Az eBook Archive


İdrakın İndiki Andan Qaçmaq



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə32/78
tarix29.12.2021
ölçüsü1,57 Mb.
#48703
1   ...   28   29   30   31   32   33   34   35   ...   78
İndiki Anın Gücü

İdrakın İndiki Andan Qaçmaq 
Strategiyası 
 
İndiki Anı İtirmək: 
Bu Yanılmanın Mahiyyəti Nədir? 
 
Əgər mən zamanın nəticə etibarilə illüziya olduğunu qəbul 
edirəmsə, bu mənim həyatıma yeni nə gətirə bilər? Mən bütün 
hallarda yer üzündə yaşamalıyam, bu dünyada isə zaman müt- 
ləq hakimdir. 
 
Bir  şeyi  əqli  olaraq  qəbul  etmək  yalnız  bir  seçimdir 
və  həyatın  üçün  böyük  bir  fərq  yaratmayacaq. 
Bu 
həqiqəti  dərk  etmək  üçün  onu  yaşamaq  lazımdır. 
Bədəninin  hər  bir  hüceyrəsi  həyatın  titrəyişini    hiss 
edəcək  qədər  anda  mövcud  olduğunda  və  həyatı 
varlığın 
sevinci kimi hiss edəcəyin hər an sənin zamandan azad 
olmağın deməkdir

 
Ancaq  sabah  mən  bütün  borclarımı  ödəməliyəm,  hələ  də 
əlləşib-vuruşmağa davam edirəm, sonra isə hamı kimi öləcəyəm. 
Belə  olduğu  halda,  zamandan  azad  olduğumu  necə  iddia  edə 
bilirəm? 


100 
 
Sabahkı borclar problem deyil. Fiziki bədənin ölməsi 
də  problem  deyil.  Problem  İndiki  anın  itirilməsidir,  ya- 
xud  adi  situasiyanı,  kiçik  bir  hadisəni  və  ya  emosiyanı 
şəxsi problemə və iztiraba çevirən yanlışın mahiyyətində- 
dir. 
Zamandan  azad  olmaq,  sənə  özünü  eyniləşdirməyin 
üçün  lazım  olan  keçmişə  və  özünü  tam  reallaşdırmaq 
üçün  lazım  olan  gələcəyə  psixoloji  tələbatdan  azad  ol- 
maqdır.  Bu  öz-özlüyündə  şüurun  dərin  və  tam  dəyişmə- 
sidir  ki,  sən  bunu  ancaq  xəyal  edə  bilərsən.  Bəzi  nadir 
hallarda  bu  şüur  dəyişməsi  dramatik  və  radikal  şəkildə, 
yəni  əsaslı  şəkildə  ortaya  çıxır.  Bu  adətən  böyük  əzabın 
ortasında  mütləq  bir  təslimiyyət  yoluyla  baş  verir.  Lakin 
insanların çoxu bunun üzərində çalışmalıdırlar. 
Şüurunun  zamanxarici  durumunun  ilk  işartılarını  gö- 
rəndə,  zaman  və  anda  mövcudluq  ölçüləri  arasında  var- 
gəl etməyə başlayırsan. Əvvəlcə diqqətinin indiki ana hə- 
qiqətən  nə  dərəcədə  az  cəmləndiyini  dərk  etməyə  başla- 
yırsan.  Ancaq indiki anda  olmamağını  bilməyinin  özü  ar- 
tıq  uğurdur:  bunu  bilmək  başlanğıcda  bir-iki  saniyə 
davam  etsə  belə,  elə  mövcud  olmaqdır.  Onda  sən  öz  şü- 
urunu  daha  sıx-sıx  indiki  ana  cəmləyərsən,  keçmişi  və 
gələcəyi  unudarsan;  və  indiki  anı  yenidən  itirdiyini  nə 
vaxt  hiss  edirsən-et,  sən  onda  iki  saniyədən  xeyli  artıq 
olmaq  qabiliyyətinə  yiyələnirsən.  Ona  görə  də,  mövcud- 
luq durumunda yerini möhkəmlətməzdən,  necə deyərlər, 


101 
 
tam  dərk  olunmazdan  qabaq  bir  müddət  şüurluluqla 
şüursuzluq,  mövcudluq  durumu  ilə  özünü  idrakla  eyni- 
ləşdirmə  arasında  o  yan-bu  yana  gedəcəksən.  İndiki  anı 
dönə-dönə  itirəcək  və  ona  qayıdacaqsan.  Axırda  möv- 
cudluq tədricən əsas durumuna çevriləcək. 
İnsanların  çoxu  mövcudluq  halını  ya  heç  vaxt  yaşa- 
mır, ya da təsadüfən çox qısa şəkildə bunun nə olduğunu 
anlamadan  yaşayırlar.  Bir  çox  adamlar  şüurluluqla  şüur- 
suzluq  arasında  var-gəl  etmir,  sadəcə  şüursuzluğun  müx- 
təlif səviyyələri arasında gedib-gəlirlər. 
 
Adi Şüursuzluq və Dərin Şüursuzluq 
 
Şüursuzluğun  müxtəlif  səviyyələri  dedikdə  siz  nəyi  nəzər- 
də tutursunuz? 
 
Yatarkən  röya  ilə  yuxulu  durum  arasında  gedib- 
qayıtmağımız,  bəlkə  də,  sənə  məlumdur.  Eyni  şey  ayıq 
halımızda  da  baş  verir:  insanların  çoxu  adi  şüursuzluq 
halından  dərin  şüursuzluq  halına  keçir  və  geri  qayıdırlar. 
Adi  şüursuzluq,  mənim  fikrimcə,  özünü  düşüncə  prosesi 
ilə,  yəni  emosiyalar,  reaksiyalar,  arzular,  eyni  zamanda, 
nifrət  etdiyin  şeylərlə  eyniləşdirdiyin  vəziyyətdə  olmaq- 
dır.  İnsanların  çoxu  üçün  bu  normal  haldır.  Bu  vəziy- 
yətdə  olanda səni  eqoist idrak idarə edir, odur  ki, Varlığı 
dərk edə bilmirsən. Bu kəskin ağrı və ya böyük bədbəxt- 


102 
 
lik  hiss  etdiyin  durum  deyil,  hərçənd,  dərin  olmasa  da, 
demək olar ki, daimi müəyyən sabit fonda narahatlıq, na- 
razılıq,  sıxıntı,  yaxud  əsəbilik  hiss  edirsən.  Sən  onu hətta 
hiss  etməyədə  bilərsən,  çünki  bu  fon  “normal”  həyatının  
o  dərəcədə  adət  olunmuş  bir  hissəsidir  ki,  kondisioner 
uğultusuna  ancaq  dayanandan  sonra  diqqət  edilməsinə 
oxşayır.  Uğultu  dayanan  kimi,  sən  dərhal  yüngüllük  hiss 
edirsən. Bir çox insanlar başlıca narahatlıqlarını müəyyən 
qədər  azaltmaq  üçün  şüursuz  olaraq  alkoqol,  narkotika, 
seks,  televizor,  hətta  şoppinq  kimi  özünəməxsus 
keyləşdirici  vasitələrə  meyillənirlər.  Narahatlıq  keç- 
dikdən  sonra,  sizə  xoş  olan,  sevinc  gətirən  fəaliyyətlər 
vərdişə,  məcburiyyətə  çevrilir,  yəni  onları  təkrarlamağa 
davamlı  bir  ehtiyac  yaranır;  bu  zaman  əldə  edilən  şey, 
qısamüddətli yüngülləşdirici rahatlama olur. 
Adi  şüursuzluq  halında  narahatlıq  ağrıya  çevrilir,  bu 
halda  hər  şey  “pis  gedir”  və  bu,  eqonu  qorxuya  salır  ki,  
bu  da  həyat  şəraitinin  sənə  ciddi  çağırış  etməsinə  gətirib 
çıxarır. Bu zaman hər hansı ciddi itki təhdidi və ya təhlü- 
kəsi  yaranır  (bunun  real  və  ya  uydurma  olması  vacib 
deyil),  ya  da  münasibətlərində  konflikt  əmələ  gəlir.    Bu 
adi  şüursuzluğun  sıx  olan  bir  versiyasıdır;  burada  o  növ 
kimi deyil, dərəcə olaraq fərqlənir. 
Adi  şüursuzluq  zamanı  ənənəvi  müqavimət,  eyni 
zamanda  var  olanın  inkarı  narahatlıq  və  narazılıq  yaradır 
və insanların çoxu bunu həyatın normal axarı kimi qəbul 


103 
 
edir.  Şərait  eqoya  meydan  oxumağa  və  ya  təhlükə  törət- 
məyə  başlayanda,  onun  müqaviməti  güclənir  və  bu,  qə- 
zəb, güclü  qorxu, aqressiya, depressiya və s. neqativ hal- 
lar  yaradır.  Dərin  şüursuzluq  halına  keçid  çox  zaman 
ağrının  fəallaşması  və  ya  sənin  onunla  eyniləşməyin  mə- 
nasına  gəlir.  Fiziki  zorakılıq  ancaq  dərin  şüursuzluq  ha- 
lında  ortaya  çıxır.  O,  insan  kütləsinin,  hətta  bütün  xalqın 
kollektiv  neqativ  enerji  yaratmağa  başladığı  yerlərdə  də 
asanlıqla baş verə bilər. 
Sənin şüurluluq səviyyənin ən yaxşı göstəricisi həya- 
tın çağırışları ilə necə mübarizə aparmağındadır. Bu mü- 
barizələrdə  şüursuz  adam  adətən  daha  da  şüursuzlaşır, 
şüurlu insanın isə şüur səviyyəsi yüksəlir. Sən bu çağırış- 
dan istifadə edib, özünü oyada bilərsən, onun səni daha 
dərin  yuxuya  aparmasına  da  icazə  verə  bilərsən.  Onda 
adi şüursuzluq yuxusu əsl kabusa çevrilir. 
Əgər  sən  normal  şəraitdə,  otaqda  tək  oturarkən, 
meşədə gəzərkən və ya kiməsə qulaq asarkən mövcud ola 
bilmirsənsə, onda nəsə “qaydasında olmayanda”, yaxud 
çətin vəziyyətə düşəndə, “çətin” adamlarla rast gələndə, 
itkilərə  və  ya  itki  təhlükəsinə  məruz  qalanda  da  şüurlu 
qala  bilməzsən.  O  zaman  təhlükə  tərəfindən  ələ  keçi- 
riləcəksənki,  bu da  son  nəticədə  qorxu  növüdür  və sən 
dərin şüursuzluğa dalacaqsan. Bu mübarizələr, çətinliklər 
sənin  imtahanlarındır.  Gözləri  bağlı  olaraq  nə  qədər 
uzun müddət oturacağın və ya hansı perspektivləri görə 


104 
 
biləcəyin  yox,  sadəcə  bu  çətinliklərlə  mübarizə  üsulun 
sənə  və  digərlərinə  ağlının  hansı  səviyyədə  olduğunu 
göstərəcək. 
Ona görə də, adi situasiyalarda, yəni hər şey nisbətən 
asan  gedəndə  həyatına  daha  çox  şüurluluq    gətirməyin  
çox  vacibdir.  Belə  olduqda  böyüyür,  mövcudluq  gücünü 
artırırsan.  Bu  səndə  və  ətrafında  yüksək  titrəşmə  tezlikli 
bir enerji sahəsi yaradır. Nə şüursuzluq, nə neqativlik, nə 
də zorakılıq bu sahəyə girib, özünə yer edə bilməz, eynilə 
işıq olan yerdə qaranlığa yer olmadığı kimi. 
Fikirlərini  və  emosiyalarını  müşahidə  etməyi 
öyrəndikdə  (bu  öz-özlüyündə  çox  əhəmiyyətlidir  və  de- 
mək  olar  ki, mövcud  olma durumunun  mahiyyətidir), adi 
şüursuzluğun  “sabit”  fonunun  varlığının  ilk  dəfə  fərqinə 
varanda  təəccüblənə  bilər  və  hiss  edərsən  ki,  çox  nadir 
hallarda  daxili  rahatlıq  durumunda  olursan.  Düşüncə  sə- 
viyyəsində  indiki  andan  uzaqlaşmaya  yönəlik  mühaki- 
mə,  narazılıq  və  zehni  proyeksiya  formasında  çox  güclü 
müqavimət  görərsən.  Emosional  səviyyədə  həyəcan,  gər- 
ginlik, sıxıntı, yaxud əsəbilik duyğularından ibarət bir cə- 
rayan  qeydə  alarsan.  Bunlar  hamısı  idrakın  adi  müqavi- 
mət rejimindəki cəhətləridir. 
Onlar N
ə Axtarır? 
 
Karl  Qustav  Yunq  öz  kitablarından  birində  Amerika 
hindularının rəhbərlərindən biriylə söhbətindən bəhs 


105 
 
edir.  Söhbət  əsnasında  həmin  hindu  rəhbər  deyir  ki,  ağ- 
dərili  əhalinin  əksəriyyətinin  üzündə  çox  zaman  gərgin 
ifadə olur, onların baxışları sərt və diqqətlidir, özlərini də 
son  dərəcə  qəddar  və  rəhmsiz  aparırlar.  O  deyib:  “Onlar 
daim  nəsə  axtarırlar.  Onlar  nə  axtarırlar?  Ağlar  həmişə 
nəsə  istəyirlər.  Onlar  həmişə  narahat  və  həyəcanlıdırlar. 
Biz  onların  nə  istədiyini  bilmirik.  Biz  elə  gəlir  ki,  onlar 
dəli olublar”. 
Əlbəttə  bu  gizli  daimi  narahatlıq  cərəyanı,  Qərb  sə- 
naye  sivilizasiyasının  yüksəlişindən  çox-çox  əvvəl  başla- 
yıb,  ancaq  Şərqin  də  böyük  bir  hissəsi  daxil  olmaqla, 
demək  olar  ki,  bütün  dünyanı  əhatə  edən  Qərb  sivilizasi- 
yasında o özünü daha kəskin və ağır formada göstərir. O, 
İsanın  dövründə  də  olub,  ondan  600  il  əvvəl  Budda  za- 
manında  da,  bütün  bunlardan  çox-çox  əvvəllər  də.  “Sən 
niyə belə narahatsan?” – İsa öz şagirdindən  soruşmuşdu. 
– “Narahat fikir sənin  həyatını heç  olmasa bir gün uzada 
bilərmi?” 
Budda isə öyrədirdi ki, iztirabın mənbəyi bizim dai- 
mi istəyimizdə və ehtiraslı arzumuzdadır. 
İndiki  ana  bir  funksiya  pozuntusu  olaraq  müqavimət 
göstərmək  Varlığın  dərkinin  itirilməsiylə  sıx  bağlıdır  və 
bu da bizim insani keyfiyyətləri itirmiş industrial siviliza- 
siyamızı  formalaşdırır.  Yeri  gəlmişkən,  narahatlığın  hə- 
min  cərəyanının  varlığını  Freyd  də  etiraf  edib  və  “Sivili- 
zasiya və onun narazılığı” (“Civilization and Its Discon- 


106 
 

Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin