Şüur: Ağrıdan Uzaq Ol
Bundan Sonra Bir Daha Ağrı Yaratma
Heç kəsin həyatı ağrı və kədərdən azad deyil. Bu daha çox
ağrılarla yaşamağı öyrənməyə aiddir, yoxsa onlardan qaçmağa?
İnsanın çəkdiyi ağrının böyük bir qismi lazımsızdır.
O müşahidə olunmayan idrakınızın həyatınızı idarə et-
diyi müddətcə özünüzün yaratdığınız bir şeydir
Sənin yaratdığın ağrı qəbul etməməyin bir forması-
dır, yəni var olana qeyri-şüuri müqavimətin müəyyən for-
masıdır. Fikir formasında müqavimət göstərərkən – bu
daha çox hər hansı bir mühakimə formasında olur. Emo-
sional səviyyədə hər hansı neqativizm
3
formasıdır. Ağrı-
nın kəskinliyi sənin indiki ana müqavimət gücündən
asılıdır, bu güc isə öz növbəsində sənin özünü idrakla nə
dərəcədə dərindən eyniləşdirməyindən asılıdır. İdrak hə-
mişə İndiki anı inkar etməyə, ondan canını qurtarmağa
çalışır.Başqa sözlə, özünü idrakınla nə qədər çox eyniləş-
dirsən, daha güclü əzab çəkirsən. Ya da belə demək olar:
İndiki anı nə qədər çox dəyərləndirir və qəbul edirsənsə,
3
Neqativizm
– ruhi xəstənin hər cür xarici təsirə qarşı əbəs müqaviməti.
52
ağrı və iztirabdan, eqoist idrakdan bir o qədər azad olur-
san.
Niyə idrak İndiki anı inkar etməyi sevir, ya da ona
müqavimət göstərir? Ona görə ki, keçmiş və gələcək za-
man olmayanda o fəaliyyət göstərə və hər şeyi nəzarəti
altında saxlaya bilmir, odur ki, zamanxarici İndiki anı
təhlükə kimi qəbul edir. Həqiqətən, zaman və idrak bir-
birindən ayrılmazdır.
Dünyanı insanlarsız, yalnız bitkilər və heyvanlarla tə-
səvvür et. Onun gələcəyi olacaqmı? O halda biz zamanla
bağlı mənalı mühakimə yürüdə bilərikmi? Əgər “zaman
nədir?”, yaxud “bu gün ayın neçəsidir?” suallarını verə-
cək birisi olmasaydı,bu suallar çox axmaq səslənər və heç
bir məna kəsb etməzdi. Palıd ağacı və ya qartal bu sual-
lardan təəccüblənərdilər.
“Hansı zaman? – deyə onlar soruşardılar. – Hə, əl-
bəttə, bu indidir. Zaman indi deməkdir. Başqa nə ola
bilər?”
Bəli, idrakın və zamanın bu dünyada olması bizə la-
zımdır, ancaq bu məhz onların bizim həyatımızı nəzarətə
götürdüyü nöqtədir və o yerdir ki, ağrı və kədərin qay-
naqlandığı disfunksiyalar ağrı və iztirablar başlanır.
İdrak hər şeyin onun nəzarətində olduğuna əmin ol-
maq üçün daim indiki zamanı keçmiş və gələcək zamanla
dəyişməyə çalışır, əgər zaman indiki anın ayrılmaz his-
səsi olan həyatiliyin və Varlığın sonsuz potensialının qa-
53
bağını kəsirsə, idrak da sənin əsl təbiətini pərdələyir.
Həyatın yükü artır və insan idrakında toplanır. Bütün
fərdlər bu yük altında iztirab çəkirlər, amma onlar bu də-
yərli anı görməməzliyə vurduqları, ya da inkar etdikləri
və ya onu sadəcə təxəyyülündə canlandırdıqları, əslində
isə gələcək ana çatdıracaq bir vasitəyə çevirdiklərində
bu yükü artırırlar. Zamanın kollektiv və fərdi insan
idrakında yığımı keçmişdən böyük miqdarda ağrı
qalığı da saxlayır.
Əgər sən özünə və başqalarına ağrı vermək, keşmiş-
dən qalan və səndə yaşayan ağrılara yenisini əlavə etmək
istəmirsənsə, o halda zaman yaratma, ya da onu praktiki
həyatda sənə lazım olandan çox yaratma. Zaman yarat-
mağı necə durdurmaq olar? İndiki məqamın səndəki hər
şey olduğunu təsəvvür elə və dərindən dərk et. İndiki
məqamı həyatının mərkəzi et. Əgər əvvəllər sən əsasən
zaman daxilində olmusansa və indiki ana yalnız hər-
dənbir baş çəkmisənsə, onda indi ona yerləş və onda ol,
keçmişi və gələcəyi hərdənbir, gündəlik həyat şəraitlə-
rinin praktik tərəflərini reallaşdırmaq tələb olunanda
ziyarət et. İndiki məqama həmişə “hə” de. Onsuz da var
olan şeyə və həmişə indi baş verən həyatın özünə qarşı
çıxmaqdan ağılsız nə ola bilər? Olana təslim olun .“Hə”
de və həyatın birdən-birə sənin əleyhinə deyil, sənə
işlədiyinə tamaşa et.
54
&
Dostları ilə paylaş: |