Az eBook Archive



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə21/78
tarix29.12.2021
ölçüsü1,57 Mb.
#48703
1   ...   17   18   19   20   21   22   23   24   ...   78
İndiki Anın Gücü

Bəzən  indiki  anı  qəbul  etmək  olmur,  o  xoşagəlməz  və  ya 
dəhşətli olur. 
 
O olduğu kimidir. Zehnin onu necə təsvir etdiyini və 
bu  təsvir  olma  müddətində,  davamlı  olaraq  mühakimə 
edərək  yaşamağın  necə  kədər  və  bədbinlik  yaratdığını 
müşahidə edin. İdrakın iş mexanizmini izləyərək, müqa- 
vimət stereotipindən uzaqlaşır, bununla da indiki məqamın 
var olmasına imkan verirsən. Bu vəziyyət sənə xarici situ- 
asiyalardan daxilən azad olmağın, həqiqi daxili rahatlıq 
halının dadını hiss etmək imkanı verir. O zaman sadəcə 
nə baş verdiyini müşahidə et və zərurət, ya da imkan ol- 
duqda fəaliyyətə keç. 
Əvvəlcə  qəbul  et,  sonra  fəaliyyətə  keç.İndiki  an  nə- 
dən  ibarətdirsə,  onu  öz  seçimin  kimi  qəbul  edin.  Həmişə 
onunla birlikdə işləyin, ona qarşı deyil. Onu öz dostun və 
müttəfiqin  et,  düşmənin  yox.  Bu  sənin  həyatını  sirli 
şəkildə dəyişəcək. 
 
Keçmişin Ağrısı: 
Ağrılı Bədənin Aradan Qalxması 
 
Əgər  sən  İndiki  məqamın  gücünə  sahib  ola  bilmir- 
sənsə,  onu  qəbul  edə  bilmirsənsə,  hiss  etdiyin  istənilən 
emosional ağrı içində bir ağrı qalığı kimi qalacaq. O, 


55 
 
orada yığılan keçmişin ağrısı ilə birləşib və beyninə  və 
bədəninə  yerləşir.  Onda,  sənə  uşaqlıqda  əziyyət  verən 
ağrılar  da,  doğulduğun  dünyanın  dərkolunmazlığından 
doğan ağrılar da var. 
Toplanmış  bu  ağrı  bədənini  və  idrakını  mühasirəyə 
alan  mənfi  enerji  sahəsidir.  Əgər  sən  onu  gözəgörünməz 
varlıq,  ya  da  xüsusi  qanunlarla  yaşayan  bir  varlıq  kimi 
nəzərdən  keçirirsənsə,  həqiqətə  yetərincə  yaxınsan.  Bu 
emosional ağrıdır. Onun iki həyat forması var: yuxuda və 
aktiv. Ağrı  zamanın 90 faizini yuxuda ola  bilər; hərçənd, 
çox bədbəxt insanda o zamanın 100 faizə qədəri də aktiv 
ola  bilir.  Bəzi  insanlar,  demək  olar  ki,  bütün  həyatlarını 
ağrıyla  yaşayır,  eyni  zamanda,  başqaları  onu  ancaq  mü- 
əyyən  situasiyalarda  hiss  edirlər;  məsələn  intim  yaxınlıq 
zamanı,  ya  da  hansısa  formada  keçmiş  itkiylə,  xəyanətlə 
bağlı,  yaxud  da  fiziki  və  ya  emosional  ağrıyla  əlaqədar- 
dırsa  və  s.  Onu  istənilən  şey  aktiv  duruma  gətirə  bilər, 
xüsusilə də o sənə keçmişdə vurulan iztirab qalığını xatır- 
ladırsa.  Bu  zaman  o  yuxulu  vəziyyətdən  oyanmağa  hazır 
olur,  onu  hətta  yaxınlardan  birinin  fikri  və  ya  məsum  bir 
sözüdə aktivləşdirə bilər. 
Bəzi ağrılar daha ağırdır və çətin keçir, lakin nisbətən 
ziyansızdırlar;  məsələn,  uşağın  ağlayıb-sızlamağı  kəsmək 
istəməməsi kimi. Digərləri isə hər şeyi dağıdan monstrlar, 
əsl iblislər kimi qəzəblidirlər. Bəziləri fiziki olaraq, digər- 
ləri mənəvi olaraq şiddətli olur. Bəziləri ətrafdakılara, ya 


56 
 
da  sənə  yaxın  adamlara  hücüm  edərkən,  digərləri  isə  sə- 
nin özünə – yəni öz sahibinə hücum edə bilərlər. Bu hal- 
da həyat haqqında fikirlərin və hisslərin son dərəcə neqa- 
tiv olurlar. Xəstəliklər və təşviş çox zaman məhz bu yolla 
yaranır.  Bəzi  ağrılı  bədənlər  öz  sahiblərini  intihara  belə 
sövq edirlər. 
Bir  adamı  yaxşı  tanıdığını  düşünəndə  və  birdən  mü- 
nasibətləriniz  boyu  həmin  alçaq  yaramazla  mübahisəyə 
girəndə,  bundan  çox  dərin  sarsıntı  keçirə  bilərsən.  Lakin 
bu  sarsıntını  başqa  birindənsə,  özündə  müşahidə  etmək 
qat-qat  əhəmiyyətlidir.  Narazılığın  səndə  hər  hansı  for- 
mada  yaranan  istənilən  əlamətini  izlə,  onun  bədənində 
oyanan  ağrıdan  hərəkətə  gəldiyi  istisna  deyil.  O,  hirsin, 
səbrsizliyin,  qaşqabaqlı,  sevincsiz  ovqatın,  zərər  vurma 
arzusunun  hər  hansı  cildinə  girə  bilər,  özünü  kin,  güclü 
əsəb  tutması,  depressiya,  şəxsi  münasibətləri  dramatik- 
ləşdirmək  ehtiyacı  və  s.  kimi  göstərə  bilər.  Onu  yuxulu 
durumundan ayılanda cilovla. 
Ağrılı  bədən  də  eynilə  istənilən  canlı  məxluq  kimi 
yaşamaq istəyir və yalnız o zaman yaşayır ki, səni özüylə 
eyniləşdirə bilir. Onda o ayağa qalxa, səni öz təsirinə sala, 
“sən ola” və sənin vasitənlə yaşaya bilir. Öz “qidasını” al- 
maq üçün onun sənə ehtiyacı var. O özünə oxşar enerjiylə 
rezonansa  girən  hər  cür  təcrübəylə  qidalanacaqdır;  bu  
ağrı  yaradan  müxtəlif  şeylər  -  hirs,  nifrət,  kədər,  dram, 
zorakılıq, hətta xəsətlik də ola bilər.Beləlilkə, ağrılı bədən 


57 
 
sənə  qalib  gələndə,  sənin  həyatında  öz  enerjisini  güzgü 
kimi  əks  etdirən  situasiyanı  yaradır  və  onunla  da  qida- 
lanır.  Ağrılı  bədən  ancaq  ağrı  ilə  qidalana  bilər.  Ağrı  se- 
vinclə qidalana bilməz. O, sevinci həzm edə bilmir. 
Ağrı  bədəninə  hakim  olan  kimi,  daha  çox  ağrı 
istəməyə  başlayırsan.  Sən  ya  qurban,  ya  da  cani  olursan. 
Sən incitmək və ya ağrıdan əzab çəkmək istəyirsən, ya da 
hər  ikisini  eyni  anda  arzulayırsan.  Bunların  arasında 
mahiyyətcə  heç  bir  fərq  yoxdur.  Sən  bunu,  əlbəttə,  dərk 
etməyəcək,  ona  görə  də,  əsəbi  halda  mübahisə  edəcək,  
sərt  şəkildə  qətiyyən  ağrı  istəmədiyini  iddia  edəcəksən. 
Lakin  daha  diqqətlə  nəzər  salanda  görəcəksən  ki,  təfək- 
kür  prosesin  və  davranışın  bu  ağrını  özündə  davam  etdi- 
rib  dəstəkləyəcək  şəkildə  təşkil  olunub.  Əgər  sən  bunu 
həqiqətən  dərk  etsəydin,  bu  ağrı  qalığı  yox  olardı,  çünki 
daha  çox  ağrı  arzulamaq  dəlilikdir,  amma  heç  kəs  şüurlu 
olaraq dəli deyil. 
Eqonun  saldığı  qara  kölgədən  yaranan  ağrılı  bədən 
əslində  sənin  dərrakənin  işığından  çox  qorxur.  O  aşkar 
edilməkdən  qorxur.  Onun  varlığını  davam  etdirməsi  si- 
zin  onunla  şüursuz  olaraq  eyniləşməyinizə  və  içinizdə 
olan  ağrıyla  şüursuz  üzləşmək  qorxunuza  bağlıdır.  Lakin 
sən bu ağrıya birbaşa baxmayanda, onu öz dərrakənin işı- 
ğına  çıxarmayanda,  onda  yenə  ona  öz  caynaqlarını  gös- 
tərmək imkanı verirsən. Ağrı sənə bir anlıq baxmağa belə 
qorxduğun təhlükəli yırtıcı kimi görünə bilər, ancaq 


58 
 
əmin edirəm ki, bu sadəcə bir vahimədir və sənin möv- 
cudluq gücün qarşısında dayanmağa qadir deyil. 
Bəzi  mənəvi  təlimlər  bütün  ağrıların  nəticə  etibarilə 
illüziya  olduğunu  irəli  sürürlər  və  bu  həqiqətdir.  Məsələ 
yalnız  sənin  bunu  öz  həqiqətin  hesab  edib-etməməyində- 
dir. Zəif inam bunu həqiqətə çevirə bilmir. Sən həyatının 
qalan  hissəsində  ağrı  çəkib,  bir  tərəfdən  də  onun  illüziya 
olduğunu  deyib  təkrar  etməkmi  istəyirsən?  Bu səni  əzab- 
dan xilas edəcəkmi? Burada bizi maraqlandıran şey sənin 
bu həqiqəti öz təcrübəndə necə reallaşdıra biləcəyindir. 
Ağrı  onu  birbaşa  müşahidə  etməyini  və  olduğu  kimi 
görməyini  istəmir.  Sən  onu  nəzərdən  keçirəndə,  onun 
enerjisini  daxilində  hiss  edəndə,  öz  diqqətini  ona 
yönəldəndə  eyniləşdirmə  dağılır  və  şüurun  daha  yüksək 
səviyyəsi  açılır.  Mən  ona  mövcudluq  deyirəm.  Onda  sən 
ağrılı  bədənin  şahidinə  və  ya  müşahidəçisinə  çevrilirsən. 
Bu  o  deməkdir  ki,  o  artıq  səni  aldada  və  öz  gücünü  ar- 
tırmaq  üçün  səndən  istifadə  edə  bilmir.  Bu    o  deməkdir  
ki,  sən  öz  mülkiyyətini,  ən  böyük  daxili  gücünü  və  möh- 
kəmliyini tapmısan. Sən indiki anın gücünə yol  tapmısan. 
 

Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin