Az eBook Archive



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə43/78
tarix29.12.2021
ölçüsü1,57 Mb.
#48703
1   ...   39   40   41   42   43   44   45   46   ...   78
İndiki Anın Gücü

Bu sözlər də mənim xoşuma gəlmir. Onlar məndə nəyinsə 
qaydasında  olmadığına  işarə  edirlər.  Elə  bil,  məni  ittiham 
edirlər. 
 
Əlbəttə, səndə nəsə qaydasında deyil, amma səni heç 
kəs mühakimə etmir. 
Mən  şəxsən  səni  ittiham  etmirəm,  ancaq  sən  təkcə 
iyirminci  əsrdə  yüz  milyondan  çox  qardaşını  öldürən  in- 
san irqindən deyilsən? 
 
Siz ümumi təqsiri nəzərdə tutursunuz? 
 
Bu  təqsir  məsələsi  deyil.  Ancaq  bir  halda  ki  səni 
eqoist  idrakın idarə  edir,  deməli,  kollektiv dəliliyin  bir 
hissəsisən.  Bəlkə  də,  insanların  eqoist  idrakın  təsiri  və 
hökmü altında yaranan həyat şəraitinə o qədər də dərin- 
dən bələd deyilsən.  Gözlərini aç, hər tərəfi bürüyən və 
hər şeyə hopan qorxuya, təşvişə, ümidsizliyə, acgözlüyə, 
zorakılığa yaxşı-yaxşı bax. İyrənc və dəhşətli qəddarlığa, 
insanların özlərinə və planetimizdəki digər canlılara vur- 
duqları ağlasığmaz əzablara bax. Kimisə günahlandırmaq 


150 
 
lazım deyil. Sadəcə bunu müşahidə et. Bu elə şüursuzluq- 
dur.  Bundan  başqa,  öz  idrakını  müşahidə  etməyi  də 
unutma. Bütün bu dəliliklərin kökünü elə orada axtarıb 
tap. 
 
Öz Gözəgörünməz və 
Sarsılmaz Reallığını Tapmaq 
 
Siz  dediniz  ki,  özünü  fiziki  formanla  eyniləşdirmək  illüzi- 
yanın  bir  hissəsidir,  o  halda  bədənim  məni  Varlığın  dərkinə 
necə apara bilər? 
 
Sənin görmək və toxunmaq istədiyin bədən səni Var- 
lığa apara bilməz. Lakin bu gördüyün və toxunduğun bə- 
dən  sadəcə  xarici  qabıq,  yaxud  da  dərin  reallığın  təhrif 
olunmuş şəkildə qavranmasıdır. Bizim Varlıqla təbii vəh- 
dət  halımızın  daha  dərin  reallığı  hər  an  gözəgörünməz 
daxili  bədən,  içimizdə  diri  qalan  mövcudluq  kimi  hiss 
olunabilər.  Beləliklə,  “bədəndə  yaşamaq”  bədəni  daxil- 
dən  hiss  etmək,  bədənin  daxilindəki  həyatı  hiss  etmək, 
bununla  da  xarici  formadan  kənarda  olduğunu  bilmək- 
dir. 
Ancaq bu sadəcə daxili səyahətin başlanğıcıdır, o səni 
böyük  sakitlik  və  rahatlıq  aləminin  daha  dərin  qatlarına, 
eyni  zamanda,  böyük  gücə  və  həyatın  titrəyişinə  apara- 
caq. Əvvəlcə sən ancaq sayrışan işartılar görə bilərsən, 


151 
 
ancaq  onların  vasitəsilə  anlamağa  başlayacaqsan  ki,  sənə 
yad  olan  planetdə  sadəcə  doğumla  ölüm  arasında  qısa 
ömür  yaşayan,  müvəqqəti  ləzzətlər  alan,  bunun    ardınca 
da ağrı-acılar görən və nəticədə də məhv olan mənasız bir 
parça  deyilsən.  Öz  zahiri  formanın  hüdudlarından  kənar- 
da elə bir geniş, ucu-bucağı olmayan, müqəddəs bir şeylə 
vəhdətdəsən  ki,  onu  dərk  və  sözlərlə  ifadə    etmək 
mümkün  deyil.  Amma  bununla  belə  mən  indi  onun  haq- 
qında danışıram. Mən bu barədə  ona görə danışmıram ki, 
səni  ona  inandırım,  ona  görə  danışıramki,  sən  onu  özün 
üçün kəşf və dərk edəsən. 
Nə qədər ki idrakın diqqətini məşğul edir, sən Varlıq- 
dan  təcrid  olunmusan.  Bu  olanda  (insanların  çoxunda  bu 
fasiləsiz  baş  verir)  öz  bədənində  olmursan.  İdrak  sənin 
bütün  şüurunu  zəbt  edərək,  istifadə  edəcəyi  materiala 
çevirir.  Beləliklə  düşünməyi  dayandıra  bilmirsən. 
Davamlı  sürətdə  düşünmə  ümümi  bir  xəstəlik  halına  gəl- 
mişdir.  Bu  zaman  bütün  kimlik  hissini  idrakın  fəa- 
liyyətindən  alırsan.  Kimliyiniz  varlıqla  əlaqəli  olmadı- 
ğından, onunla birləşməyinə mane olur, öz-özünü hiss et- 
məyin  zəifləyir  və  daim  emosiyalarının  əsasını    təşkil 
edən  qorxu  hissi  formalaşdıran  zehni  quruluş  halını  alır. 
Bu  halda  həyatında  yeganə  mənalı  şey  çatışmır:  daha 
dərin  mənliyin  –  sənin  görünməz  və  sarsılmaz  varlığının 
dərki. 


152 
 
Varlığın  dərk  etmək  üçün,  şüuru  idrakdan  geri  istə- 
yin,  ona  yenidən  sahib  çıxın.  Bu  sənin  mənəvi  səyahətin 
üçün  ən  mühüm  məsələlərdən  biridir.  Bu  təfəkkürünün 
faydasız  və  məcburi  zəbt  etdiyi  böyük  miqdarda  şüuru 
azad  edəcəkdir.  Bunu  etməyin  ən  səmərəli  üsulu  diqqət 
mərkəzini  düşüncədən  ayırıb  bədəninin  daxilinə  yö- 
nəltməkdir;  orada  Varlıq  əvvəlcə  fiziki  bədən  hesab 
etdiyin  şeyə  həyat  verən  gözəgörünməz  enerji    sahəsi  
kimi hiss oluna bilər. 
 
Daxili B
ədənlə Birləşmək 
 
Lütfən, bunu elə indicə et. Bu təcrübə üçün gözlərini 
bağlamağın  faydalı  ola  bilər.  Sonra  “bədəndə  qalmaq” 
təbiiləşib  asanlaşanda  buna  ehtiyac  olmayacaq.  Diqqətini 
bədəninin  daxilinə  yönəlt.  Onu  içəridən  hiss  et.  O,  can- 
lıdırmı?  Barmaqlarında,  əllərində,  ayaqlarında,  pəncələ- 
rində,  qarnında  həyat  varmı?    Bütün    bədənini    dolduran 
və  hər  bir  orqanına,  hər  bir  hüceyrənə  titrək  həyat  bəxş 
edən çox incə enerji sahəsini hiss edə bilirsənmi? Onu ey- 
ni  zamanda  bədəninin  bütün  hissələrində  vahid  enerji  sa- 
həsi kimi duya bilirsənmi? Diqqətini bir neçə saniyə daxi- 
li  bədənindən  çıxan  hissə  cəmlə.  Onun  haqqında  düşün- 
mə.  Onu  hiss  et.  Ona  nə  qədər  çox  vaxt  sərf  etsən,  bu 
duyğu  bir  o  qədər  aydın  və  güclü  olacaq.  O  elə  hiss  olu- 
nacaq  ki, sanki  bədənin  hər  bir  hüceyrəsi daha canlı  olur 


153 
 
və əgər güclü vizual qavrayışa maliksənsə, bədəninin işıq 
saçdığını  görəcəksən.  Bu  görüntünün  sənə  bir  müddət 
keçici  olaraq  kömək  etməsinə  baxmayaraq  görüntüdən 
daha  çox  duyğularına  diqqət  yetir.  Görüntü  nə  qədər  
gözəl və ya güclü olsa da, müəyyən formaya bağlıdır, ona 
görə də, daha dərinlərə dalmaq imkanın azdır. 
 

Daxili  bədənin  formasız,  sərhədsiz  və  dərinliyinə  əl- 
çatmaz  bir  hiss  verir.  Sənin  daim  onun  daha  dərinliyinə 
dalmaq imkanın var. Hiss edə bildiyin hər şeyə diqqət 
et,  bu  hətta  əllərinizdə 
və  ya 
ayaqlarınızda  yüngül  bir 
sancma da olsa . Sadəcə hissin üzərinə cəmlənin. Bədənin 
canlanır. Bir azdan bu təcrübəyə qayıdacağıq. İndisə zəh- 
mət  olmasa,  gözlərini  aç,  ancaq  otağı  gözdən  keçirdiyin 
müddətdə  diqqətinin  bir  hissəsini  bədəninin  daxili  enerji 
sahəsi  üzərində  saxla.  Daxili  bədən  sənin  forma  ilə  eyni- 
ləşmənlə əsl təbiətinin – mahiyyətinin arasındadır. Onun- 
la əlaqəni heç vaxt itirmə. 
 
B
ədən Vasitəsi ilə Transformasiya 
(Bir haldan başqa hala keçmə) 
 

Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin