Az eBook Archive



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə27/78
tarix29.12.2021
ölçüsü1,57 Mb.
#48703
1   ...   23   24   25   26   27   28   29   30   ...   78
İndiki Anın Gücü

Mən  İndiki  anın  son  dərəcə  mühüm  olduğunu  anlayıram, 
lakin zamanın tamamilə illüziya olduğuyla bütövlükdə razılaşa 
bilmirəm. 
 
Mən “zaman illüziyadır” deyərkən, məqsədim heç də 
fəlsəfi  mülahizə  yürütmək  deyil.  Mən  sənə  sadəcə  sadə  
bir faktı xatırladıram, elə bir aşkar faktı ki, bəlkə də, onu 
qavramaq  sənə  çətin  olacaq,  sən  hətta  onu  mənasız  da 
hesab edə bilərsən. Lakin elə ki dərk etdin, o, iti qılınc ki- 
mi  bütün  mürəkkəb  qatları  və  idrakın  yaratdığı  “prob- 
lemləri” dəlib keçəcək. İcazə ver, bunu bir daha söyləyim: 
indiki  an  sənin  hər  şeyindir.  Həyatında  heç  vaxt  həmin  “ 
bu an” olmadığı zaman olmayıb. Məgər bu, fakt deyil? 
 
Psixoloji Zamanın Dəliliyi 
 
Əgər  psixoloji  zamanın  ortaq  ictimai  təzahürlərinə 
baxsan,  onun  əqli  xəstəlik  olduğuna  zərrə  qədər  şübhən 
olmayacaq.  Bu  təzahürlərə,  məsələn,  kommunizm,  nasio- 
nal-sosializm və ya istənilən formada olan nasionalizm, 


84 
 
yaxud qatı dini əqidə və inanclar sistemi şəklində rast gə- 
lə  bilərsən;  onlar  hamısı  yüksək  rifahın  gələcəkdə  oldu- 
ğunu  iddia  edirlər  və  ona  görə  də,  məqsədləri  vasitəyə 
haqq  qazandırır.  Məqsəd  isə  ideyadır,  yəni  idrakın  xəyali 
gələcəkdə  yaratdığı  xilasın  istənilən  formada  (xoşbəxtlik, 
özünü  tam  reallaşdırma,  bərabərlik,  azadlıq  və  s.  forma- 
larda)  həyata keçiriləcəyi ideyasıdır. Çox

zaman bu məq- 
sədə nail olmaq üçün insanları əsarət altına alma, işgəncə 
vermək,  hətta  öldürmək  kimi  vasitə  və  üsullardan  istifa- 
də olunur. 
Məsələn,  Rusiyada,  Çində  və  başqa  ölkələrdə  kom- 
munizm, “gözəl həyat” qurmaq üçün təxminən 50 milyon 
insan  incidilib,  öldürülüb,  məhv  edilib.  Bu,  gələcək 
cənnətə  olan  inancın  indiki  zamanda  necə  cəhənnəm  ya- 
ratdığına  dair  aşkar  sübutdur.  Psixoloji  zamanın  çox  cid- 
di və təhlükəli əqli xəstəlik olduğuna dair başqa hər hansı 
şübhə ola bilərmi? 
Bu  zehin  modeli  sənin  həyatında  necə  işləyir?  Sən 
indi  olduğundan  fərqli  başqa  bir  yerə  çatmağa  çalışırsan- 
mı?  Etdiyin  şeylərin  əksəriyyəti  yalnız  məqsədə  çatmaq 
vasitəsidirmi?  Bəlkə  özünü  tam  reallaşdıra  biləcəyin  yer 
ən  yaxındakı  tinin  arxasındadır  və  seks,  yemək-içmək, 
narkotika, ya da nəsə həyəcanlandırıcı və ehtirasa gətirən 
qısamüddətli  həzlərlə  məhdudlaşır?  Sənin  fikirlərin  hə- 
mişə  inkişafına,  nəsə  əldə  etməyə  və  nəyəsə  nail  olmağa 
yönəlir, yoxsa səni həyəcanlandıran, ya da sənə ləzzət  ve- 


85 
 
rən  yeni  şeylər  axtarır?  Əgər  daha  çox  şey  əldə  etsən, 
özünü  daha  çox  realizə  edə  bildiyinə,  yetərincə  yaxşı  və 
psixoloji  baxımdan  bütöv  olduğuna  inanacaqsan?  Qarşı- 
na hər hansı bir kişi və ya qadının çıxıb həyatına nəsə bir 
anlam qatacağınımı gözləyirsən? 
Normal,  eyniləşdirilmiş  idrak  halında  və  aydınlan- 
mamış şüur vəziyyətində  olanda indiki anda gizlənən gü- 
cün və tükənməz yaradıcı potensialın üstünü psixoloji za- 
man tamamilə örtür. Onda həyat öz canlılığını, təravətini, 
heyranlıq  duyğusunu  itirir.  Köhnə  fikir,  emosiya,  reak- 
siya  və  arzu  şablonları  sənin  ağlının  ssenarisi  üzrə  dur- 
madan  təkrarlanan  tamaşa  kimi  fəaliyyət  göstərir,  sənə 
özünü  müxtəlif  personajlarla  eyniləşdirmə  duyğusu  ve- 
rir, lakin İndiki anın reallığını təhrif edir və pərdələyir. O 
zaman  ağıl  davamlı  olaraq  qaneedici  olmayan  indidən 
xilas olmaq üçün gələcəyə bağlanır. 
 
Neqativliyin v
ə İztirabların 
Kökləri Zamana Bağlıdır 
 

Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin