Az eBook Archive



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə40/78
tarix29.12.2021
ölçüsü1,57 Mb.
#48703
1   ...   36   37   38   39   40   41   42   43   ...   78
İndiki Anın Gücü

Mövcudluq və Varlıq eyni şeydir? 
 
Sən Varlığı dərk etməyə başladığın anda, Varlıq da 
öz-özünü dərk etməyə başlayır. Mövcudluq da elə budur. 
Varlıq, şüur və həyat eyni mənanı verdiklərindən, möv- 
cudluğun  özünü  dərk  edən  şüur  və  yaxud  özünüdərkə 
gələn həyat olduğunu söyləmək olar. Ancaq sözlərə bağ- 
lanma  və  bunu  anlamağa  çalışma.  Sənin  anda  mövcud 
olmaq üçün dərk etməli olduğun heç bir şey yoxdur 
 
Sizin indi söylədikləriniz mənə aydındır, ancaq bu o demək 
deyilmi ki, mütləq üstün reallıq hələ bütövləşməyib və onun in- 
kişaf  prosesi  hələ  davam  edir?  Tanrının  şəxsi  təkamülü  üçün 
ona zaman lazımdır? 
 
Əlbəttə,  lazımdır,  ancaq  bu  məsələyə  məhdud  dünya 
nöqteyi-nəzərindən baxdıqda. Bibliyada Tanrı deyir: 
“Mən Alfa və Omeqayam, Mən yaşayan Tanrıyam”. 
Tanrının  olduğu,  yaşadığın  zamansız  aləmdə 
başlanğıc və son, 
Alfa və Omeqa Birdir, bir zamanlar var 
olan  və  olacaq  hər  şeyin  mahiyyətidir,  daim  aşkar  ol- 
mayan  birlik  və  mükəmməllikdir,  insan  idrakının  xəyal 
edə  və  qavraya  biləcəyi  şeylərin  xaricindədir.  Bununla 
belə,  dağınıq  və  rabitəsiz  görünən  formalar  dünyasında 
zamansız mükəməllik inanılmaz və anlaşılmaz bir kon- 


136 
 
sepsiyadır.  Burada  hətta  əbədi  mənbədən  gələn  işıqdan 
başqa bir şey olmayan şüur belə, gələcək inkişafa məxsus 
predmet  kimi  görünür.  Amma  mütləq  mənada  bu  belə 
deyil.  Ancaq  hər  necə  olsa  da,  icazə  ver  bu  dünyadakı 
şüurun  təkamülü  haqqında  söhbəti  davam  etdirim.  Var 
olan  hər  şey  Varlığa,  İlahi  mahiyyətə  və  müəyyən  dərə- 
cədə  şüura  malikdir.  Daşın  belə,  ibtidai  şüuru  var,  yoxsa  
o  olmaz,  onun  atom  və  molekulları  dağılardı.  Hər  şey 
canlıdır.  Yer,  Günəş,  bitkilər,  heyvanlar,  insanlar;  bütün 
bunlar  şüurun  müxtəlif  səviyyədəki  təzahürünün  mahiy- 
yətidir. Forma olaraq təzahür etmiş şüurdur. 
Şüur  ümumi  şəkil  və  formalar,  düşüncə  və  maddi 
formalar  aldığında  dünya  yaranır.  Təkcə  bizim  planetdə 
həyatın milyonlarca növ və forması var. Dənizdəki, quru- 
dakı,  havadakı  formalara  baxın,  bu  formalar  milyonlarla 
dəfə  kopyalanmış,  çoxalmışdır.  Bu  nə  üçündür?  Bəlkə, 
kimsə oyun oynayır, forma oyunu?  Qədim hind kahinləri 
özlərinə məhz bu sualı veriblər. Onlar dünyanı Lilu
5
, Tan- 
rının oynadığı ilahi bir  oyun kimi görüblər. tamamilə ay- 
dındır ki, vahid-tək həyat formaları bu oyunda çox böyük 
məna daşıya bilməz. Dənizdə, bir çox varlıqlar (həyat for- 
maları)  dünyaya  gəldikdən  sonra  ancaq  bir  neçə  dəqiqə 
həyatda  qala  bilir.  İnsan  bədəni  də  öldükdən  sonra  çox  
tez bir zamanda toza çevrilir, və sanki heç vaxt belə adam 
 

Lilu (ing. Leeloo) 
— uydurma personaj, Beşinci element fantastik filminin baş 
qadın qəhrəmanı. 


137 
 
olmayıb.  Bu,  faciəvi  və  qəddarcadırmı?  Bəli,  ancaq  bir 
şərtlə  ki,  hər  bir  növ  üçün  ayrıca  kimlik  yaratmayasan 
yoxsa  şüurun  özünü  bu  formada  ifadə  edən  İlahi  mahiy- 
yət  olduğunu  anlamayacaqsan.  Lakin  nə  qədər  ki  saf  şü- 
urdan  ibarət  olan  öz  ilahi  mahiyyətini  anlamırsan,  buna 
nail ola bilməzsən. 
Əgər  sənin  akvariumunda  bir  körpə  balıq  dünyaya 
gələrsə, sən ona Con adını verərsənsə, ona doğum haq- 
qında sənəd alarsansa, ona öz ailəsi haqqında danışarsan- 
sa, ancaq bir dəqiqədən sonra onu akvariumun başqa bir 
sakini yeyərsə, bu artıq faciədir. Bu ona görə belə görü- 
nür ki, sən balaca balığa xəyalən öz mənliyin vasitəsi ilə 
ayrıca bir mahiyyət vermisən, ancaq əslində o belə deyil. 
Sən dinamik prosesin, molekulyar rəqsin bir hissəsindən 
yapışaraq, onu öz təxəyyülündə xüsusi bir varlığa çevir- 
misən. 
Şüur  aldadıcı  zahir  qılığına  bürünərək,  müxtəlif  for- 
malara  düşür  və  bu  formalar  o  dərəcədə  mürəkkəbləşir- 
lər  ki,  şüur  özü  karıxıb  qalır.  Müasir  insanların  şüuru 
tamamilə  onların  zahiri  görünüşü  ilə  eyniləşib.  O  özünü 
yalnız forma şəklində görür və ona görə də, daim  öz fizi- 
ki  və  ya  psixoloji  formasının  məhv  olacağından  qorxur. 
Eqoist  idrak  da  elə  budur  və  həyatın  mahiyyətinin  ciddi 
təhrifi  də  məhz  buradadır.  Hər  şey  elə  görünür  ki,  sanki 
təkamül  prosesi  dalana  dirənib  və  lazım  olmayan  yerə 
hərəkət edir. Hətta bu da İlahi oyunun bir hissəsidir.  Ən 


138 
 
nəhayət, bu disfunksiyanın yaratdığı iztirab yükü şüuru 
formadan ayrılmağa itələyir, onu forma yuxusundan ayıl- 
dır: şüur özünüdərkə qayıdır və bu zaman itirildiyi dövrə 
nisbətdə qat-qat daha dərin olur. 
İsa  bu  prosesi  atasının  evini  tərk  edən,  var-dövlətini 
dağıdan,  dilənci  vəziyyətinə  düşən  və  axırda  iztirab  için- 
də evə qayıdan fərsiz oğul hekayəsində təsvir edir. O, ev- 
lərinin  kandarında  peyda  olanda,  atası  onu  əvvəlkindən 
daha  böyük  sevgi  ilə  qarşılayır.  Oğul  yenə  əvvəlki  halın- 
dadır, ancaq  eyni  zamanda  əvvəl kimi deyil. O yeni  key- 
fiyyət  qazanıb  –  dərinlik.  Hekayə  şüursuz  mükəmməlik- 
dən  şüurlu  mükəməlliyə  doğru  qüsurlu  və  “pis”  yolla 
edilən səyahətdən bəhs edir. 
Öz idrakının izləyicisi olmaqda hansı daimi  əhəmiy- 
yətin və dərin mənanın olduğu indi sənə aydındırmı? Sən 
onu  müşahidə  edəndə  şüurunu  fikir  formalarından  təcrid 
edirsən  və  o  bizim  dediyimiz  kimi,  izləyici,  ya  da  şahid 
olur.  Bunun  nəticəsində  izləyici,  yəni  forma  xaricindəki 
təmiz şüur güclənir, zehni proseslər isə zəifləyir. Biz idra- 
kın  müşahidə  olunmasından  danışanda,  həqiqətən  kos- 
mik  önəmi  olan  hadisəni  şəxsiləşdiririk:  şüur  oyanır,  for- 
ma  ilə  eyniləşmə  illüziyasından  azad  olur  və  ondan  ayrı- 
lır. Xronoloji zaman kateqoriyasından çıxış etsək, bu uzaq 
gələcəkdə  baş  verə  biləcəyi  ehtimal  olunan  hadisənin 
müjdəçisidir ancaq eyni zamanda onun  bir parçasıdır. Bu 
hadisə "dünyanın sonu" adlanır. 


139 
 

Şüur özünü fiziki və xəyali formalarla eyniləşdirməyi 
dayandıranda,  bizim  saf  və  işıqlı  şüur  dediyimiz  şüur,  ya 
da  mövcudluq  olur.  Bu  artıq  bəzi  fərdlərdə  baş  verib  və 
görünür,  tezliklə  labüd  olaraq  daha  iri  miqyaslarda  baş 
verməlidir,  ancaq  dəqiq  olacağına,  hər  halda,  mütləq  tə- 
minat  yoxdur.  Bəşəriyyətin  böyük  hissəsi  hələ  ki  eqoist 
tərzdə fəaliyyət göstərən şüurun məngənəsində sıxılır: in- 
sanlar özlərini idrakları ilə eyniləşdirir və ona həyatlarına 
nəzarət  etmək imkanı verirlər. Əgər onlar öz ağıllarından 
vaxtında azad ola bilməsələr, o  sadəcə onları toza döndə- 
rib məhv edəcək. Onlar getdikcə artan təlaş, konfliktlərin 
dərinləşməsini,  əhali  artımı  hiss  edəcək,  xəstəliklərdən 
əzab  çəkəcək,  çıxılmaz  vəziyyətə  düşəcək,  ümidsizliyə 
düçar və dəli olacaqlar. Eqoist şüur batmaqda olan gəmi- 
yə  bənzəməyə  başlayıb.  Əgər  onu  tərk  etməsən,  onunla 
birlikdə  suyun  dibinə  gedəcəksən.  Kollektiv  eqoist  şüur 
planetimizdə kök atmış təhlükəli və dağıdıcı şeydir. Əgər 
insan  şüuru  olduğu  kimi  qalsa,  səncə,  planetimizin  axırı 
necə olacaq? 
Artıq insanların çoxunun öz idraklarından qurtulub 
nəfəslərini dərə biləcəkləri, qayıda biləcəkləri yeganə yer 
düşüncələrindən  aşağıdakı  şüur  səviyyəsidir.  Bu,  gecə 
yatan  zaman  hər  bir insanda  olur. Lakin  müyyən  dərə- 
cədə sekslə məşğul olarkən, alkoqolun və əqli aktivliyi 
məhdudlaşdıran digər narkotik vasitələrin təsiri ilə də 


140 
 
baş  verə  bilir.  Əgər  alkoqoldan,  sakitləşdirici  dərmanlar- 
dan  və  qadağan  olunmuş  narkotik  maddələrdən  geniş 
istifadə  olunmasaydı,  insan  idrakının  dəliliyi  indikindən 
qat-qat  parlaq  və  aşkar  olardı.  Mənə  elə  gəlir  ki,  bu  vasi- 
tələrdən  məhrum  olan  əhalinin  böyük  hissəsi  həm  özü, 
həm də ətrafdakılar üçün təhlükəli olacaq. Narkotik mad- 
dələr  onları  bataqlıqda  saxlayaraq  fəaliyyətlərinə  mane 
olur.  Bu  maddələr  ancaq  faydasız  köhnə  zehni  strukturu 
dağıtmaqdan  və  yüksək  şüurun  yaranma  prosesini  lən- 
gitməkdən ibarətdir. 
Bununla belə ayrı-ayrı şəxslər bu vasitələrin köməyi- 
lə  idraklarının  onlara  verdiyi  əzablardan  bir  qədər  qurtu- 
la  bilirlər.  Ancaq  elə  həmin  vasitələr  də  təfəkkürlərinin 
üzərinə qalxıb, bu yolla həqiqi azadlıq əldə etmələri üçün 
zəruri olan şüurlu mövcudluğu yaşamalarına mane olur. 
Şüurun  ulu  əcdadlarımızın,  eyni  zamanda,  bitkilərin 
və heyvanların təfəkkürünə bərabər daha aşağı səviyyəsi- 
nə  düşmək  bizim  üçün  seçim  predmeti  deyil.  Geriyə  yol 
yoxdur. Əgər insan irqi varlığını davam etdirəcəksə, növ- 
bəti  bir  mərhələyə  keçməlidir.  Milyonlarca  müxtəlif  for- 
mada  təzahür  edən  şüur  bütün  kainatda  təkamül  edir. 
Beləliklə,  biz  bunu  etməsək  belə,  kosmik  miqyasda  bu- 
nun  heç  bir  əhəmiyyəti  olmayacaq.  Şüurun  inkişafı  heç 
vaxt  dayanmayacaq,  o  daim  böyüyəcək  və  özünü  başqa 
cür  ifadə  edəcəkdir.  Lakin  mən  burada  dediyim,  sənin 
məni dinləməyin və ya bu sətirləri oxumağının özü açıq 


141 
 
şəkildə göstərir ki, planetimizdə yeni şüur artıq ayaq açıb 
yeriməkdədir. 
Bunda  şəxsi  heç  nə  yoxdur:  mən  sənə  bir  şey  öyrət- 
mirəm.  Sən  elə  şüurun  özüsən  və  öz-özünü  dinləyirsən. 
Belə  bir  şərq  kəlamı  var:  “Təlimi  müəllim  və  şagird  bir- 
likdə yaradır”. 
Sözlər istənilən halda öz-özlüyündə xüsusi bir rol oy- 
namırlar.  Sözlər  həqiqəti  əks  etdirmir,  onlar  sadəcə  onu 
göstərir.  Mən  sənə  mövcudluq  durumunda  müraciət  edi- 
rəm, səndə mənə qoşula və bu duruma daxil ola bilərsən. 
İstifadə  etdiyim hər sözün  bir keçmişə sahib  olmasına və 
keçmişdən  gəlməsinə  baxmayaraq,  indi  dediyim  sözlər, 
adi  sözlər  kimi  daşıdıqları  anlamdan  tamamilə    ayrı 
olaraq,  mövcudluğun  yüksək-enerji  tezliyini  özündə  əks 
etdirirlər. 
Sükut  mövcudluğun  daha  güclü  daşıyıcıdır,  ona  görə 
də,  bu  sətirləri  oxuyarkən  və  ya  mənim  sözlərimi  dinlə- 
yərkən, sözlərin arasında əriyən, onların altında yatan sa- 
kitliyi hiss etməyə çalış. Aralıqlara və boşluqlara münasi- 
bətdə  şüurlu  ol.  Harada  olursan-ol,  sakitliyi  dinlə,  çünki 
bu  mövcudluq  halına  ən  sadə  və  qısa  yoldur.  Səs-küy  və 
gurultu  olsa  belə,  daima  onların  altında  və  arasında  bir 
səssizlik var. Səssizliyi dinləmək dərhal daxili sakitlik ya- 
radır.  Yalnız  içindəki  sakitlik  ərtafdakı  səssizliyi  qavra- 
mağa qadirdir. Bəs sakitlik özü nədir: mövcudluğun  özü, 


142 
 
ya da fikir formalarından azad şüur deyilmi? Bu 
haqqında danışdığımız şeyin canlı realizasiyasıdır. 
 
MƏSİH 
S
ənin İlahi Mövcudluğunun Reallığı 
 
Heç  bir  sözə  bağlanma.  “Mövcudluq”  sözünü 
“Məsih”  sözüylə  əvəzləyə  bilərsən,  əlbəttə,  o  daha 
mənalıdırsa.  Məsih  sənin  İlahi  mahiyyətin,  yaxud  Şərqdə 
hərdən  deyildiyi  kimi,  həqiqi  mənliyindir.  Məsih-lə 
mövcudluq  arasında  yeganə  fərq  odur  ki,  Məsih  səndə 
daim var  olan (bunu dərk edib-etməməyindən asılı olma- 
yaraq) ilahiliyi idarə etdiyi halda, mövcudluq sənin oyan- 
mış ilahiliyini və ya İlahi mahiyyətini təcəssüm etdirir. 
Sən Məsihdə heç bir keçmişin və gələcəyin olmadığı- 
nı  anladıqda  Onun  haqqında  bir  çox yanlışlıqların aradan 
qalxacaq. Məsih olub və ya olacaq fikrini söyləməkdə ter- 
minoloji ziddiyyət təşkil edir. İsa olub. O, iki min il əvvəl 
yaşamış və ilahi mövcudluğun, öz həqiqi təbiətinin təcəs- 
sümü  olmuş  bir  insandır.  Ona  görə  də  deyib:  “İbrahim- 
dən qabaq Mən vardım”. 
O  “Mən  İbrahim  doğulmamışdan  əvvəl  yaşayırdım” 
deməyib. 
Bu  o  mənaya  gələ  bilər  ki,  o  özünü  zaman  və  forma 
ilə eyniləşdirir və nizamda (ölçüdə) mövcud olmaqda da- 
vam edir. Keçmiş zamanda başlayan cümlədə işlənən mən 


143 
 

Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin