Az eBook Archive



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə28/78
tarix29.12.2021
ölçüsü1,57 Mb.
#48703
1   ...   24   25   26   27   28   29   30   31   ...   78
İndiki Anın Gücü

Lakin  gələcəyin  indidən  yaxşı  olacağı  hər  zaman  illüziya 
deyil. İndi qorxu və narahatlaq yarada bilər ancaq gələcəkdə isə 
hər şey yaxşı olar bilər; çox zaman elə belə də olur
 
Adətən  gələcək  keçmişin  kopyası  olur.  Bəzi  ötəri  və 
səthi forma dəyişiklikləri ola bilər, lakin real dəyişikliklər 
çox az olur və o insanın İndiki ana yol taparaq, keçmişi 


86 
 
aradan  qaldıra  biləcək  qədər  mövcud  ola  bilməsindən 
asılıdır.  Sənin  gələcək  kimi  qəbul  etdiyin  şey  şüurunun 
indiki  durmunun  əsl  hissəsidir.  Əgər  idrakın  keçmişin 
ağırlığı  ilə  yüklənibsə,  sən  bundan  yalnız  böyük  bir  ağır- 
lıq hiss edəcəksən. Anda mövcud olmayanda keçmiş özü- 
nü  təsdiqləyib  əbədiləşdirir.  Gələcəyi  sənin  indiki  andakı 
şüurunun  keyfiyyəti  formalaşdırır  və  bu  əlbəttə,  yalnız 
İndiki an kimi hiss oluna bilər. 
Sən  10  milyon  dollar  uda  bilərsən,  ancaq  bu  sənin 
daxilinə  təsir  etməyən  zahiri  bir  dəyişikliklə  nəticələnər. 
Sən yenə  də əvvəlki şablonlarla hərəkət edəcəksən, sadə- 
cə  daha  rahat  şəraitdə.  İnsanlar  artıq  atomu  hissələrə 
ayırmağı öyrəniblər. Əgər əvvəllər insan dəyənəklə on və 
ya  iyirmi  adam  öldürə  bilirdisə,  indi  bir  düyməyə  bas- 
maqla  milyonları  məhv  edir.  Məgər  bu  real  dəyişiklik- 
dirmi? 
Əgər  sənin  şüurunun  indiki  dərinliyini  və  keyfiyyə- 
tini  gələcək  müəyyənləşdirirsə,  onda  şüurunun  özünün 
keyfiyyətini nə müəyyən edir? Bu sənin anda mövcudluq 
dərəcəndir.  Beləliklə,  əsl  dəyişikliyin  baş  verə  biləcəyi, 
keçmişin  ortadan  qalxa  biləcəyi  yeganə  zaman  İndiki 
andır. 
 

Bütün mövcud neqativlər psixoloji zamanın yadırğa- 
nılmasından doğur və indiki anı inkar edir. Təhlükə duy- 


87 
 
ğusu, həyəcan, gərginlik, stress, narahalıq qorxunun  növ- 
ləridir və səbəb gələcəkdə həddən artıq çox olmaq, indidə 
isə  az  mövcüd  olmaqdır.  Günahkarlıq  hissi,  qəzəb,  nara- 
zılıq, qüssə, ümidsizlik, bağışlamamağın istənilən forması 
da keşmişin çox böyük olması, indinin azlığıyla bağlıdır. 
İnsanların əksəriyyəti şüurun neqativlikdən tam azad 
olmasının mümkünlüyünə inana bilmirlər. Lakin mənəvi 
təlimlərin təlqin etdiyi azad durum məhz budur. 
 
İztirablarının  səbəbinin,  problemlərinin  varlığının  za- 
man  olduğunu  etiraf  etmək  sənə  çox  çətin  ola  bilər.  Sən 
onların  həyatında  yaranan,  müəyyən  şərtlər,  yaxud  ba- 
xışlar  kontekstində  nəzərdən  keçirilən  xüsusi  situasiya- 
larla bağlı olduğuna əminsən və bu belədir. Ancaq nə qə- 
dər  ki  idrakının  keçmişə  və  gələcəyə  bağlılığından,  yəni 
idrakının  pozulmasına  səbəb  olan  və  İndiki  anı    inkar  
edən  əsas  şeydən  qurtulmamısan,  problemlər  həqiqətən 
daim  bir-birinin  ardınca  gələcək.  Əgər  bu  gün  sənin  
bütün  problemlərin,  yaxud  əzablarının  və  narahatlıqları- 
nın  görünən  səbəbləri  sirli  şəkildə  aradan  qaldırılsaydı, 
ancaq  daha  şüurlu  olmasaydın,  indiki  anda  daha  çox 
mövcud  olmasaydın, 
tezliklə  yenidən  özünü 
hara 
getməyindən  asılı  olmayaraq  arxanca  kölgə  kimi  sürü- 
nən  bir  yığın  problem  içində  görərdin.    Nəticə    etibarilə 
hər  şey  gəlib  bir  məsələyə  dirənir:  zamanın  qandalladığı 
idrakın özünə. 


88 
 
 
Haçansa problemlərdən tam azad olacağım bir nöqtəyə ça- 
tacağıma heç cür inana bilmirəm
 
Haqlısan. Sən o nöqtəyə heç vaxt çata bilməyəcəksən, 
ona görə ki, indinin özündə elə o nöqtədəsən
Zaman  daxilində  heç  bir  qurtuluş  yoxdur.  Sən  gələ- 
cəkdə də azad ola bilməyəcəksən. Azadlığın açarı indidə- 
dir, ona görə də, ancaq indi azad ola bilərsən. 
 
Öz Həyat Şəraitinin Altındakı 
H
əyatı Necə Axtarmalı? 
 

Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin