əvəzinə edə bilməz. Əgər bəxtin gətirsə və yüksək səviy-
yədə şüurlu insanlara rast gəlsən onlara birləşə və birlik-
də mövcüdiyyət halı içində ola bilərsən, bu çox faydalı
olar və prosesi daha da sürətləndirər. Bu halda sənin alo-
vun daha tez alışacaq və daha güclü olacaq. Əgər yenicə
alışmış odunu daha gur yananın üzərinə qoysaq və sonra
onları ayırsaq, birinci odun daha gur yanacaq. Nədə olsa,
bu elə eyni alovdur. Mənəvi müəllimin funksiyalarından
biridə həmin alov olmaqdır. Səninlə işləyən bəzi terapist-
lər özləri bu yolu keçmiş olduqları və idrak səviyyəsinə
yüksələrək, özlərində müstəqil surətdə ən ali şüurlu möv-
cudluq halı yaratdıqları halda bu funksiyanı yerinə yetirə
bilərlər.
64
Qorxunun İlkin Səbəbi
Siz qorxu haqqında bizim emosional ağrımızın təməlində
dayanan bir hissə kimi danışdınız. Qorxu hissi hansı yollarla
yaranır və niyə o, insanların həyatında bu qədər çoxdur? Qor-
xu hissinin müəyyən qismi sadəcə sağlam özünümüdafiə tədbi-
ri deyilmi? Əgər mən alovdan qorxmasam, barmağımı ona so-
xar və yandırardım axı.
Sənin barmağını alova soxmamağının səbəbi qorxu
yox, yana biləcəyini bilməyindir. Lazımsız təhlükədən
qorunmaq üçün sənə qorxu lazım deyil, minimal dərrakə
və bir az da sağlam düşüncə kifayətdir. Bu cür praktik
hallarda keçmişin müəyyən dərslərini mənimsəmək fay-
dalıdır. Amma kimsə səni odla, ya da fiziki güc tətbiq et-
məklə hədələyərsə, sən qorxuya bənzər nəsə hiss edə bi-
lərsən. Sən instinktiv olaraq büzüşər və təhlükədən yayı-
narsan, ancaq qorxmazsan. Səndə indi bizim haqqında
danışdığımız qorxu hissinin yaranması üçün psixoloji şə-
rait olmayacaq. Qorxu hissinin əmələ gəlməsinin psixoloji
şərtləri hər hansı konkret, real, birbaşa və ani təhlükədən
ayrılıqda mövcuddur. Qorxunun formaları çoxdur: məsə-
lən, həyəcan, narahatlıq, xof, fobiya və s. Psixoloji qorxu-
nun bu tipi indi baş verəndən yox, baş verə biləcək bir şey-
dən qaynaqlanır. Sən indi məhz buradasan, amma ağlın
gələcəkdədir. Bu həyəcan dolu bir aralıq yaradır. Əgər
65
öz ağlınla eyniləşmisənsə, indiki anın gücü ilə əlaqəni
itirimisənsə, bu narahatlıq sənin dəyişməz qonağın ola-
caq. Sən indiki anın öhdəsindən gələ bilərsən, ancaq zeh-
ni proyeksiya ilə heç vaxt bacara bilməzsən – sən gə-
ləcəyin öhdəsindən gələ bilməzsən.
Bundan başqa, nə qədər ki özünü ağlınla, eyniləş-
dirirsən,artıq dediyim kimi, eqon sənin həyatını idarə
edəcək və onu viran qoyacaq. Onun xəyali təbiəti səbə-
bindən və incə şəkildə işlənmiş, yaxşı düşünülmüş, mə-
harətlə düzəldilmiş və sazlanmış müdafiə mexanizminə
baxmayaraq, eqo son dərəcə zəif və müdafiəsizdir, daim
təhlükədə olduğunu hiss edir. Yeri gəlmişkən, o elə məhz
bu cürdür, hətta kənardan tamamilə özündənrazı görün-
sə də. İndi isə emosiyanın bədəninizin beyninizə göstər-
diyi reaksiya olduğunu xatırlayın. Bədən eqodan, idrakın
yaratdığı bu yalançı“mən”dən fasiləsiz olaraq hansı
mesajı alır?
“Mən təhlükədəyəm” təhdidini. Bu daimi siqnalın tə-
siri altında hansı emosiya yaranır? Əlbəttə ki, qorxu.
Görünür, qorxunun çoxlu səbəbləri var. İtki qorxusu,
uğursuzluq qorxusu, hər hansı bir zədə alma qorxusu və
s. Lakin nəticə etibarilə, bütün qorxular eqonun ölüm və
yox olma qorxularıdır. Eqo üçün ölüm həmişə yaxındakı
tinin arxasında gizlənib. Sən özünü idrakla eyniləşdirmə
durumunda olanda, ölüm qorxusu həyatının istənilən sa-
həsinə təsir edir.
66
Məsələn, hər hansı mübahisədə haqlı çıxmaq, eyni-
ləşdiyiniz zehni mövqeyi müdafiə etmək kimi, görünüşcə
əhəmiyyətsiz və "normal" bir təlabatda ölüm qorxusun-
dan qaynaqlanır.
Əgər sən hər hansı zehni mövqe ilə eyniləşirsənsə, bu
zaman haqsız olursansa, onda sənin zehnə əsaslanan
mənlik hissin ciddi yox olmaq təhlükəsinə məruz qalır.
Beləliklə, sən eqo olaraq haqsız olmağa tab gətirə bilmər-
sən. Haqsız olmaq ölmək deməkdir. Müharibələrin baş-
lanmasının, insanlar arasındakı saysız-hesabsız münasi-
bətlərin pozulmasının başlıca səbəbi də budur.
Elə ki özünü zehninlə eyniləşdirməyi dayandırdın,
haqlı və ya haqsız olmağının mənlik hissi üçün heç bir
əhəmiyyəti olmayacaq. O halda məcburi və dərindən
dərk edilməmiş haqlı olmaq tələbatı daha mövcud olma-
yacaq. Sən nə hiss etdiyini və düşündüyünü aydın və qəti
şəkildə söyləyə biləcəksən, lakin bu artıq aqressivlikdən
və ya müdafiə olunmaq zərurətindən irəli gəlməyəcək.
Sənin mənlik duyğun daxilindəki daha dərin və həqiqi
yerdən qaynaqlanacaq, idrakından yox.
Özündə içindən doğulan müdafiə olunmaq arzusu-
nun yaranmasını izlə. Sən nəyi müdafiə edirsən? Qeyri-
həqiqi eyniləşməni, şüurunda yaranan obrazı, uydurma
məxluqu? Bu məxluqun modelini dərk etməklə, onun
əmələ gəlməsinə şahid olmaqla ondan ayrılırsan.
67
O zaman dərk olunmanın işığında dərk olunmamış model
əriyib yox olacaq. Bu, sənin münasibətlərinə olduqca
dağıdıcı təsir göstərən bütün mübahisələrə və güc
oyunlarına son qoyacaq. Başqalarını əzmək gücün altında
gizlənmiş zəiflikdir.
Ona görə də, qorxu daim özünü öz idrakıyla eyniləş-
dirənlərin yol yoldaşı olacaq və nəticə etibarilə öz həqiqi
gücündən, kökləri Varlığa gedən dərin mənliklərindən
qopacaq. İdrakının hüdudlarından kənara çıxan insanla-
rın sayı olduqca azdır, ona görə də, qarşına çıxan hər kə-
sin, ya da tanıdığın adamların əksəriyyətinin qorxu için-
də yaşadığını tamamilə güman edə bilərsən. Qorxu hissi-
nin yalnız intensivliyi və dərəcəsi dəyişir. O, həyəcan his-
siylə qorxu arasında tərəddüd edir; bir tərəfdən aydın
olmayan və dalğın narahatlıq, digər tərəfdən isə uzaq
təhlükə. İnsanların əksəriyyəti onu ancaq daha ağrılı for-
maya düşəndə dərk etməyə başlayırlar.
Eqo Bütövlüyü Necə Axtarır
Emosional ağrının eqoist şüur üçün xarakterik olan
başqa bir aspekti dərinə kök atmış çatışmazlıq və səriştə-
sizlik, natamamlıq duyğusudur. Bəzi insanlar bunu dərk
edir, bəziləri yox. Bəzi insanlarda bu şüurlu, digərlərində
şüursuzdur. Əgər o şüurludursa, narahatçılıq və davamlı
68
olaraq dəyərsizlik şəklində təzahür edir. Əgər o şüursuz-
dursa, şiddətli bir arzu, istək və tələbat kimi hiss edilir.
Bundan əlavə, insanlar öz xeyirləri üçün tez-tez tərif və
mükafat dalınca qaça, içlərində hiss etdikləri boşluğu dol-
durmaq üçün özlərini nələrləsə eyniləşdirə bilərlər. Bu
halda onlar nəyə gəldi yiyələnmək istəyirlər: pula, uğura,
hakimiyyətə, şöhrətə, yaxud xüsusi tanışlıq və əlaqələrə,
əsasən də öz-özlərinə yaxşı görünmək, özlərini daha yax-
şı realizə olunmuş və bütöv hiss etmək üçün. Lakin onlar
hər şey əldə etsələr də, tezliklə boşluğun yerində qaldığı-
nı görürlər, bunun dibi olmayan bir quyu olduğunu anla-
yırlar. O zaman onlar bədbəxt olurlar, çünki artıq özlərini
aldatmağa davam edə bilmirlər. Əlbəttə ki, onlar təbii
olaraq özlərini aldatmağı davam etdirə bilərlər və edirlər,
ancaq bunu etmək getdikcə çətinləşir.
Nə qədər ki, sənin həyatını eqoist zehin idarə edəcək,
əsl yüngüllüyü hiss edə bilməyəcəksən; hər hansı arzu-
nun reallaşması kimi istədiyini aldığın qısa aralıqlar istis-
na olunmaqla dinclik vəziyyətində, yaxud özünü daha
tam ifadə etmək durumunda ola bilməyəcəksən. Eqo
maddi nəsnələrə dayanılan mənlik hissi olduğundan, o
zahiri şeylərlə eyniləşməyə ehtiyac duyur. O davamlı ola-
raq həm müdafiə edilməyə, həm də qidalanmağa ehtiyac
duyur. Eqonun geniş yayılmış eyniləşdirmə formaların-
dan biri nəyəsə sahib olmaqdır. Məsələn, tutduğun və-
zifə, yaxud sosial status və ictimai nüfuz, məlumatlılıq
69
dərəcəsi və təhsil səviyyəsi, fiziki durum və zahiri gö-
rünüş, xüsusi qabiliyyətlər, şəxsi və ailə tərcümeyi-halı,
inanc sistemi, o cümlədən, çox zaman siyasi, milli, irqi,
dini və kollektiv identifikasiyanın digər formaları. Bunla-
rın heç biri sən deyilsən.
Bu səni qorxutmurmu? Bunu dərk etmək bir çarə ola
bilərmi? Bunların hamısını gec-tez kənara atmalı olacaq-
san. Bəlkə də, buna inanmaq sənin üçün hələ çətindir,
ona görə də, mən qətiyyətlə səndən şəxsiyyətinin bu şey-
lərdə olmadığına inanmağını istəyirəm. Sən bu barədə
həqiqəti öz-özündən öyrənəcəksən. Onu uzaq başı ən son
anda, ölümə yaxınlaşdığını hiss edəndə dərk edəcəksən.
Ölüm sənin bütün qabığını soyub çıxaracaq. Həyatın sirri
“ölənə qədər ölməkdə” və ölümün yoxluğuna inanmaq-
dadır.
70
III
fəsil
Dostları ilə paylaş: |