gəlmə.  Bu  necə 
ola  bilər  ki?  Bu  elə  hər  bir  formanın  içində  olan  həyatın 
özü,  mövcud  olan  hər  şeyin  daxili  mahiyyətidir.  O  bu 
dünyanın mayasındadır. İcazə ver, bunu izah edim. 
 
Röyasız Yuxu 
 
Hər  gecə  röya  görmədən  yatdığın  müddətdə  Aşkar 
olunmayana səyahət edirsən. Mənbəyə qovuşursan. On- 
dan, geri Aşkar olan dünyaya, ayrı-ayrı formalar aləminə 
qayıtdıqda bir müddət sənə güc verəcək olan həyat ener- 
jisini  alırsan.  Bu  enerji  yeməkdən  daha  güclü  qidadır: 
“İnsan təkcə çörəklə yaşamır”. 
Lakin röyasız yuxu duru- 
munda sən ona şüursuz olaraq girirsən. 
Bədən funksiyala- 
rın  fəaliyyətinə  davam  etsə  də,  “sən”  artıq  o  hal  duru- 
munda olmursan. Tam şüurlu halda ola-ola röya görmə- 
dən yatmağın nəyə bənzəyə biləcəyini təsəvvür edə bilir- 
sənmi? Bunu təsəvvür etmək  mümkün deyil, çunki, bu 
hal heç bir məzmuna sahib deyil. 
Aşkar  olmayan  sən  ona  şüurlu  şəkildə  daxil  olma- 
yana  qədər  səni  azad  edə  bilməz.  Elə  buna  görə  də,  İsa 
“Həqiqət  səni  azad  edəcək”  yox,  “Sən  həqiqəti  dərk  edə- 
cəksən və həqiqət səni azad edəcək” demişdi. Bu  konsep- 


177 
 
tual  həqiqət  deyil.  Bu  bütün  formalardan  kənarda  olan 
əbədi  həyat  həqiqətdir,  o  ya  birbaşa  dərk  olunur,  ya  da  
heç  dərk  olunmur.  Ancaq  röya  görmədən  yatarkən  şüur- 
lu qalmağa çalışma. Buna çətin nail ola bilərsən. Edə bilə- 
cəyin  ən  böyük  şey  röya  görmə  mərhələsində  (zamanı) 
şüurlu qalmaqdır, ondan çox yox.  Buna şüurlu olaraq rö- 
yagörmə deyilir. O, maraqlı və cəzbedici ola bilər, ancaq 
heç cür azadedici deyil. 
Ona  görə  də,  öz  daxili  bədənindən  Aşkar  olunmaya- 
na daxil olduğun kanal kimi istifadə et və mənbə ilə daim 
əlaqəli  qalmaq  üçün  bu  kanalı  açıq  saxla.  Daxili  bədənə 
gəldikdə  isə,  fiziki  bədəninin  necə  olmasının  onun  üçün 
zərrə  qədər  fərqi  yoxdur:  qoca,  ya  cavan,  zəif  və  ya 
möhkəm. Daxili bədən zamana bağlı deyildir, o əbədidir. 
Əgər  onu  hələ  də  hiss  edə  bilmirsənsə,  başqa  kanalların 
birindən  istifadə  et,  nəticə  etibarilə  onların  hamısı  eyni 
kanaldır.  Onlardan  bəziləri  haqda  artıq  danışmışam,  an- 
caq qısa şəkildə yenə xatırladacağam. 
 
Dig
ər Kanallar 
 
İndi  ana  əsas  kanal  sayıla  bilər.  O,  daxili  bədən  də 
daxil  olmaqla  istənilən  digər  kanalın  mahiyyətini  təşkil 
edir.  İndiki  anda  yüksək  dərəcədə  mövcud  olmadan  öz 
bədənində də ola bilməzsən. 


178 
 
Zaman  və  Aşkar  olan,  eyni  zamanda,  Mövcud  an  və 
Aşkar  olmayan  bir-biriləri  ilə  son  dərəcə  ayrılmaz  bir 
şəkildə  bağlıdırlar.  Sən  indiki  anı  dərindən  dərk  etməklə 
psixoloji  zamanı  aradan  qaldırarkən,  Aşkar  olunmayanı 
həm birbaşa, həm də dolayısı ilə dərk etməyə başlayırsan. 
Sən  onu  şüalanma  və  şüurlu  mövcudluğunun  gücü  kimi 
hiss  etdikdə  bu  birbaşa  olur:  heç  bir  məzmunu  yoxdur, 
sadə  mövcudluqdur.  Aşkar  olmayanın  hissi  reallıqdan 
keçdiyini  və  hər  şeydə  mövcud  olduğunu    dərk    edəndə 
isə, dolayı yolla olur. Başqa sözlə, sən ilahi qığılcımı hər 
şeydə,  hər  bir  çiçəkdə,  bir  daşda  görür  və  var  olan  hər 
şeyin  müqəddəs  olduğunu  anlayırsan.  Ona  görə  də,  İsa 
bütövlükdə  öz  mahiyyətindən  çıxış  edərək,  yaxud  özünü 
Məsihlə  eyniləşdirərək  Fomanın  İncilində  deyir:  “Odunu 
yaranda  məni  onun  içində,  daşı  qaldıranda  məni  onun 
altında görəcəksən”. 
Aşkar olmayana digər bir kanal da düşüncə prosesini 
dayandırmaqla  yaranır.  Bunu  çox  sadə  bir  şeydən  başla- 
maq  olar,  məsələn,  şüurlu  nəfəs  almaqla,  yaxud  yüksək 
dərəcədə  ayıq-sayıq  olarkən  bir  gülə  baxmaqla  ancaq  bu 
zaman başında heç bir fikir, şərh olmamaldır. Fasiləsiz fi- 
kir axınını pozmağın bir çox üsulları var. Bütün meditasi- 
yalar məhz buna istiqamətlənib. Düşüncə aşkar olan real- 
lığın bir hissəsidir. İdrakının daimi aktivliyi səni formalar 
dünyasının  əsiri  edir  və  Aşkar  olmayanı,  yaradılışlardakı 
formasız və zamanxarici İlahi mahiyyəti dərk etməyində 


179 
 
mane  olan  duman  təbəqəsi  rolunu  oynayır.  Dərin 
mövcudluq halında olanda sənin, şübhəsiz, düşüncə axı- 
nını dayandırmağa ehtiyacın olmur, ona görə ki, bu za- 
man ağıl avtomatik olaraq dayanır. İndiki anın istənilən 
digər kanalın başlıca və əhəmiyyətli tərəfi olduğunu buna 
görə deyirəm. 
Təslimiyyət,  tabe  olmaq  da  var  olana  zehni-emosio- 
nal  müqaviməti  kənara  qoymaqdır  ki,  bu  da  Aşkar  olma- 
yana  açılan  bir  qapıdır.  Səbəb  sadədir:  daxili  müqavimət 
səni  başqa  insanlardan,  öz-özündən,  ətraf  dünyadan  ayı- 
rır. O, eqonun yaşaması üçün zəruri olan bölünmə hissini 
gücləndirir.  Bölünmə  hissi  nə  qədər  güclüdürsə,  aşkar 
olana, ayrılmış formalar aləminə bağlılığın da bir o qədər 
güclü  olur.  Formalar  dünyasına  nə  qədər  çox  bağlısansa, 
forma kimliyin də bir o qədər bərk, sərt və keçilməz olur. 
Bu  halda  kanal  bağlanır  və  sən  daxili  ölçündən,  dərinlik 
ölçüsündən  ayrı  düşürsən.  Sən  güzəştə  gedəndə,  forma 
kimliyin yumşalır, sanki işıqlanır, “şəffaf” olur. Ona görə 
də,  Aşkar  olunmayan  içindən  parlaya  biləcəyi  şəkildə 
keçə bilir. 
Aşkar  olunmayana  şüurlu  daxil  olmaq  imkanı  verən 
kanalı açmaq özündən asılıdır. Daxili bədəninin enerji sa- 
həsi ilə təmasa gir, yüksək dərəcədə mövcud ol, idrakınla 
eyniləşmə, var olana təslim ol; bütün bunlar sənin istifadə 
edə biləcəyin kanallardır, ancaq biri də bəs edər. 


180 
 

Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin