Az eBook Archive



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə37/78
tarix29.12.2021
ölçüsü1,57 Mb.
#48703
1   ...   33   34   35   36   37   38   39   40   ...   78
İndiki Anın Gücü

Xarici  məqsədimizə  çatıb-çatmamağımız,  uğur  qazanıb- 
qazanmamağımızın hər hansı önəmi varmı ? 
 
Nə  qədər  ki  daxili  məqsədinizi  dərk  etməmisiniz,  bu 
sizin  üçün  əhəmiyyətli  olacaq.  Dərk  etdikdən  sonra  isə, 
xarici  məqsəd  sırf  ondan  zövq  almağınız  üçün  oyna-  
mağa davam edəcəyiniz bir oyun olacaq. Xarici  məqsədi- 
nizdə  uğur  qazanmadan  da,  daxili  məqsədi  həyata  keçir- 
məklə uğura nail olmaq mümkündür. Yaxud bunun  əksi 


124 
 
də mümkündür ki, əslində buna sıx-sıx rast gəlinir: xarici 
zənginlik və daxili yoxsulluq, ya da İsanın dedyi kimi, “ 
dünyanı qazanıb, ruhunu itirmək”.  Nəticə etibarilə, hər 
cür  xarici  məqsəd  gec-tez  “uğursuzluğa”  düçar  olacaq, 
çünki o hər şeyin “müvəqqəti” olduğu qanununa tabedir. 
Xarici məqsədinin sənə davamlı məmnunluq verməyəcə- 
yini nə qədər tez dərk etsən, bir o qədər yaxşıdır. Xarici 
məqsədinin  məhdud  olduğunu  görəndə,  səni  xoşbəxt 
etməli  olan  qeyri-real  ümidlərindən  əl  çəkəcək,  eyni 
zamanda onu daxili məqsədinə tabe edəcəksən. 
 
Keçmiş Mövcüd Olduğun Anda 
Sağ Qala Bilməz 
 
Siz qeyd etdiniz ki, keçmiş haqqında lazımsız düşünmək və 
ya  danışmaq  İndiki  andan  qaçmaq  yollarından  biridir.  Lakin 
xatırladığımız  və  bəlkə  də,  özümüzü  eyniləşdirdiyimiz  keçmiş- 
dən  başqa,  içimizin  daha  dərin  qatda  ayrı  bir  keçmiş  yoxdur- 
mu?  Mən  bizim  həyatımızı  şərtləndirən  şüursuz  keçmişdən, 
xüsusilə də, erkən uşaqlıqda qazandığımız təcrübədən, hətta ola 
bilsin  ki,  axirətdəki  duyğulardan  söz  edirəm.  Bundan  başqa, 
hansı  coğrafiyada  və  dövrdə  yaşadığımızdan  qaynaqlanan  so- 
sial-mədəni  göstəricilərimiz  də  var  axı.  Bütün  bunlar  bizim 
dünyanı  necə  gördüyümüzü,  ona  necə  reaksiya  verdiyimizi,  nə 
haqda  düşündüyümüzü,  hansı  münasibətlərimizin  olduğunu, 
yəni həyatımızı necə yaşadığımızı müəyyən edir. Bütün bunla- 


125 
 
ra biz necə şüurlu münasibət göstərə, yaxud onlardan yaxamızı 
qurtara  bilərik?  Bütün  bunlar  bizdə  alınsa  belə,  yerdə  nə 
qalacaq? 
 
İllüziya yox olanda yerdə nə qalır? 
 
Hazırkı  məqamda  fikir,  emosiya,  arzu,  reaksiya,  ya  
da  başına  gələn  bir  hadisə  kimi  meydana  çıxan  durumlar 
istisna  olunmaqla,  içindəki  şüursuz  keçmişi  araşdırmağa 
ehtiyac  yoxdur.  İçindəki  şüursuz  keçmişin  haqqında  bil- 
mək  istədiyin  hər  şeyi  indiki  anın  çətinlikləri,  mübarizə- 
ləri  ortaya  çıxarır.  Əgər  keçmişdə  qurdalansan,  o,  dibsiz 
quyuya  çevriləcək,  qurdaladıqca  dərinləşəcək.  Keçmişi 
dərk  etmək  və  ya  ondan  qurtulmaq  üçün  sənə  bir  az  da 
vaxt  lazım  olduğunu  düşünürsənsə,  başqa  sözlə,  gələcə- 
yin  səni  bir  gün  keçmişindən  qoparacağını  fikirləşir- 
sənsə,  yanılırsan.  Səni  keçmişdən  yalnız  indi  xilas  edə 
bilər.  Daha  çox  zaman  heç  vaxt  səni  zamandan  azad  et- 
məyəcək. 
İndiki anın gücünə yiyələn. Açar budur. 
 
İndiki anın gücü nə deməkdir? 
 
O sənin mövcudluğunun gücündən, yəni şüurunun 
fikir formalarından azad olmasından başqa bir şey deyil. 
Odur ki, keçmişə indiki andan müraciət et. Keçmişə 
nə qədər çox diqqət yetirirsənsə, onu daha çox qida- 


126 
 
landırır,  ondan  bir  "mən"  yaratma  ehtimalın  artır.  Bunu 
yanlış  anlama:  diqqət  əsasdır,  ancaq  artıq  geridə  qalan 
keçmiş  üçün  yox.  Bütün  diqqətini  indiyə  ver;  diqqətini 
indiki  anda  ortaya  çıxan  davranışına,  reaksiyalarına,  ov- 
qatına, fikirlərinə, emosiyalarına, qorxu  və  arzularına yö- 
nəlt.  Keçmiş  sənin  içindədir.  Əgər  bütün  bunları  tənqidi 
və  ya  analitik  baxımdan,  mühakimə  etmədən  izləyəcək 
dərəcədə  orada  mövcud  ola  bilsən,  o  zaman  keçmişin 
öhdəsindən  gələcək  və  onu  mövcudluğunun  gücüylə  ara- 
dan  qaldıracaqsan.  Sən  keçmişə  gedib,  orada  özünü  tapa 
bilmərsən. Sən özünü indiyə daxil olaraq tapa bilərsən. 
 
Məgər  keçmişi  xatırlamaq,  bununla  müəyyən  şeyləri  niyə 
etdiyimizi,  niyə  müəyyən  formada  reaksiya  verdiyimizi,  yaxud 
niyə  şüursuz  olaraq  xüsusi  dramlar,  stereotiplər,  münasibət 
modelləri və s. yaratdığımızı anlamaq faydalı deyilmi? 
 
İndiki  reallığına  daha  şüurlu  yanaşanda,  gözlənilmə- 
dən  şeylərin  daxili  mahiyyətini  görmək  qabiliyyətinə  yi- 
yələnə  bilərsən,  misal  üçün,niyə  şərti  məqsədlərinin  səni 
tamamilə başqa cür hərəkət etməyə məcbur etdiyini, niyə 
münasibətlərinin  bəlli  ssenari  üzrə  qurulduğunu  görər,  o 
cümlədən,  keçmişdə  baş  verənləri  xatırlaya  və  tutuşdura, 
ya  da  onları  daha  aydın  görə  bilərsən.  Bütün  bunlar,  əl- 
bəttə,  çox  yaxşıdır,  bəlkə  də,  faydalıdır,  lakin  mahiyyətə 
zərrə qədər yaxınlaşdırmır. Mahiyyət isə sənin şüurlu 


127 
 
mövcudluğundur.  Keçmişi  aradan  qaldıran  məhz  odur. 
O dəyişdirici amildir. Keçmişi anlamağa çalışma, ancaq 
bacardığın  qədər  mövcud  ol.  O  yalnız  sən  olmayanda 
yaşaya bilər. 


128 
 

fəsil 

Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin