Az eBook Archive



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə47/78
tarix29.12.2021
ölçüsü1,57 Mb.
#48703
1   ...   43   44   45   46   47   48   49   50   ...   78
İndiki Anın Gücü

Mövcudluqla daxili bədən arasında hansı əlaqə var? 
 
Mövcudluq  saf  şüurdur,  o  idrakdan,  formalar  dün- 
yasından geri qayıdışdır. 
Daxili  bədən  səni  Aşkar  olmayanla  bağlayan  halqa- 
dır  və  özünün  ən  dərin  qatında  Aşkar  olunmamış  olaraq 
qalır.  Günəş  işıq  mənəbəyi  olduğu  kimi,  o  da  şüurun 
qaynaqlandığı  Mənbədir.  Daxili  bədənin  dərk  olunması 
şüurun  öz  kökünü  xatırlaması  və  Mənbəyə  geri  dönmə- 
sidir. 
 
Aşkar olunmayan Varlıqla eyni şeydir? 
 
Bəli.  Aşkar  olunmayan  ifadəsi  inkar  etmək  yoluyla 
söylənilə, dərk oluna, düşünülə ya  da  xəyal  edilə  bilməz. 
Olanı göstərməyə çalışar. O onun nə olmadığını deyərək, 
nə ola biləcəyinə işarə edir. Digər tərəfdən, Varlıq pozitiv 
termindir. Lütfən, bu sözlərin heç birinə qapılma və onla- 
ra inanmağa başlama. Onlar ancaq işarədirlər. 
 
Siz dediniz ki, mövcudluq idrakdan geri qayıtmış şüurdur. 
Onun qayıdışını kim həyata keçirir? 


165 
 
Sən.  Ancaq  bir  halda  ki  sən  mahiyyətcə  elə  şüursan, 
onda  biz  bu  qayıdışın  şüurun  yuxu  formasından  oyanışı 
olduğunu  da  deyə  bilərik.  Bu  o  demək  deyil  ki,  sənin  öz 
forman  bir  göz  qırpımında  işıq  partlayışıyla  izsiz  yoxa 
çıxır. Sən öz mövcud formanın içində qala bilər, eyni za- 
manda,  daxilindəki  formasız  və  ölməz  dərinliyi  dərk  edə 
bilərsən. 
 
Etiraf edim ki, bu mənim anlayışım xaricindədir, ancaq hər 
halda müəyyən qədər dərinə gedəndə, deyəsən, nə dediyinizi an- 
layıram. Bu daha çox duyğuya, ya da nəsə başqa şeyə oxşayır. 
Mən özümü aldatmıram ki? 
 
Yox,  aldatmırsan.  Duyğu  səni  kim  olmağınla  bağlı 
həqiqətə fikirdən daha çox yaxınlaşdırır. Mən sənə onsuz 
da  qəlbinin  dərinliyində  bilmədiyin  bir  şeyi  xəbər  verə 
bilmərəm.  Amma  bəlli  bir  dərəcə  daxili  əlaqə  səviyyəni 
yüksəltsən  həqiqəti  eşidən  kimi  onu  tanıyacaqsan.  Əgər 
hələ  də  bu  mərhələyə  çatmamısansa,  bədənin  fər- 
qindəliyi təcrübəsi səni lazımı dərinliyə aparacaq. 
 
Qocalma Prosesini L
əngitmək 
 
Yeri gəlmişkən, daxili bədənin dərkinin fiziki baxım- 
dan  başqa  faydaları  da  var.  Onlardan  biri  də  fiziki  bədə- 
nin qocalma prosesinin xeyli dərəcədə ləngidilməsidir. 


166 
 
Zahiri bədən zamanla  qocaldığı və təravətini yetərin- 
cə  sürətlə  itirdiyi  halda,  daxili  bədən  dəyişmir.  Sadəcə  
onu  daha  dərindən  hiss  edə  bilər  və  tam  olaraq  o  ola 
bilərsən.  Əgər  indi  iyirmi  yaşın  varsa,  daxili  bədəninin 
enerji  sahəsini  səksən  yaşın  olanda  da  eyni  şəkildə  hiss 
edəcəksən.  O  eyni  şəkildə  canlı  və  güclü  olacaq.  Sənin 
adət  etdiyin  durumun  bədən  xaricində    olmaqdan, 
zehninin  küncündə  sıxılmadan  ayrılaraq  İndiki  anda 
mövcud olan kimi, fiziki bədənin özünü daha yaxşı, canlı, 
gümrah hiss edəcək. Bədəndə şüur çox olanda, onun mo- 
lekulyar  strukturunun  sıxlığı  da  azalacaq.  Şüur  nə  qədər 
çoxdursa, maddilik illüziyası bir o qədər azdır. 
Sən  özünü  xarici  bədənindən  daha  çox,  əbədi  daxili 
bədəninlə  eyniləşdirəndə,  mövcudluq  şüurunun  normal 
durumuna  çevrilir.  Onda  diqqətin  keçmiş  və  gələcəyə 
yayınmır,  yəni  artıq  zamanı  psixikana  və  bədəninin 
hüceyrələrinə  toplamırsan.  Keçmişin  və  gələcəyin  psi- 
xoloji  yükü  olan  zamanın  toplanması  hüceyrələrin 
yenilənmə  qabiliyyətini  zəiflədir.  Ona  görə  də,  daxili 
bədəndə  yaşayanda,  xarici  bədəninin  qocalması  xeyli  də- 
rəcədə  ləngiyir.  Hətta  qocalsan  belə,  sənin  əbədi  mahiy- 
yətinin  işığı  xarici  görünüşünü  nurlandıracaq  və  qoca 
görünməyəcəksən. 
 

Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin