Neqativlikdən necə azad olaq, bunun üçün nə təklif edir-
siniz?
110
Onu əlini yandıran qaynar kömürü atan kimi atırsan.
Çiynində daşımağa çətinlik çəkdiyin ağır yük kimi atır-
san. Daha ağrıdan əzab çəkmək və bu yükü daşımaq istə-
mədiyini etiraf edirsən və onu sadəcə buraxırsan.
Mövcud fiziki ağrı və ya daha dərin ağrı (məsələn,
yaxın adamın itkisi) üçün xaraterik olan dərin şüursuzluq
adətən öz çevrilməsini sənin mövcudluq durumunun işı-
ğıyla birlikdə (yəni ən diqqətli halında) qəbul olunaraq
baş verməsinə, ehtiyac duyur. Digər yandan, adi
şüursuzluğun bir çox modellərini istəmədiyini, lazım
olmadıqlarını, bir seçimə sahib olduğunu və avtomatik
davranış qurğusu olmadığını dərk etməyə başladığın
anda ata bilərsən. Sənin İndiki anın gücünə yol tapmaq
qabiliyyətinin olması da məhz bundadır. Bunsuz sənin
heç bir seçimin yoxdur.
Əgər siz bəzi emosiyaları neqativ hesab edirsinizsə, o halda
bundan öncə izah etdiyiniz kimi, yaxşı ilə pis arasında zehni
qütbləşmə yaratmırsınızmı?
Yox. Qütbləşmə daha erkən mərhələdə, sənin idrakın
indiki anı pis kimi qiymətləndirəndə yaranıb; bu qiymət-
ləndirmə də elə o zaman neqativ emosiya doğurub.
Ancaq siz bəzi emosiyaları neqativ sayırsınızsa, bununla
əslində onların olmalı olmadığnı, belə emosiyalara malik olma-
ğın yaxşı olmadığını söyləmirsinizmi? Mənim anlayışıma görə,
111
biz ortaya çıxan bütün duyğularımıza icazə verməli, onları
yaxşıya və pisə ayırmamalı, inkar etməməliyik. İnciklik və qəzəb
duyğuları normaldır; özünü pis hiss etmək, əsəbilik, dilxor ol-
maq, ya da başqa bir hiss keçirmək də normaldır, əks təqdirdə,
biz duğularımızı basdırmağa çalışar, daxili qarşıdurma və ya
yadırğama vəziyyətinə düşərik.
Tamamilə doğrudur. Səndə hər hansı fikir və ya emo-
siya yaranan kimi onu qəbul et. Əvvəllər kifayət qədər
şüurlu olmadığından, bu məsələylə bağlı seçimin də ol-
mayıb. Bu, mühakimə deyil, sadəcə faktdır. Əgər seçimin
olsaydı, yaxud həqiqətən seçimin olduğunu dərk etsəydin,
onda nəyi seçərdin: əzabı, yoxsa sevinci, rahatlığı, yoxsa
narahatlığı, sülhü, yoxsa qarşıdurmanı? Səni təbii fira-
vanlığından, həyatın sevincindən ayıran fikri və ya hissi
seçərdinmi? Mən “bu sadəcə pisdir” fikrini ifadə edən
istənilən bu cür hissi neqativ hesab edirəm. O mənada
yox ki, sən bunu etməli deyilsən, sadəcə mədə bulanması
kimi iyrənc bir şey olduğuna görə.
Axı necə olub ki, insanlar təkcə XX yüzildə 100 mil-
yon həmcinslərini öldürüblər? İnsanların bir-birinə bu
dərəcədə əzab, ağrı vermələri ağlasığmazdır. Həm də bü-
tün bunları zehni, emosional və fiziki zorakılıqlar, işgən-
cələr, ağrılar və qəddarlıqlar şəklində hər gün bir-birinə,
hətta digər canlılara da tətbiq etməkdə davam edirlər.
112
Elə bilirsən, onlar öz təbii daxili durumlarıyla vəhdət
halında, həyatın sevincini duyarkən belə hərəkət edirlər?
Şübhəsiz ki, yox. Bunları yalnız dərin neqativ durumda
olan, özünü həqiqətən pis hiss edən insanlar duyğula-
rının təsiri nəticəsində edirlər. İndi onlar yaşamaqlarına
şərait yaradan təbiəti və planeti məhv etməyə girişiblər.
İnanılmazdır, amma həqiqətdir. Bu insanlar təhlükəli
dərəcədə dəli və son dərəcə xəstə məxluqlardır. Bu,
mühakimə deyil. Bu, faktdır. Bütün bu dəliliyin
arxasında sağlam düşüncənin olması da faktdır.
Mən bilərəkdən sənin dediyinə qayıdıram və bu xalis
həqiqətdir: sən öz qəzəbini, dilxorluğunu, acığını və digər
bu kimi şeyləri qəbul edəndə, onları kor-koranə icra et-
məli olmursan, bununla yanaşı, bunu başqalarına
proyeksiya etmək ehtimalın da aşağı düşür. Maraqlıdır,
görəsən, sən öz-özünü aldatmırsan? Əgər qəbullanmağı
müəyyən müddət ərzində sınaqdan keçirsən, bir gün
növbəti mərhələyə keçmək zərurəti yaranacaq ki, orada
həmin mənfi emosiyalar artıq yaranmır. Əgər bunu
etməsən, "qəbullanmaq" eqo'nun bədbəxtliyə düşməyi
davam etdirməsinə imkan yaradan bir zehni yarlıq halına
gələr və beləcə digər insanlardan, ətrafınızdan, burada və
indidən ayrılıq duyğusunu gücləndirər.
Bildiyiniz kimi, ayrılıq eqo'nun kimlik duyğusunun
təməlidir. Həqiqi qəbullanma bu duyğuları dərhal dəyi-
113
şikliyə uğradır. Əgər həqiqətən dediyin kimi, hər şeyin
“normal” getdiyinə dərindən əminsənsə (əlbəttə, bu
şübhəsiz ki, belədir), o halda neqativ duyğularını ilk
əvvəl hiss etməzdin? Var olanı mühakimə etməsəydiniz,
ona dirənməsəydiniz, bu neqativ hisslər də ortaya
çıxmazdılar. Məsələn, əgər sənin idrakında “hər şeyin
qaydasında olduğu” fikri varsa, əslində qəlbinin dərinli-
yində sən buna inanmırsan və bu o deməkdir ki, müqavi-
mətin köhnə zehni-emosional şablonları öz yerlərində
qalmaqda davam edirlər. Buda özünü pis hiss etməyə
məcbur edir.
Dostları ilə paylaş: |