Az eBook Archive



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə35/78
tarix29.12.2021
ölçüsü1,57 Mb.
#48703
1   ...   31   32   33   34   35   36   37   38   ...   78
İndiki Anın Gücü

Bu da normaldır. 
 
Məgər sən şüursuz olma, əzab çəkmə haqqını müda- 
fiə edirsən? Narahat olma: onları heç kəs sənin əlindən 
alası deyil. Ancaq bir gün hansısa yeməyin ürəyini bulan- 
dırdığını görsən, onu yeməyə davam edərsənmi? Ürəyini 
bulandıran  şeyin  normal  olduğunu  deyib,  dediyinin 
üstündə durarsanmı? 
 
Harada Olursan-Ol, 
amma Bütöv Ol 
 
Adi şüursuzluğa dair daha bir neçə misal gətirə bilərsiniz? 


114 
 
Bir şeyi (ürəyində və ya ucadan) hiss edə bilirsənmi? 
Şikayətlənmək  hər  zaman  olanı  qəbul  etməmək  demək- 
dir.  Bu  mütləq  özündə  daima  şüursuz  neqativ  yük  daşı- 
yır. Şikayətləndiyin zaman sən özünü qurbana çevirirsən. 
Açıqca,  çəkinmədən  danışanda  isə  güc  qazanırsan.  Odur 
ki,  əgər  vacibdirsə  və  mümkündürsə,  hərəkətə  keçərək 
açıq  danışaraq  şəraiti  dəyişin;  ya  şəraitdən  çıxın  və    ya 
onu qəbul edin. Qalan hər şey dəlilikdir. 
Adi  şüursuzluq  hər  zaman  hər  necə  olursa-olsun,  in- 
diki  anın  inkar  etməklə  bağlıdır.  “İndi”  anlayışında,  təbii 
ki, “Burada” anlayışı da vardır. Məgər sən burada və indi 
öz-özünə  müqavimət  göstərirsən?  Elə  adamlar  var  ki, 
burda  olmaq  əvəzinə  haradasa  başqa  bir  yerdə  olmağa 
həvəslə  razılaşarlar.  Onların  “bura”  anlayışı  heç  vaxt  ki- 
fayət  qədər  yaxşı  olmur.  Özünü  müşahidə  etsən,  bunun 
sənin  həyatında  da  baş  verib-vermədiyini  aydınlaşdıra 
bilərsən.  Harada  olursan-ol,  amma  tam  olaraq  orda  ol. 
Əgər  indi  burada  olmaq  sənin  üçün    dözülməzdirsə    və 
sən  bundan  özünü  bədbəxt  hiss  edəcək  dərəcədə  narazı- 
sansa,  onda  sənin  üç  variantın  var:  bu  situasiyadan  çıx- 
maq,  onu  tamamilə  dəyişmək  və  ya  qəbul  etmək.  Əgər 
həyatına  görə  məsuliyyəti  öz  üzərinə  götürmək  istəyir- 
sənsə, bu üç yoldan birini seçməlisən və bunu indi etmə- 
lisən. Sonra isə nəticəni qəbul etməlisən. Sözsüz. Heç bir 
bəhanə  yaratmadan.  Psixi  çirklənmə  olmadan.  Öz  daxili 
aləmini təmiz saxla. 


115 
 
Hər hansı fəaliyyətə başlayanda (öz həyat situasiyan- 
dan çıxanda, yaxud onu dəyişəndə), əgər mümkündürsə, 
əvvəlcə  neqativi  burax.  Nəyin  tələb  olunduğu,  vacib- 
liyiylə  bağlı  intuisiyadan  doğan  hərəkətlər,  neqativdən 
doğan hərəkətlərdən qat-qat effektlidir. 
İstənilən  hərəkət  çox  zaman  hərəkətsizlikdən  daha 
çox  faydalıdır,  xüsusilə  də,  əgər  uzun  müddət  xoşa- 
gəlməz  situasiyada  batıb  qalmısansa.  Əgər  bu  hərəkət 
səhv olsa, ən azından nəsə öyrənmiş olacaqsan və onu bir 
daha  təkrarlamayacaqsan.  Əgər  eləcə  ondan  yapışıb 
qalsan,  heç  bir  şey  öyrənə  bilməyəcəksən.  Ola  bilər  ki, 
qorxu  sənə  hərəkət  etməyə  mane  olsun.  Qorxunu    qəbul 
et,  onu  izlə,  onda  tam  mövcud  ol.  Bu  sənin  qorxunla 
təfəkkürün  arasında  rabitəni  qırır.  Qorxunun  idrakında 
yüksəlməsinə imkan  vermə. İndinin gücündən  istifadə  et. 
Qorxu onun qarşısında dayana bilməz. 
Əgər  “buranı  və  indini”  dəyişmək  üçün  həqiqətən  
heç  nə  edə  bilmirsənsə,  özünü  bu  vəziyyətdən  çıxara  bil- 
mirsənsə,  onda  daxili  müqaviməti  burax  və  “buranı  və 
indini”  qəbul  et.  Onda  özünü  vecsiz,  incik  və  ya  qəmgin 
hiss etməyi xoşlayan saxta, narazı mənin yaşaya bilməyə- 
cək.  Bu,  təslimiyyət  adlanır.  Təslim  olmaq  zəiflik  deyil. 
Onun  nəhəng  gücü  var.  Yalnız  təslim  olanların  mənəvi 
gücü  olur.  Təslim  olmaqla  daxilən  situasiyadan  azad 
olursan. Elə ki təslim oldun vəziyyətinin heç bir 


116 
 
səy göstərilmədən öz-özünə dəyişdiyini görəcəksən. Sən 
istənilən halda azadsan. 
Ya da ola bilər ki, “etməli” olduğun amma etmədiyin 
bir  şey  var.  Onda  sadəcə  qalx  və  onu  elə  indicə  et.  Əks 
halda,  fəaliyyətsizliyini,  tənbəlliyini,  yaxud  passivliyini 
elə  həmin  andaca  qəbul  et,  təbii  ki,  əgər  seçimin  belə- 
dirsə.  Özünü  bütövlükdə  buna  həsr  elə.  Ondan  zövq  al.  
Nə qədər bacarırsan tənbəl və fəaliyyətsiz ol. Əgər bu ha- 
la  şüurlu  şəkildə  daxil  olursansa,  tezliklə  ondan  çıxacaq- 
san.  Amma  çıxmaya  da  bilərsən.  Ancaq  istənilən  halda 
onda daxili qarşıdurma, müqavimət, neqativ  olmayacaq. 
Nə  olub,  stress  hiss  edirsən?  Gələcəyə  nail  olmaq 
üçün  o  qədər  çalışmısan  ki,  indiki  anı  ona  çatmaq  yolu- 
nun  ölçüsü  qədərində  kiçiltmisən?  Bax  görürsən,  sənin 
stressin  “burada”  ola-ola,  “orada”  olmaq  istəyindən  do- 
ğur, yaxud indidə  olduğun  halda, gələcəkdə olmağı arzu- 
layırsan.  Bu  səni  daxildən  didik-didik  edən  parçalanma- 
dır.  Bu  cür  daxili  parçalanma  yaradıb,  onunla  yaşamaq 
tam  dəlilikdir.  Başqalarının  da  məhz  belə  etdiyini  anla- 
maq  zərrə qədər ağıllı olmağına dəlalət etmir. Əgər bunu 
etmək  məcburiyyətində,  özünü  gələcəyə  proyeksiya 
etmədən  və  indiyə  müqavimət  göstərmədən  daha,  sürətli 
hərəkət  edər,  işləyər,  hətta  qaça  bilərsən.  Əgər  hərəkət 
edir,  işləyir  və  ya  qaçırsansa,  bunu  ürəkdən  et.  Həmin 
anın  enerji  axınından,  güclü  enerjisindən  həzz  al.  Belə 
stress keçirmirsən, özünü iki yerə bölmürsən. 


117 
 
Sadəcə  hərəkət  edir,  işləyir,  qaçırsan  və  bundan  ləzzət 
alırsan.  Sən  hələ  hər  şeyi  kənara  atıb,  parkdakı  skam- 
yanın  üzərinə  uzanada  bilərsən.  Ancaq  bunu  edərkən 
ağlını izlə.  O sənə deyə bilər: “Sən işləməlisən. Boş yerə 
vaxt  itirirsən.”  Sən  sadəcə  idrakını  müşahidə  et.  Ona 
gülümsə. 
Keçmiş  diqqətinin  böyük  hissəsini  özünə  çəkirmi? 
Keçmiş  haqqında  tez-tez  danışır,  yaxud  düşünürsənmi? 
Yaxşı  və  ya  pis  olmasının  fərqi  yoxdur.  Əldə  etdiyin 
böyük  naliyyətlər,  öz  macəraların  və  ya  duyğuların 
haqqında...  Ya  qurban  verildiyin  hadisələr,  sənə  edilən 
dəhşətli  pisliklər,  ya  da  ola  bilər  ki,  özünün  başqalarına 
etdiyin  zülmlər  haqqında  düşünürsən.  Bu  zaman  dü- 
şüncən  günahkarlıq  duyğusu,  qürur,  hiddət,  kin,  qəzəb, 
təəssüf,  yaxud  özünü  alçaltma  hissləri  yaradırmı?  Əgər 
yaradırsa,  sən  təkcə  saxta  mənliyini  gücləndirib,  möh- 
kəmləndirmirsən,  həm  də  keçmişi  öz  psixikana  toplaya- 
raq,  qocalmaqda  bədəninə  kömək  edirsən.  Bunu  özündə 
yoxla bilərsən, keçmişi ilə yaşayanları müşahidə et. 
Keçmişi hər an geridə burax. O sənə lazım deyil. Ona 
yalnız  indini  mütləq  şəkildə    maraqlandıranda    müraciət 
et.  İndinin  gücünü  və  Varlığın  bölünməzliyini  hiss  et. 
Mövcudluğunu hiss et. 


118 
 

Həyəcanlısan?  Səndə  çoxlu  “əgər  filan  şey  olarsa...” 
fikirləri var? Bu o deməkdir ki, gələcəkdəki xəyali situasi- 
yada  ola-ola  səni  müdafiə  edən  ağlınla  özünü  eyniləşdi- 
rirsən  və  bu  qorxu  yaradır.  Bu  situasiyanın  öhdəsindən 
gəlmək  mümkün  deyil,  çünki  o  sadəcə  mövcud  deyil.  O, 
zehni  təxəyyüldür.  Sən  sadəcə  indiki  anı  təsdiq  etməklə 
sağlamlığına  ziyan  vuran  və  həyatın  özünü  dağıdan  bu 
dəliliyi  dayandıra  bilərsən.  Nəfəs  alıb-verərkən şüurlu  ol. 
Bədəninə  daxil  olan  və  ondan  çıxan  havanı  hiss  et.  Öz 
daxili  enerji  sahəni  hiss  et.  Nəylə  qarşılaşırsansa,  real 
həyatda nəyin  öhdəsindən  gəlmək lazımdırsa, yəni  xəyali 
zehni  proyeksiyalarla  nə  üst-üstə  düşmürsə,  nə  ona 
ziddirsə,  bu  indiki  andır.  Özündən  keçən  il,  sabah,  beş 
dəqiqə  qabaq  yox,  indi  hansı  problemlərin  olduğunu  so- 
ruş.  İndiki  anda  nə  qaydasında  deyil?  İndiki  anın  öhdə- 
sindən  hər  zaman  gələ  biləcəyini,  gələcəyin  öhdəsindən 
isə heç vaxt gələ bilməyəcəyini anla. Nə əvvəl, nə də son- 
ra,  ancaq  ona  ehtiyacınız  olduğu  anda  cavab,  güc,  düz- 
gün yol və ya mənbə ortaya çıxacaqdır. 
“Bir  gün,  bunu  edəcəyəm”.  Yəni  gələcək  məqsədin 
diqqətini  bu  qədər  çox  yayındırır  ki,  indiki  anı  heçə 
sayırsan? O sənin məşğul olduğun şeydən sevinc duyma- 
na  mane  olur?  Bəlkə,  yaşamağa  başlamaq  üçün  nəsə 
gözləyirsən?  Əgər  belə  bir  zehni  model  yaradarsansa, 
nəyə nail olmağın və nəyi əldə eməyinin heç bir əhmiy- 


119 
 
yəti yoxdur, indiki  an  heç  vaxt  yaxşı olmayacaq, gələcək 
həmişə  daha  yaxşı  görünəcək.  Bu  daimi  doyumsuzluq 
üçün universal bir reseptidir. Bəyəm razı deyilsən? 
 
Gözləməyi  adət  halına  salıbsınızmı?  Ömrünün  nə 
qədər hissəsini gözləməklə keçirirsən? Mənim “kiçik miq- 
yaslı  gözləmə”  adlandırdığım  şey  poçtda  növbədə,  avto- 
mobil tıxacında, hava limanında gözləmək həmçinin biri- 
nin gəlməsini və ya hər hansı bir işin qurtarmasını gözlə- 
məkdir.  “İri  miqyaslı  gözləmə”  isə  növbəti  məzuniyyəti, 
daha  yaxşı  işi,  uşaqların  nə  zaman  böyüyəcəyini,  uğurun 
nə  vaxt  olacağını,  nə  vaxt  pul  qazana  biləcəyini,  nə  za- 
man  əhəmiyyətli  olacağını,  aydınlanmağı  gözləməkdir. 
İnsanlar  bütün  ömürlərini  nəyinsə  başlamasını  gözləmək- 
lə keçirirlər. 
Gözləmək  –  idrakın  halıdır.  O  əsas  etibarilə  gələcəyi 
istəməyin  deməkdir.  Sən  indini  istəmirsən.  Sən  sənin 
olanı  istəmirsən,  sənin  olmayanı  istəyirsən.  Necəliyindən 
asılı  olmayaraq,  gözləmə  vəziyyətindəsənsə,  şüursuz 
olaraq  “bura”  ilə  “indi”  arasında  daxili  qarşıdurma 
yaradırsan,  yəni  indi  olmaq  istəmədiyin  yer  ilə  olmaq 
istədiyin  proyeksiya  olunmuş  gələcək  arasında.  Bu 
həyatının  keyfiyyətini  son  dərəcə  aşağı  salır,  səni  indini 
itirməyə məcbur edir. 
Öz  həyat  şəraitini  yaxşılaşdırmaq  istəyində  düzgün 
olmayan heç nə yoxdur. Sən həyat şəraitini yaxşılaşdıra 


120 
 
bilərsən,  ancaq  həyatını  yaxşılaşdıra  bilməzsən.  Əsas  hə- 
yatdır.  Həyat  ən  dərin  daxili  Varlığındır.  Həyat    bütöv, 
tam  və  mükəmməldir.  Sənin  həyat  şəraitin  ayrı-ayrı 
hallardan  və  hissiyyatlardan  ibarətdir.  Hədəflər  müəy- 
yənləşdirib,  onlara  çatmağa  can  atmaqda  düzgün  olma- 
yan  heç  nə  yoxdur.  Yanlış  ondadır  ki,  sən  bunu,  Varlığı 
hiss  etməklə  dəyişik  salırsan.  Ona  çatmağın  yeganə  yolu 
İndiki  andır.  Ondan  ayrı  olanda  binanın  özülünə  əhə- 
miyyət  verməyən,  ancaq  yuxarı  hissəsinə  çox  böyük  diq- 
qət ayıran memara bənzəyirsən. 
Məsələn,  insanların  çoxu  rifah  istəyir.  Ancaq  rifah 
gələcəklə  gələ  bilməz.  Sən  indiki  real  həyatını  (hazırda 
kim,  harada  olmağından,  nə  ilə  məşğul  olmağından  asılı 
olmayaraq)  qiymətləndirib,  olanları  bütövlükdə  qəbul 
edəndə,  malik  olduqlarına,  var  olana,  Varlığın  özünə 
minnətdar  olursan.  Həqiqi  rifah  indiki  ana  və  indiki 

Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin